Azərbaycanın geologİyası I mühazİrə


Kiçik Qafqazda strukturların formalaşmasında dərinlik qırılmalarının və fleksurların rolu



Yüklə 412,58 Kb.
səhifə44/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   40   41   42   43   44   45   46   47   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

4.5. Kiçik Qafqazda strukturların formalaşmasında dərinlik qırılmalarının və fleksurların rolu
Kiçik Qafqazda dərinlik qırılmalarının öyrənilməsi ilə bir çox tədqiqatçılar məş­­­ğul olmuşdur. Bunlardan Ş.A.Əzizbəyovu, S.M.Süleymanovu, Ə.Ş.şıxəlibəyli və bir çoxla­rını göstərmək olar.

Kiçik Qafqaz evgeosinilinal əyalətinin dəqiq öyrənilməsi göstərir ki, bu əyalət Za­qafqaziya aralıq massivinin cənub hissəsində parçalanmış Kembriyə­qədər bü­növ­rəsi (sübstratı) üzərində yaranmışdır. Onun Alp inkişaf mərhələsində qı­rılmalar bo­yun­ca qayma qırışıqlığının, uzunmüddətli maqmatik fəaliyyətə müşayət olunan in­ten­siv differensial hərəkətlər baş vermişdir.

Alp tektonik dövrünün butün mərhələsində (Yura, Təbaşir, paleogen və Plio­sen 4-cu dövr) baş verən vulkanik törəmələr və eləcədə intruziyalar müəyyən tek­to­nik-maq­matik və litoloji-faial zonalarda yerləşmişdir ki, onların da əksəriyyəti də­rin­lik qırılmaları ilə sərhədləşirlər.

Kiçik Qafqazda bütün erkən Alp yaşlı müsbət işarəli strukturlar (Xram, Lök, Al­­lah­verdi, Laçın, Şəmkir, Murovdağ, Ağdam, Qarabağ, Zamzur, Starotaq, Qafan, an­­­­tik­­li­noriumları külisvari yerləşməsi ilə xarkterizə olunurlar. Kiçik Qafqazın ətra­fın­da yerləşən bir sıra hemisinklinoriumlar bu qaydadan kə­nar­da qalır (Qazax, Ağca­kənd, Mardanet, Aşağıaraz).

Transqafqaz (stavranol-Dzirül-Artvin) qalxımın­dn şərqə qırıl­ma­lara hüdud­la­nan daha yeni müsbət strukturlar ayrılır. Bu strukturların cənub-qərb qana­dını hü­dudla­yan qırılmalar dərinlik qırılmaları olub, daha uzunmüddət fəaliy­yət­də ol­muş­dur. struk­tur­ların şimali-şərq qanadında yerləşən qırılmalar, sonrakı inkişaf mərhə­lə­lərin­də ya­ran­mışdır.

Müəyyən olunmuşdur ki, erkən Alp müsbət strukturların pereklinal kilidləri (qa­­­pan­ması) təbələrin fleksuar əyilməsinə və ya əvvəlki mərhələlərin gizli qırıl­ma­larına müvafiq gəlir.

Alp mərhələsinin əvvəlində kiçik Qafqazın alt struktur mərtəbəsi üçün səciy­yə­vi strukturlar, en və suben istiqamətli (kaledon), şimali-şərq və şimal-şimali-qərb is­ti­qa­mətli (Hersin) qırılmalar qeyd olunur. Bu qırılmalardan bəziləri erkən Alp mər­hələsində on­ların bağlanmasına səbəb olmuş maqmatik kütlələrin təzahürü üçün bə­ləd­çi rolunu oy­namışdır.

Kiçik Qafqazda indiyə kimi müəyyən olunmuş qırılmalardan nisbətən aydın se­çi­lə­ni, uzunmüddət inkişaf edəni Hirartax qırılması və ofiolit qurşağının qırılmaları he­sab olunur. Bu qırılma müxtəlif tədqiqatçılar tərəfindən müxtəlif adlarla göstəril­miş­dir (Göy­çə-Zəngəzur, Ankavan-Zəngəzur, Şirak-Zəngəzur).

Şirak-Zəngəzur dərinlik qırılması Göyçə gölünün şimali-qərbindən ofiolit for­ma­­si­yası ilə keçərək, şərqdə Qarabax platosunun cənubi-qərb ətrafından keçir və son­­ra cə­nub-cənubi-şərqdə hirratax qırılması ilə birləşir. Cənubi-şərqdə ofiolit for­ma­si­ya­sı Al­lahverdi-İncivan və Göycə-Basarkeçər qırılmaları ilə sərhədlənir.

Kiçik Qafqazdan şimali-şərq ətəyi boyunca, kür çökəkliyi ilə sərhəddə kiçik Qaf­­qaz qarşısı kənar çökəklik yerləşir. Mürəkkəb dərinlik quruşuna malik olan bu çökəklik sadə quruluşa mlik olan üst struktur mərtəbə ilə örtülmüşdür, ona görə də çö­kəkliyin cənub sərhədi müxtəlif aparılır.

Orta Kür çökəkliyi hissəsi üçün mövcud materiallar göstərir ki, Poylu-Samux hissəsində Kür çayı qırılma boyunca axır. Burada Kürün sol sahilində Pliosen-an­tro­po­gen çöküntüləri atılmışdır (fay tipli qırılmış), bəzi sahələrdə sağ sahilin antro­po­gen çö­kün­tülərinin üzərinə itələnmişdir. Bu qırılmalın (qırılma sisteminin) cənub-şərq istiqa­mətində (Bərdə, Ağcabədi, Beyləqan) izlənilməsi qazma və geofiziki ma­terial­larla təsd­iq olunur. Bu qırılma xətti boyunca cənubi-qərbdə Torton və sar­ma­tın paz­laş­ma sərhədi uyğun gəlir.

Orta Kür seqmentindən cənubi-qərbə, Kiçik Qafqazın şimali-şərq dağətəyi bo­yun­ca və ya Kür çökəkliyi ilə Kiçik Qafqazqırşısı kənar çökəklik boyunca bir-biri­nə nə­zə­rən külisvari yerləşmiş, amplitudası 1 km və daha da çox olan qırılmalar yer­lə­şir. Bu qırılmalar sistemi Gürcüstanın Sadaflı rayonundan Gəncənin qərbinə və Xram çayanın varisinə kimi izlənilir (180-200 km məsafədə). Qravimetrik xəritə­lər­də özünü tbilisi-Martuni maksimumu ilə Kür minimumunın sərhəddi kimi özünü gös­tə­rir. Tərtər çayından şərqə Kür və Kiçik Qafqazqırşısı kənar çökəklikləri sər­həd­­lə­yən qırılmalar vahid qırılma kimi birləşirlər. Bərdə qravimametrik fleksurun­dan baş­­qa di­gər struktur formaların olması da bunu təsdiq edir.



geoloji-geofiziki tədqiqat işlərinin nəticələri göstərir ki, Kür çökəkliyi və Ki­çik Qafqazın Alp inkişaf mərhələsi bir-birindən kəskin fərqlənir. Belə ki, Mezozoy­da Kür çökəkliyi antiklinal kimi Kiçik Qafqaz isə geosinklinal kimi inkişaf et­miş­dir.

Bütün tədqiqatçılar tərəfindən bu strukturların Alp qırışıqlıqllığına qədər olan mər­­­­­­hələdə, Kembriyə qədər bünövrəyə malik Zaqafqaziya aralıq massivi kimi möv­cud ol­muşdur. Alp mərhələsinə kimi bünövrənin parçalanması, Alp mərhələsində Ki­çik Qaf­qaz evgeosinklinalının və Kür geoantiklinalının yaranmasına səbəb olmuş­dur. Ə.Ş.Şı­xə­libəylinin fikrincə Kür çökəkliyi və Kiçik Qafqaz arasında dərinlik qı­rıl­ması ya Alpa qə­dər mövcud olmuş, ya da erkən Alp mərhələsində yaranmışdır, və bütün mərhələ ər­zində maqmatik kütlələrin və mitoloji-faial zonaların sərhəddi kimi möv­cud ol­muşdur. Alp tektonik mərhələsinin sonunda Kiçik Qafqazqarşısı çökəkliyin in­ten­siv əril­­məsi Ə.Ş.Şıxəlibəylinin fikrincə maqmatik kütlələrlə dərinlik qırılmalarının bağ­lan­ması ilə əlaqədardır. Bu struktur platforma və geosinklinalların sərhəddində ya­ra­­nan çoxlu sayda kənar çöküntülərə uyğun olub, qırılma üstü çökəklikdir.

Lök-Ağdam zonası nəinki şimali-şərqdə, hətta cənubi-qərbdə dərinlik qırıl­ma­sı ilə sərhədlənir. Şimalda yerləşən Kiçik Qafqazqarşısı qırılma müasir struktur planda ya ifadə olunmur və ya çox zəif seçilir, böyük qalınlığa malik Neogen-ant­ro­pogen çö­­kün­tüləri ilə basdırılmışdır. Cənubi-qərbdə yerləşən Göyçə-Qarabağ tikiş zo­nası müasir struktur çox aydın seçilir. İlk dəfə K.N.Paffenqos tərəfindən ayrılan eni 20-50 km-ə, uzunluğu 200 km-ə çatan Göyçə-Qafan tikiş zonası, Kiçik Qafqazın ofiolitlərlə əhatə olunan, böyük tikiş zonalarından biri hesab olunur.

Kiçik Qafqazın Azərbaycan hissəsində növbəti Misxan-Şəmkir eninə qalxımın­dan şərqə göyçə-Qafan tikiş zonası bir sıra horst-antiklinoriumlara, qraben-sinkli­no­ri­um­lara, faial-litoloji zonalara, maqmatik kütlələrin yayılma sahələrinə ayrılır.

Təsvir olunan tikiş zonasının uzaq şimali-qərb sərhəddi, ofiolit formasiyalarının ya­randığı sahə və göyçə-Qarabağ tektonik zonasının sərhəddi müasir struktur plan­da özünü üstəgəlmə kimi göstərən Murovdaq dərinlik qırılması hesab olunur. Bu dərin­lik qırılması Murğuz silsiləsinin şimal yamacından başlayaraq Tərtər ça­yına kimi iz­lə­ni­lir və sonra üç qolla ayrılır (şimal, cənubi-şərq, cənubi-qərb).

Şimal-şərq qol Ağdam antiklinoriumunun cənubi-qərb yamacı boyunca Kara­çux si­lsiləsinə kimi izlənir, sonra bir qədər istiqamətini dəyişir və Martuni sinklino­riumu­nun oxu boyunca Martuni kəndinə kimi uzanır.

Cənubi-şərq qol Bağırxan qalxımından ox boyunca cənubi-şərq istiqamətdə Fi­zu­li rayonuna (Arazın qərb sahilinə kimi) qədər izlənilir.

Göycə-Qarabağ tikiş zonasının Mərkəzi Qafqaz qolu xüsusi rol oynayır. Qara­bağ dərinlik qırılması həmçinin tikiş xətti adlanır, ultrasəs, orta və turş itruziyaları Təbaşir, pa­lsogen çöküntülərindən təşkil olunmuş Sarıbaba sinklinoriumunun orta və üst Yura yaş­lı çöküntülərdən ibarət Qarabağ antiklinoriumdan ayırır.



Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin