Azərbaycanın geologİyası I mühazİrə


Acar-Trialet qırışıqlıq zonası



Yüklə 412,58 Kb.
səhifə39/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   35   36   37   38   39   40   41   42   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Acar-Trialet qırışıqlıq zonası (ATQZ) KQM-un şimal hissəsində yerləşir, Tə­ba­şir və paleogen yaşlı çöküntülərdən təşkil olunmuşdur, eni 50-70 olan zolaq şə­ki­lində en istiqamətində 300 km məsafədə (qərbdə Batumi rayonundan Tbilisiyə kimi) izlənir. Son­ra isə ATQZ-nin strukturları Kür çökəkliyinin Neogen-dördüncü dövr çökün­tü­­lərinin altına enir. ATQZ şimaldan dağarası çökəklik və Gürcüstan qay­ma­sı­nın Dzi­rul qalxımı ilə, cənubi-qərbdən isə hər yerdə Axalkalaki vulkanın qalxımının effuziv­lərlə ör­tülmüş Lök-Qafan zonasının (LQZ) nisbətən qalxmış hissəsi ilə sər­həd­lənir. ATQZ-nın quruluşu alt-üst Təbaşirin vulkanogen-karbonat törəmələri və pa­leo­gen-eo­se­nin böyük qalınlığa malik filiş-vulkanogen qatı ilə dolmuş (5-7 km) geo­sink­­linal çö­kəkliyinin yerində əmələ gəlmişdir. Gec eosenin əvvəlində fasilə və uy­ğun­suzluq qeyd olunur ki, bu da qırışıqlıq sistemin formalaşmasının ilkin fazasını əks etdirir.

Təbaşir və paleogenə görə ATQZ-nın müsasir quruluşu sinklinal çökəkliyə mü­­­vafiq gəlir ki, onun da mərkəzi hissəsi böyük qalınlığa malik Təbaşir, xüsusən də pa­leosen-orta eosen yaşlı çöküntülərlə dolmuşdur, sonra baş verən tentonik hə­rə­kət­lər nə­ticəsində bir qədər qalxmışdır. Sinklinoriumun kənar hissələri daxilində hər iki tə­rə­fdə külisvari yerləşmiş, oliqosen-alt Miosen çöküntüləri ilə dolmuş Axalsix və Al­get (qərbdə), Quriy və Kavtisxev (şimalda) çoxda böyük olmayan qalıq çökək­liklər yerlə­şir. Bu isə ümumiyyətlə sinklinorium olan ATQZ-nın mərkəzi hissəsinə, çevril­miş an­tik­linoriumun bir sıra xüsusiyyətlərini verir. ATQZ üçün böyük, intensiv sıxıl­mış, sandıqvari, xətti qırışıqlar səciyyəvi xa­rak­ter daşıyır.




Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin