Azərbaycanın geologİyası I mühazİrə


Kiçik Qafqazın faydalı qazıntıları



Yüklə 412,58 Kb.
səhifə46/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   42   43   44   45   46   47   48   49   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

4.7. Kiçik Qafqazın faydalı qazıntıları
Qafqaz qırışıqlıq sistemində Alp qırışıqlıq epoxası ilə əlaqədar olan filizləşmə daha zəngin və rəngarəgdir. Kiçik Qafqazın Lök-Qafan zonasında albit, keratofir, kvars­lı-porfirlərlə əlaqədar olan kolçedan yataqları geniş yayılmışdır. Böyük Qafqa­zın Osetiya antiklinoriumu zonasında yarımmetallik (Pb, Zn) yataqlar yerləşir. Bir qrup tədqiqatçılar onun gec Yura, digərləri isə Neogen yaşlı olduğunu göstərirlər. Kiçik Qafqada Daşkəsən, Şimali Erəmənistan və Şərqi Zəgəzurda alt Təbaşirlə əla­qə­dar olan kontakt-metasomatik (skarn) maqnetit yatağı vardır. Daşkəsəndə eyni za­manda kobalt yatağı da vardır.

Kiçik Qafqazda Təbaşirin sonu (Santon) və təkrarən orta Eosenin sonunda Göy­­­çə-Həkəri sinklinoriumunun şimal-şərq qurtaracağı boyunca hiperbazit qurşağı for­ma­­laşır. Bu qurşağın intruziyaları bəzi sahələrdə çox da Böyük olmayan Xromit ya­taq­­larına malikdir.

Sənaye əhəmiyyətli miss-molibden yatağı Qərbi-Zəngəzurda aşkar olunmuş­dur. Bu yataq Eosen-Oliqosenin sonunda baş verən nəhəng qranitoid intruziyalarının tə­za­hürü ilə əlaqədardır. Şimali Həkəri sinklinoriumunda Tərtər çayının üst hissələ­rində Dəlidağ intru­zi­ya­sı ilə əlaqədar olan molibden yatağı vardır.

Göyçə gölü hövzəsinin cənubi-şərq hissəsində üst Neogenin metal əmələgəti­rən epoxası ilə əlaqədar olan qızıl damarları vardır.

Qafqazın tədqiqatçıları müəyyən etmişlər ki, eyni metalın yatağı Qafqazda bir ne­­çə dəfə yaranmışdır. Məsələn, miss kolçedanı yataqları erkən və orta Devon, erkən Kar­­bon, orta və gec Yura, erkən Təbaşir, Eosen zamanı; molibden və fvlfram yataq­ları gec Proterozoy, gec Təbaşir, Oliqosen zamanları yaranmışdır.

Qafqazın geoloji quruluşunda iştirak edən çökmə süxurlar da faydalı qazıntılarla zəngindir. Qafqazda kömürün əmələgəlməsi üçün mühüm epoxalar (Karbon, alt-or­ta Yura, Paleocen) mövcud olsada kömür yataqları zəngin deyildir. Mərkəzi Qaf­qa­zın şimal yamacında orta və üst Karbonun kontinental çöküntüləri ilə əlaqədar olan və məhtud sahədə izləninlən az qalınlıqlı kömür qatları məlumdur.

Araz çayının hövzəsində üst Trias (Ermənistanın Cirmanis kəndi) çöküntülərin­də kömür qatları müşahi­də olunur. Böyük Qafqazda Kubanda, Baksanda, Cənubi Dağıs­tanda alt Yura çöküntüləri ilə əlaqədar olub, yerli xa­rak­ter daşıyan daş kömür ya­tağı­na rast gəli­nir. Qər­bi Gürcüstanda nisbətən əhəmiyyət kəsb edən kömür yatağı orta Üura çö­küntülərin­də qeyd olunur. Gürcüstanda həmçinin Oliqosen çö­kün­tüləri ilə əlaqə­dar olan qonur kömür (Axalsix hövzəsi) yatağı vardır. Erənistanda da Oliqosen-Pliosen çöküntüləri ilə əlaqədar olan kömür yatağı vardır.

Naxçivan və İravan çökəkliyində nisbətən zəngin ehtiyyata malik daş duz ya­taq­ları vardır.

Mezozoy çöküntülərinin neftlilik qazlılığı qiymətləndirmək üçün, 1965-ci ildə A.A.Əli­zadə tərə­fin­dən geoloji-geofiziki materiallar və qazılmanın nə­ti­cələri yekun­laş­dırılır. Respublika ərazisində qazılan axtarış-kəşfiyyat qu­yu­larında neft-qazlılıq əla­­­mətləri­nin qeyd olunmamasına baxmayaraq, A.A.Əlizadə tərəfindən aparılan təd­qiqatlar, (İran­da, Türkiyədə neftli-qazlı olan Mezozoy yaşlı terrigen-karbonat qatı­na uyğun olaraq), Mezozoy çöküntülərinin neftlilik qazlılığını qiymətləndirməyə im­kan ve­rir. Burada neftli-qazlı dəstələrdən əsasən üst Təbaşirin Turon, Kampan, Ma­as­t­­rix mərtə­bə­­lərinin terrigen-karbonatlı çöküntüləri və eləcə də Oliqosen-Miosen terrigen çöküntü­ləri qeyd etmək lazımdır.



VIı - Mühazirə


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin