Azərbaycanın geologİyası I mühazİrə



Yüklə 412,58 Kb.
səhifə48/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   44   45   46   47   48   49   50   51   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

Litostratiqrafiya
Kür meqasinkli­no­riu­mu Böyük və Kiçik Qafqaz meqantiklinoriumları arasında yerləşir və geoloji quruluşuna, ölçülərinə görə bir-birindən fərqlənən üç çökəkliyə (seq­­mentə) ayrılır (Yuxarı-, Orta- və Aşağı Kür). Bulardan Orta Kürün şərq hissəsi və Aşağı Kür Azərbaycan ərazisində yerləşir. Ərazinin litostratiqrafiyası Orta və Aşağı Kür (Kür-Araz) çökəkliklərində aparılmış geoloji-geofiziki tədqiqat işlərinin nəticə­lə­ri­nə, eləcədə onların ayrı-ayrı strukturlarında qazılmış quyuların məlumatları əsasında verilmişdir.

Kür çökəkliyinin qərb hissəsinə nisbətən şərq hissəsində Paleozoy kompleksi və eləcədə Trias demək olar ki, olduqca zəif öyrənilmişdir. Kür və ümumiyyətlə Qafqaz­arxası dağarası çökəkliyində ən qədim törəmələr Dzirul massivində öyrənil­miş­dir. Bu­­­­ra­da qranitoidləri arasında muskovit, biotit, şistlər, plagioklaz-biotit və qranit qneys­­­­­lər vardır. Massivin şərq hissəsində nisbətən zəif metamorfizmə məruz qalmış fillitlərə, şistlərə, mərmər qatlarına (15 m-ə qədər) rast gəlinir.

Qafqazarxası dağarası çökəkliyində Silur dəqəq müəyyən olun­ma­mışdır.

Devon sistemi- Qafqazarxasının əksər sahəsində yer üzərinə çıxmır və ümumiy­yətlə onun böyük ərazisində iştirak etmir.

Karbon sistemi- Zaqaqaziya dağarası çökəkliyində (Dzirul massivində) alt Kar­­bon çöküntüləri məlum deyildir. Orta-üst Karbon törəmələri "aşağı tuforit dəs­tə­si" adlanır. Daha qədim boz və çəhrayi qranitoidlər üzərində yatan bu çöküntülər alt Yu­ra (Leyas) ilə transqressiv örtülmüşdür.

Perm sistemi- Qafqazarxası aralıq massivində Perm komleksi səciyyəvi tipik por­­fir formasiyasından (turş püskürmə məhsulları, kontinental və dayaz-dərin çökün­tüləri) iba­rət­dir.

Trias sistemi- Qfqazarxasında Araz çayının hövzəsində tam kəsilişə malikdir. Alt Trias kə­silişin alt hissəsində əhəngdaşı, üst hissədə isə mergelli əhəng­da­şın­dan (20 m-ə qə­dər) ibarətdir. Orta Trias iki dəstədən (Anizi, Ladin) ibarətdir. Ani­zi dəs­tə­si- incəlaylı (150 m), Ladin isə oolit əhəngdaşından (40 m) təşkil olunmuş­dur. Üst Triasın Karney mərtəbəsi mergelli əhəngdaşı ilə başlayır, onun üzə­rin­də isə do­lo­­mit və əhəngdaşının növbələşməsi yatır. Karney mərtəbə­si­nin üzərində massiv dolo­mit, dolo­mit­ləşmiş əhəngdaşından ibarət olan Noriy mərtə­bəsi yatır (600 m).

Yura sistemi. Yuxarıda qeyd olunan komplekslərə nisbətən daha dəqiq öyrə­nil­mişdir və hər üç şöbə ilə təmsil olunur. Alt Yura litoloji tərkibcə konqlomerat, kvar­sit-qumdaşı, qara gilli şistlərdən, albitofir axınlarından və onun tuflarından iba­rətdir. Or­ta Yura porfirit, diabaz, qara gilli şistdən ibarətdir. Toar-Aaalen mərtəbəsi ümumi qa­lınlığı 1,5-2,5 km arasında dəyişən filiş xarakterli qumdaşı, alevrolit, argillitin növ­bə­ləşməsindən təşkil olunmuşdur. Orta Yuranın Bayos mərtəbəsi qum­daşlarından, vul­­kanogen fasiyadan (3,0 km) ibarətdir. Onun altında Albit porfiritləri (splitlər) və hornblendli-albit porfiritləri yatır. Kəsilişdə tufogen çöküntülərdə (tuf, tufogen brek­çi­­ya, tufogenkonqlomerat, tufogenqumdaşı, eləcədə çökmə çökmə sü­xur­lar- qumdaşı və argillit) yatır. Bat mərtəbəsi argillit (gilli şist), alevrolitin növ­bə­ləşməsindən iba­rət­­dir.

Kür çökəkliyinin ərazisində erkən Yura və Bayosda baş verən kifayət qədər en­mədən sonra Batda baş verən qırışıqlıq və intruziyaların təzahüründən sonra ye­nidən konsolidasiya olunmuş əyalətə çevrilir və bununla əlaqədar olaraq onun ərazi­sinin əksər hissəsində çöküntütoplanma laqun şəraitdə davam etmişdir.

Saatlıda qazılmış olan SQ-1 saylı quyunun məlumalına görə vulkanogen-çökmə qatdan ibarət olan Yura kompleksinin qalınlığı 5254 m-dən çoxdur.

Təbaşir sistemi. Kür və Qabırrı çayları arasında Təbaşir çöküntüləri geniş ya­yılmışdır. Burada quyular vasitəsi ilə açılan üst Təbaşir çöküntülərinin qalınlığı 1000 m-ə çatır və vul­kanogen-çökmə, çökmə süxurlardan təşkil olunmuşdur.

Paleogen sistemi. Bu sistem Böyük və Kiçik Qafqazda olduğu kimi Kür çökək­liyində də Danimarka, Paleo­sen, Eosen və Oliqosen mərtəbələri ilə təmsil olu­nur. Paleogen sisteminin alt hissəsini təşkil edən Danimarka mər­tə­bəsi əhəngdaşı, mergel­li əhəngdaşından ibarətdir, qalınlığı 100-120 m-dir.

Eosen epoxasında Kür çökəkliyində hövzənin genişlənməsi qeyd olunur. Paleo­sendə başlayan transqressiya Eosendə də davam edir. Bu isə Paleosen və Eosenin ara­sında heç bir fasilənin olmaması ilə təsdiq olunur.

Paleogen çöküntüləri Kür və Qabırrı çayları arasında geniş yaılmışdır və bütün şöbələri ilə təmsil olunur. Danimarka və Paleosen çöküntüləri Sajdaq sahəsində qu­yu­larla açılmışdır və boz, yaşılımtıl-boz, tünd-boz rəngli mergellərdən, əhəngdaş­la­rın­dan, qumdaşı, alevrolit araqatlarından ibarətdir, qalınlığı 180 m-dir. Eosen çö­kün­tü­lə­ri alt orta və üst şöbələrə ayrılır. Alt Eosen çöküntülərinin qalınlığı 25-580 m arasında dəyişir və qonuru, qonuru-boz rəngli karbonatlı gillərdən, mergel, qumdaşı, alev­ro­lit­dən təş­kil olunmuşdur. Orta Eosen çöküntüləri litoloji tərkibinə görə altda və üstdə ya­tan çö­küntülərdən kəskin fərqlənir. Orta Eosen çöküntüləri əsasən vulkano­gen-çök­mə (müx­təlif tuflar və tuffitlər və gil, argillit, mergel qatları) fasiyadan təşkil olun­muş­dur, qalınlığı 250 m-ə çatır.

Geniş yayılmış olan üst Eosenin kəsilişi alt hissədə qumlu-mergelli-gilli fa­siya­dan, üst hissədə isə gil və argillitin növbələş­mə­sindən, qum­daşı və tufogen­qum­daşı, tufogenalevrolit araqatlarından ibarətdir, qalın­lı­ğı 350 m-ə çatır.



Maykop seriyası (Oliqosen-alt Miosen) Kür və Qabırrı çayları arası sahədə May­kop seriyası geniş yaılmışdır və Eosen çöküntülərini transqressiv örtür. Qalınlığı 2,0 km-dən çox olan bu seriya gil və qumlu-gilli qatdan təşkil olunmuşdur. Maykopun alt yarımseriyası qalınlığı əsasən gilli və qumlu qatdan; orta seriya gillərdən qumdaşı və vulkan külü araqatlarına malik gillər­dən; üst yarımmərtəbə isə qumlu-gilli qatdan təş­kil olunmuşdur.

Neogen sistemi. Orta və üst Miosen, Pliosen çöküntüləri geniş yayılmışdır. Kür çökəkliyində Tarxan hoizontu Maykop seriyası üzərində uyğun yatır.

Kür çökəkliyində Çokrak ho­rizontu dolomit araqatlarına malik gillər­dən, qum­lu-gillərdən təşkil olunmuşdur qalınlığı 500 m-ə çatır.



Karaqan Konq horizontları Kür çökəkliyində dolomitləşmiş mergel və mergel araqatlarına malik gil qatından ibarətdir, qalınlığı 200-300 m-dir. Cənub istiqamətdə isə bu çöküntülər qalınlığı qalınlığı 350-450 m arasında dəyişən gil və qumun növ­bə­ləşməsindən təşkil olunmuşdur.

Sarmat mərtəbəsi Kür-Rion çökəkliyində geniş yayılmışdır və alt, orta və üst şö­bələrə ayrılır. Dolomit və mergel təqəqərinə malik gillərdən təşkil olunan Sarmat mər­­­təbəsinin qalınlığı Şərqi Azərbaycanda 100-200 m, Qərbi Azərbaycanda isə 2,5 km-ə çatır. Burada Sarmatın alt şöbəsi mergel və qumdaşı qatlı gillərdən (200-550 m); orta şöbəsi aşağı hissədə mergel və qumdaşı qatlı gillərdən, üst hissədə əhəng­daşı, konqlomerat, qumdaşı, gildən (700-1000 m); üst şöbəsi isə dayaz dəniz mənşəli qum­daşından, gillərdən, konqlomeratdan (200-500 m), üst hissədə isə konqlomerat və qumdaşı araqatlı əlvan rəngli dillərdən, aulkan külü qatından (300-400 m-ə qə­dər) təşkil olunmuşdur.

Meotis mərtəbəsi Kür çökəkliyində gillərdən və vulkan külü, mergel, dolomit araqatlarına malik diato­mit­lər­dən təşkil olunmuşdur, qalınlığı 400-500 m-ə çatır.

Pont mərtəbəsinin çöküntüləri Şərqi Azərbaycanda Mioseni transqressiv örtır, şist­li gillərdən ibarət olub, qalınlığı müvafiq olaraq 100-200 m və 300-500 m-dir. Kür çökəkliyinin nisbətən qərb hissə­sində Pont mərtəbəsi kontinental molass törə­mə­lərindən təşkil olunmuşdur.

Pliosen çöküntüləri Şərqi Azərbaycanda kifayət qədər böyük qalınlığa malikdir və alt (Məhsuldar qat) və üst (Ağcagil mərtəbəsi) şöbələrə ayrılır. Məhsuldar qağ qum, qumdaşı, konqlomerat alevrolit və gilin növbələşməsindən təşkil olunmuşdur və yeddi əsas ritm ayrılır ki, onlarında hər biri köbuddənəli çöküntütoplanma ilə baş­la­yır. Məhsuldar qatın qalınlığı Abşeronda yarımadasında 2,5-3,0 km, Aşağı Kür çö­kək­liyində 2,8-3,5 km, nisbətən qərb rayonlarda isə 1-2 km-dir.

Ağcacil mərtəbəsinin çöküntüləri dəniz mənşəli olub, Şərqi Azərbaycanda Məh­­suldar qat çöküntülərini uyğun örtür. Abşeron yarımadasında və Kür çayının aşa­­ğı axın­larında Ağcacil mərtəbəsi nisbətən dərin dəniz çöküntülərindən (vulkan kulu ara­qatlarına malik tünd-boz şistli gillərdən) ibarətdir. Ağcacil mərtəbəsinin qalınlığı Ab­şe­ron yarımadasında 50-100 m, Aşağı Kür çökəkliyində isə 100-120 m-dən 400 m-ə qədər dəyişir. Kür çökəkliyinin mərkəzi hissəsində Ağcacil mərtəbəsi qumdaşı, qum, qabıqlı əhəngdaşı, vulkan külü araqatlarına malik gillərdən ibarətdir. Kür və Qabırrı çayları arası sahədə geniş yayılmış olan bu çöküntülər gilli əhəng­da­şı, qum­daşı qum, əhəngdaşı, konqlomerat və vulkan külü araqatlarına malik az qa­lın­lı­­qlı bozumtul, gö­yümtul gillərin növbələşməsindən təşkil olunmuşdur. Qalın­lı­ğı Məm­­mədtəpə sahəsin­də 200 m, Gürzündağ, Eldaroyuğu, Palantökən sahəsində isə 500-600 m-ə çatır.

Dördüncü dövr (Antropogen). Böyük və Kiçik Qafqazda olduğu kimi Kür çö­kəkli­yin­də də Abşeron, Türkan, Bakı, Xəzər, Xvalın və Yeni Xəzər mər­tə­bə­­lərinə ay­rı­lır. Dör­düncü dövr çöküntüləri li­toloji tərkibcə qumlu gillərdən, qum­lar­dan qa­bıqlı əhəng­daşından, qumlu karbonatlı gillərdən ibarətdir. Aşağı Kür çö­kək­liyində Abşe­ron mərtəbəsi tam kəsilişə malikdir, alt (100-300 m), orta (780 m) və üst (225-630 m) yarımmərtəbələrə ayrılır. Bu çökək­likdə Türkan-Yeni Xəzər komp­leksinin qalınlığı 1000 m-ə çatır. Kəsilişdə Türkan horizontu qulu-gilli (90 m-ə qədər) Bakı mərtəbəsi qum araqatlarına malik gildən (200-300 m), Xəzər mər­təbəsi qumlu-gilli (300 m-ə qədər), Xvalın mərtəbəsi qumlu-gilli (100 m) çöküntü­lərdən ibarətdir.

Orta Kür Çökəkliyində Ağcagil və Abşeron çöküntülərinin pay­lanmasında uy­ğun zonallıq qeyd olunur. Lakin Abşeron çöküntüləri nisbətən gobud xarakter daşı­yır. Qumlu gillərdən, qumdaşlarından, qabıqlı əhəngdaşı və konqlo­me­ratdan (0,5-1,0 km) təşkil olunan dəniz fasiyası çökəkliyin mərkəz hissəsində qeyd olunur. Şimala və cə­nu­ba bu çöküntülər şirinsulu və kontinental qatla əvəz olunur. Şimal şissədə go­bud­dənəli, cənub hissədə isə qumlu-gilli çöküntülərdən ibarət olan bu qatın qalın­lığı uy­ğun olaraq 1500 m və 200 m-dir.



Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin