Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə38/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   34   35   36   37   38   39   40   41   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

4.4. Kiçik Qafqaz tektonikası
Kiçik Qafqaz qırışıqlıq-qayma sistemi geniş (15-200 km), qaba­rı­ğı şimala olan qövs əmə­lə gətirir. Böyük Qafqaz meqantiklinoriumundan (BQM) Kiçik Qafqaz me­qa­antiklinoriumu ox qalxanının olmaması, nisbətən sadə qırışıqlıq quruluşu, ayrı-ayrı geo­sink­linal çökəkliklərin qısamüddətli inkişafı ilə ayrılır.

Kiçik Qafqaz meqantiklinoriumu üçün (KQM) Mezazoy və kaynazoy maqma­tiz­­mi­­nin intruziv və effuziv formalarının geniş yayılması səciyyəvi xarakter daşıyır. Bu­rada Neogen və Dördüncü dövrdə baş verən effuziv vulkanizmin geniş yayılması qədim struk­turların KQM-un 4/1 hissəsindən çoxunu örtür. Bu isə KQM-un bir sıra rayon­ları­nın tentonik quruluşunun dəqiqləşdirilməsində müəyyən çətinliklər törədir.

BQM-na nisbətən KQM-da baş tentonik zonaya nəzərən ayrı-ayrı strukturların külisvari yerləşməsi daha səciyyəvi xarakter daşıyır. Bu isə KQM-n bünövrəsində yer­­­­­ləşən dərinlik qırılmalarının fəaliyyəti ilə əlaqədardır. Bu dərinlik qırılmasından biri KQM-un cənubi-şərq hissəsində yerləşir və en istiqamətdə uzanır, digəri isə şi­mal-qərb his­sə­də yerləşir. Talış sahəsi müstəsna olmaqla, KQM-unun en istiqamətdə seqmentlərə ay­rıl­­ması BQM-na nisbətən zəif ifadə olunur.

Əgər BQM Leyas əsrində yaranan vahid nəhəng Alp geosinklinalının inkişa­fı­nın son nəticəsi kimi özü göstərirsə, Kiçik Qafqazın yalnız şimal-şərq hissəsi (Lök-Qaf­an zonası) Yura-Təbaşir dövrünün geosinklinalına cavab verir və onun geniş əra­­zi­si, cə­nub-qərbdən qovuşan (Ermənistan zonası), şimal-qərbdən (Acar-Trialet zo­­nası) cə­nub-şərqdən (Talış) baş geosinklinal əyilməyə gec Təbaşir-paleo­gendə məruz qalmış­dır. Kiçik Qafqazın uzaq cənub-şərq hissəsi (arazyanı zona) Alp mər­hələsinin əvvəl­lə­rində (orta Yurada) Paleozoydan əsx olunmuş miogeosinklinal çö­kək­lik olmuş, son­ra isə pa­leo­genin sonuna kimi nisbətən qalxmaya məruz qalmışdır. Yalnız gec Kay­no­zoyda bir sıra törəmə çökəkliklərin yaranması ilə pozulmuşdur.




Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin