Azərbaycanın geologİyası I mühazİrə


Kiçik Qafqazın geoloji inkişaf tarixi



Yüklə 412,58 Kb.
səhifə45/82
tarix02.01.2022
ölçüsü412,58 Kb.
#34969
növüTədris planı
1   ...   41   42   43   44   45   46   47   48   ...   82
C fakepathMühazir - 1-10- Az rb. geol. 2020

    Bu səhifədəki naviqasiya:
  • Hernsin
4.6. Kiçik Qafqazın geoloji inkişaf tarixi

Böyük Qafqazda olduğu kimi Kiçik Qafqazın da inkişaf tarixində 3 mərhələ (Hersinə­qədər, Hersin, Alp) ayrılır.



Hersinəqədər inkişaf mərhələsi geosinklinal rejimlə və vulkanogen-çökmə qa­tın (PR2-PZ1) toplanması ilə xarakter olunur. Bu mərhələ intensiv qırışıqlıq, regio­nal meta­mor­fizm və kontakt (qədim ultraəsas, əsas və qismən turş intruziyaların forma­laşması ilə əlaqədar olan) dəyişmələrlə başa çatır.

Kembri-Ordovik çöküntüləri Qafqazda dəqiq müəyyən olunmamışdır. Bu mər­hə­lə­nin ümumi qalxma və regional fasilə dövrünə düşdüyü ehtimal olunur.



Hernsin mərhələsi (Silur-erkən Perm). Qafqazarxasında (Dzirul massivi, Lök- Kafanın şimal-qərb hssəsi və Ermənistan zonası) alt Paleozoy metamorfik bünövrə çıxış­larına görə Hersin mərhələsi üçün geoantiklinal şəraitin olmasını qeyd etmək olar. Belə ehtimal olunur ki, erkən Paleozoyda konsolidasiya olunmuş bu əya­lətdə Her­sin mər­hə­lə­sində geniş Qafqazarxası aralıq massiv yerləşmişdir. Qədim yaşlı çö­kün­­tü­lər bir sıra yerlərdə, Karbon yaşlı qranitoidlərlə yarılmış və ayrı-ayrı dağ­ara­sı çö­­­kək­liklərdə üst Paleozoy yaşlı turş lava və tufagen-çökmə qatla örtül­müş­dür.

Kiçik Qafqazın cənub hissəsində, Türkiyə və İranın ətraf ərazilərində orta Paleo­zoyda Araz qarşısı miogeosinklinal çökəkliyi yerləşmiş və burada Devon-alt Kar­bon yaşlı terrigen-karbonat çöküntüləri toplanmışdır. Bu çökəkliyin kənar şərq his­səsində (Zəngəzurda) üst Devon çöküntüləri tufogen materiallarla zənginləşir. Er­kən Karbonun sonunda Araz qarşısı əyalət zəif qalxmaya məruz qalır ki, bu da qırı­şıq­lıqla müşayyət olunur. Erkən Permdə bu əyalətin yenidən əyilməsi baş verir.



Alp mərhələsi. Kifayət qədər materialın olması Alp mərhələsində 4 yarımmər­hələni ayırmağa imkan verir.

1. Başlanğıc (gec Perm-Trias).

2. Erkən (gec Yura-erkən Təbaşir). Kiçik Qafqazda geosinklinalın yaranması (Lök-Kafan), onların intensiv əyil­mə­­si, güclü maqmatizmə və müşayət olunması, geo­sink­linalların ox hissəsində mər­kəzi qal­xım­ların yaranması, inkişafı ilə xarak­teri­zə olunur.

3. Orta (erkən Təbaşirin sonu-Oliqosen). Muxtəlif tip ikinci gesinklinalların (çö­kək­­liklərin) inkişafı. Mərkəzi qalxımların ətrafında saxlanılan və yeniyaranan əhəng­­daşı, filiş, yaşıldaş geosinklinal çökəkliklərinin qapanması sistemin (meqantik­linoriu­munun) yaranması ilə xarakterizə olunur.

4. Gec (Oliqosen-Antropogen). Qırışıqlıq sistemin inkişafı, genişlənməsi,ön və aralıq çökəkliklərin yaranması, onların molassla dolması ilə xarakterizə olunur. Bu ya­­rımmər­hə­lənin özü də iki fazaya (Oliqosen-Miosen və Pliosen-Antropogen) ayrılır ki, bunlar da uy­ğun olaraq alt və üst molassın toplanmasına uyğun gəlir. Alp qırı­şıq­lıq mərhələsinin baş­lanğıcında Kiçik Qafqazın cənubunda Arazqarşısı zonada mio­geo­sinklinal hövzə, Qaf­qaz­arası aralıq massiv isə öz inkişafının davam etdir­miş­dir. Er­kən Alp mərhələsində Böyük Qafqazın cənub hissəsi və Zaqafqaziya aralıq mas­sivi­nin şimal hissəsi enməyə cəlb olu­nur.

Kiçik Qafqazın mərkəzi hissəsində, Zaqafqaziya aralıq massivinin parçalan­ması ilə əlaqədar olaraq, üst Yurada yeni geosinklinal çökəklik Kiçik Qafqaz (Lök-Qafan) yaranır. Bayosda istər bu çökəklikdə, istərsə aralıq massivinin Kür-Rion his­səsində, eləcə də Böyük Qafqazın cənub hissəsində intensiv sualtı vulkanizm baş ver­mişdir. Rion-Kür enmə zonasında Batda vulkanizm dayanır, sonra ümumi qalxma və qı­rı­şıq­lıq baş verir. Lök-Qafqan zonasında bu zaman kulisvari yerləşmiş bra­xian­tik­linal­lar yaranır və sonralar bunlar vahid Lök-Qarabağ geoantiklinalını əmələ gətirir. Vulka­nizm nəin­ki Batda hətta bütün üst Yuruda davam etdirmişdir.

Orta Yuranın sonunda Böyük Qafqazın ox zonasında (şimalda) Lök-Qafqan zo­nası­nın cənub ətrafında kimi (cənubda) böyük ərazidə qranitoid intruziyalarının tə­za­hürü qeyd olunur. Lök-Qafan zonasında qranitoid vulkanizminin təzahürü Təbaşirin əvvəllərində ye­ni­dən bərpa olunur. Bu mərhələdə vulkanizm nəinki qalxımları, eyni zamanda çökəklik­ləri də əhatə edir. Ermənistan və Arazqarşısı zonaları bu mərhə­lə­də qalxma və yuyulma sahəsi olmuşdur. Yalnız, Bayos-Kellovey ərzində dəniz Cul­fa ra­yo­nuna və şimal-qərbə doğ­­ru irəliləyir.

Alp qırışıqlığının orta mərhələsi (Təbaşir-Orta Paleogen). Bu mərhələdə Kiçik Qafqazın ətrafı blyunca erkən Təbaşirin sonunda Acar-Trialit çökəkliyi intensiv inkişaf edir. Onun Təbaşir kəsilişində vulkanogen süxurlar əhəngdaşları ilə növbə­ləşir. Paleosen-Eosen çöküntüləri filiş xarakteri alır. Acar-Trialet çökəkliyi də Böyük Qafqazın cənub yamacının filiş çökəkliyi kimi qırılmalarla əhatə olunmuşdur.

Lök-Qafqabağ qalxım zonasının digər ətrafı boyunca (Göyçə, Tərtərin üstü və Həkəri hövzəsindən keçən) Albdan (cənub-şərqdə Neokomdan- Berrias, Valenjin, Ho­teriv, Barrem) sualtı vulkanizmin in­tensiv təzahürü ilə müşayət olunan Göyçə-Hə­kəri geosinklinalı yaranmışdır. Bu sa­hə­də Eo­sen yaşlı (erkən, orta və gec), böyük qa­lın­lı­ğa malik lava qatı və piroklas­to­litlər; gec Senon­da isə karbonatlar toplanmışdır. Hər iki vulkanik faza çökəkliyin şi­mal və şimal-şərq sərhəddi boyunca əsas və ultra­əsas intruziyalar qurşağının ya­ranması ilə başa çatmışdır.

Gec Təbaşirdə enmə daha da cənuba genişlənir və Kiçik Qafqazın cənub hissə­si­ni əhatə edərək burada İrəvan və Ordubad çökəkliklərini əmələ gətirir. Talış çökək­li­yinin də bu mərhələdə formalaşdığı ehtimal olunur. Hər üç çökəklikdə üst Təbaşir kar­­bonat çöküntülərindən təşkil olunmuşdur. Təbaşirdən Paleogenə keçid tədrici xa­rak­­ter daşıyır (Talış istisna olmaqla). İrəvan və Ordubad çökəkliklərində Bat-erkən Eo­­sendə terrigen, filiş formasiyası toplanmışdır

Eosendə Ordubad və Talış çökəkliklərində Kiçik Qafqazın şimal çökəkliklərin­də oldu­ğu kimi, intensiv sualtı vulkanizm arenası olmuşdur. Kiçik Qafqazın bir sıra çö­kək­­liklərində Eosenin sonunda baş verən qalxma, filiş çökəkliklərinin qapanma­sına səbəb olur. Kiçik Qafqazda bu mərhələdə, 2-ci böyük qranitoid intruziya komp­leksi formalaşır ki, bu da 1-ci intruziya kompleksindən- orta Mezozoydan fərqlənir.



Gec Alp mərhələsi. Oliqosendən başlayaraq ərazi geosinklinal inkişafın son mər­­­hələsinə (orogen) keçir. Bu mərhələ öz növbəsində iki fazaya ayrılır ki, bun­lar da müvafmq olaraq alt və üst molas formasiyaların toplanma vaxtına uyğun gə­lir.

Böyük Qafqaza nisbətən Kiçik Qafqazın vahid tağ-qayma qalxımına çevrilməsi prosesi olduqca mürəkkəb olmuşdur. Artıq Oliqosendən başlayaraq Kiçik Qafqazın böyük ərazisi qalxmaya cəlb olunur, lakin onun qapanmış geosinklinal çökək­lik­lə­rinin yerində (Acar-Trialet, Göyçə, Ordubad, Talış) Oliqosen ərzində qalıq çökək­lik­lər saxlanılır ki, burada da laqun və kontinental çöküntülər toplanır. Bu çökəkliklər­dən bəzisi (İrəvan) Miosenin sonuna kimi inkişaf edir. Daha iri qalıqlar isə (Göyçə zo­nasında-Göyçə, Leni­na­kan) hətta müasir dövrə kimi saxlanılmışdır. Bununla belə bu zonada və eləcə də digər sahələrdə Pliosen və Antropogendə ayrı-ayrı çökəkliklər əmələ gəlir (əsasən qra­benvari). Beləliklə, Böyük Qafqazdan fərqli olaraq Kiçik Qaf­qaz daha aydın differensiasiya olun­muş xarakter daşıyır. Plisen və Antropogendə kifayət qədər qalxmaya (2-3,5 km- ə dək) məruz qalan zonalarla (Acar-Trialet, Lök-Qarabağ, vulkanik dağlıq Ermənistan, Darala­göz-Zəngəzur) yanaşı kifayət qə­dər en­mə­yə məruz qalan zonalar (Göyçə, Arpa-Voratan) da qeyd olunur. Bu hərə­kət­lər Bö­yük Qafqaza nisbətən Kiçik Qafqazda zəif maqmatizm­lə xarakterizə olu­nur.

Oliqosendə Göyçə və Ordubad çökəkliklərinin ayrı-ayrı sahələrində vulkanik püs­­­kür­mələr davam edir. Vulkanik fəaliyyət Miosenin əvvəlində bir qədər zəifləsə də, sonra Sarmatda (xüsusən də Metis-Pontda) kəskin fəallaşır və Ermənistan, Dağlıq Axalkalakidə güclü püskürmə baş verir. Sonralar gec Pliosendə və Antropogendə ay­rı-ayrı püskürmələr baş vermişdir. Antropogendə baş verən püskürmələr Transqaf­qaz eninə qırılması zona­sın­da qeyd olunur.

Oliqosendən başlayaraq orta Araz dağarası çökəkliyinin ayrı-ayrı çökəkliklər yara­nır; Miosendə enmənin intensivliyi kəskin artır; Meotis-Pontda isə bu proseslər yalnız Ararat çö­kək­lik­lə­ri­nin qərb hissəsində davam edir.



Son vaxtlar Orta-Araz çökəkliklərinin tədricən qalxması (0,4-0,7 km) müşahidə olsa da Kiçik Qafqazda qalxmanın intensivliyindən kifayət qədər az olmuşdur. Meo­tis-Antropogendə Kiçik Qafqazın qalxması 1,5-3,5 km arasında dəyişir. Antropogen­də Kiçik Qafqazda buzlaşma baş verir. Lakin bu buzlaşma Böyük Qafqazda nisbətən kifayət qədər zəif olur.


Yüklə 412,58 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin