Danimarka. Kiçik Qafqazın şimal hissəsində Danimarka mərtəbəsi Xram və Algəti çaylarının yatağında, Gəncəçayın cənub-şərqində və Ağcakənd çökəkliyində öyrənilmişdir, litoloji tərkibcə pelitomorf və qumlu əhəngdaşından, qumlu mergel və mergelli gildən ibarətdir, qalınlığı 80 m-ə qədərdir.
Kiçik Qafqazın cənub hissəsində Danimarka mərtəbəsi qırıntı əhəngdaşı, mergel, əhəngli qumdaşı və gildən təşkil olunmuşdur, qalınlığı 550 m-ə çatır.
Kiçik Qafqazın mərkəzi hissəsində Danimarka mərtəbəsi Qarqarçayın hövzəsində müəyyən olunmuşdur, əhəngdaşındın ibarətdir.
Acar-Trialet zonasının şərq hissəsində (Tbilisi rayonunda) Orta Eosen (Dabakan dəstəsi) mergel, qumdaşı, əhəngdaşı və gil araqatlı mergeldən təşkil olunmuşdur, vulkanogen materiallara (tuf, tufagenqumdaşı) rast gəlinir, qalınlığı 250 m-dir.
Dabahan dəstəsi qalınlığı 0-200 m arasında dəyişən tufagenbrekçiya, tuf, tufagenqumdaşı, konqlomerat qaymasından (Təbaşir və Paleogen süxurlarından) ibarət olan qatla əvəz olunur.
Dostları ilə paylaş: |