(yoluxdurmadan 24 saat sonra) kontrol qrupda (qrup I) bir cücənin orta çəkisi 118,7 təşkil edirsə, yoluxdurulmuş cücələrdə (qrup IV) bu göstərici 111,8 q olmuşdur. Kontrolla müqayisədə bu göstərici 6,9q az olur. Belə azalma 5-ci, 6-cı və 7-ci qruplarda da müşahidə edilir. Baykoks və acı-yovşanın kombinasiyası ilə müalicə olunan 8-ci qrupun göstəriciləri kontrol qrupun göstəriciləri kimi olmuşdur.
İnvaziyanın 3-cü günü 1-ci qrupda bir cücənin orta çəkisi 139,2 q olduğu halda, bu göstərici içməli sularına baykoks əlavə edilən yoluxdurulmayan 3-cü qrupda 138,7q, yeminə acı yovşan əlavə edilən 4-cü qrupda 139,8q olmuşdur. Yoluxdurulan cücələrin baykoksun 2ml/l və 3ml/l dozaları müalicəsi zamanı müvafiq olaraq 125,7 və 127,4q, acı yovşan və onun baykoksla kombinasiyası ilə müalicəsi zamanı isə 128,5 və 139,2 q təşkil etmişdir. 8-ci qrupun göstəricisi kontrol qrupun göstəricisinə bərabər olmuş, digər qruplarda isə sutkalıq çəki artımı kontrol qrupun göstərici-lərindən az olmuşdur. Göründüyü kimi invaziyanın ilk günləri nə baykoksun 2ml/l və 3 ml/l dozaları, nə də acı yovşanın 1500mq/kq dozası çəki artımının azalmasının qarşısını ala bilmir. Ayrı-ayrılıqda acı yovşan və baykoksdan fərqli olaraq onların kombinasıyası ilə müalicə cücələrin çəki artımının azalmazının qarşısını alır. Bu zaman onların göstəricisi kontrol qrupun göstəricisinə bərabər olur.
İnvaziyanın 5-ci günü əldə edilən nəticələri analiz etdikdə məlum olur ki, invaziyanın ilk gününə nisbətən kontrol (qrup 1), yeminə A.absinthium unu əlavə edilmiş yoluxdurulmamış qrupda (qrup 4) bir cücənin orta çəki artımı 44,1 q, yoluxdurulmuş və yeminə A.absinthium unu əlavə edilmiş qrupda (qrup 7) 21,1q, yoluxdurulmuş lakin yeminə heç bir əlavə daxil edilməmiş qrupda (qrup 2) 21q, yoluxdurulmuş baykoksun 2ml/l və 3ml/l dozaları ilə müalicə edilən qrupda müvafiq olaraq 18,7q və 19,1q (qrup 5 və 6), koksidiozun baykoks və acı yovşanın kombinasiyası ilə müalicəsi zamanı isə 45,9q olmuşdur. İnvaziyanın 7-ci günü bütün qruplarda bu göstərici müvafiq olaraq aşağıdakı kimi olmuşdur: 68q, 32,2q, 67,4q, 69,7q, 30,8q, 31,7q, 32.2q, və 71,2q (cədvəl 3.7).
Təcrübə qruplarında quşların çəki artımında baş verən dəyişiklikləri daha dərindən başa düşmək üçün invaziyanın 5-ci və 7-ci günlərinin göstəricilərini bir-biri ilə müqayisə etdikdə aydın olur ki, 1-ci qrupda artım 23,9q, üçüncü qrupda 8,4q, dördüncü və 8-ci qrupların hər birində müvafiq olaraq 12q olmuşdur. Beşinci, altıncı və yeddinci qrupa daxil edilən cücələrin çəkisində artım əvəzinə, əksinə azalma müşahidə edilmişdir. Bu göstəricilər müvafiq olaraq aşağıdakı kimi olmuşdur: 9,4q, 5,2q və 4,7q.
Beləliklə, aydın olur ki, səkkizinci qrupda olan cücələrin çəki artımı birinci qrupun cücələrinin çəki artımından 2,9 q çox olmuşdur. Bu onu sübut edir ki, A.absinthium və baykoksun kombinasiyası ilə müalicə yoluxdurulmuş cücələrin müalicəsi quşların sutkalıq çəki artımına az da olsa müsbət təsir edir, belə bir hal E.tenella parazitinin 20000 sporlaşmış oosistası ilə yoluxdurulub A.absinthium, baykoksun 2ml/l və 3ml/l dozaları ilə müalicə edilən qruplarda müşahidə edilməmişdir.
İnvaziyanın 10-cu günündən (patent dövrü), postpatent dövrünün ilk gününə
kimi (invaziyanın 20-ci günü) cücələrin çəkisində aşağıdakı kimi dəyişikliklər baş vermişdir: Kontrol qrupda (qrup 1) 86,6 q, içməli suyuna 2,5%-li baykoksun 3ml/l dozası əlavə edilən yoluxdurulmamış qrupda 90,2q, yeminə A.absinthium unu əlavə edilmiş qrupda (qrup 4) 95,8q, yoluxdurulmuş və içməli suyuna müalicə məqsədilə baykoksun 2ml/l və 3ml/l dozaları əlavə edilən 5-ci qrupda 87,6q, 6-cı qrupda isə 84,9q, yeminə müalicə məqsədilə 1500 mq/kq A.absinthium unu əlavə edilmiş qrupda (qrup 7) 86,2 q, baykoks və acı yovşanın kombinasiyası ilə müalicə edilən qrupda isə 75,1q, E.tenella parazitinin 20 min sporlaşmış oosistası ilə yoluxdurulmuş qrupda (qrup 2) 84,2 q, olmuşdur. Bu göstəriciləri kontrol qrupun göstəriciləri ilə müqayisə etdikdə məlum olur ki, E.tenella –nın 20000 sporlaşmış oosistası ilə yoluxdurulub müxtəlif sxemlərlə müalicə edilən cücələrin çəkisi kontrol qrupun cücələrinin göstəricilərindən aşağı olur. Lakin, qeyd edilən qruplara daxil edilən cücələrin çəki artımının yoluxdurulub müalicə edilməyən cücələrin göstəricilərində yüksək olduğu müəyyən edilmişdir. Yoluxdurulmayıb yeminə baykoks (3ml/L) və acı yovşan əlavə edilən qruplarda çəki artımı kontrol qrupun göstəricilərindən yüksək olmuşdur. Belə ki, postpatent dövründə ən yüksək çəkiyə qeyd edilən preparatların kombinasiyası ilə müalicə olunan 8-ci qrupda olmuşdur (cədvəl 3.7)
Cücələrin xəstəlik zamanı çəkisinin azalmasını parazitin sahibin bağırsağında
inkişafı nəticəsində onun tamlığının pozulması yara yerlərində patogen mikro-orqanizmlərin fəallaşması, həzm sisteminin tamlığının pozulması nəticəsində qidalı maddələrin tərkibində olan maddələrin mənimsənilməsinin çətinləşməsi nəticəsində və ya tamamilə mənimsənilməməsi ilə izah edilə bilər. Müalicə məqsədilə tətbiq edilən baykoks eymeriyaların endogen inkişaf mərhələlərinə, tərkibində efir yağı olan acı yovşan isə həm eymeriyaların və həm də mikroorqanizmlərin inkişafını ləngitdiyi üçün onların birlikdə tətbiqi yüksək nəticələr əldə etməyə imkan verir. Bu fikri bizim apardığımız təcrübələrin nəticələri də sübut edir.
Beləliklə, müəyyən edilmişdir ki, A.absinthium unu cücələrin çəki artımına müsbət təsir göstərir ki, ondan sağlam quşların yem rasionuna əlavə kimi daxil edilə bilər. Onun koksidioza qarşı baykoksla birlikdə tətbiqi yüksək nəticələr əldə etməyə imkan verir.
Qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, yemi acı yovşanın hesabına orqanizm üçün çatışmayan əlavələrlə zənginləşdirməklə quşların eymeriozunun müalicə və profilaktika üsullarını təkmilləşdirmək olar.
3.3.Yerli cinsdən olan cücələrin eksperimental koksidiozu zamanı E.tenella-nın reproduktivliyi
Eymeriozun törədicilərini xarici mühitdə məhv etmək üçün tətbiq edilən kimyəvi vasitələrin əksəriyyəti uzun müddət kəskin iyə, bəziləri isə yüksək toksiki təsirə malikdir. Bu səbəbdən də bir çox kimyəvi maddələrin dezinfeksiya edici təsirə malik olmasına baxmayaraq onlardan geniş istifadə olunmur. Ona görə də eymeriyaların reproduktivliyinin və eyni zamanda yayılmasının qarşısını alan, isteh-salı ucuz başa gələn, ən əsası ətraf mühiti çirkləndirməyən profilaktik əhəmiyyətli maddələrin axtarışına və tətbiqinə üstünlük verilir.
Eymeriyaların reproduktivliyi yoluxma dozasından asılıdır [83, 32]. Baykok-sun və acı yovşanın E.tenella parazitinin reproduktivliyinə təsirini öyrənmək üçün parazitin 20000 sporlaşmış oosistası ilə yoluxdurulmuş 20 günlük cücələrin ifraz etdikləri oosistalar mikroskop altında sayılmışdır.
Baykoksun və acı yovşanın müxtəlif dozalarının Eimeria tenella-nın reproduktivliyinə təsirini öyrənmək üçün 120 cücə hər birində 15 cücə olmaqla 8 qrupa bölünmüşdür. Bütün qrupun cücələri E.tenella parazitinin 20000 oosistası ilə yoluxdurulmuşdur. Birinci qrupun cücələri yoluxdurmadan sonra müalicə edilməmiş, kontrol saxlanılmışdır. 2-ci, 3-cü və 4-cü qrupun cücələri müvafiq olaraq baykoksun 1ml/l, 2ml/l və 3ml/l dozaları ilə müalicə edilmişdir. 5-ci, 6-cı və 7-ci qrupun cücələri isə müvafiq olaraq acı yovşanın 1500 mq/kq, 2500 mq/kq və 3000 mq/kq dozaları ilə, 8-ci qrupun cücələri isə baykoks (2ml/l) və acı yovşanın (1500 mq/kq) kombinasiyası ilə müalicə edilmişdir.
Yoluxdurmanın 6-cı günündən başlayaraq hər bir qrupda sutka ərzində quşların ifraz etdikləri oosistalar ayrı-ayrılıqda toplanaraq hesablanmışdır.
Cücələrin eymeriozunun baykoksun 2 ml/l dozası ilə müalicəsi zamanı cücələr arasında ölüm halları və xəstəliyin klinik əlamətləri müşahidə edilməmişdir. Onların yarılması zamanı da daxili orqanlarında patoloji anatomik dəyişikliklərin baş vermədiyi aşkar edilmişdir. İnvaziyanın 6-cı günündən başlayaraq cücələrin gündəlik ifraz etdikləri oosistaların sayı haqqında məlumatlar cədvəl 3.8-də verilir.
Cədvəldə verilən məlumatlardan aydın olur ki, cücələrin yoluxdurulması zamanı müalicə olunmayan kontrol qrupda ən çox oosista invaziyanın üçüncü günü ifraz olunur. Əgər bu gün ifraz olunan oosistaların sayı 19612800 təşkil edirsə, müalicə olunan qruplarda tətbiq edilən preparatın dozasından asılı olaraq 5040000, 90007 və 89703 oosistaya qədər azalır (cədvəl 3.8). Beləliklə, aydın olur ki, baykoks parazitin reproduktivliyinin qarşısını alır. Müalicə məqsədilə tətbiq edilən baykoksun 2 ml/L və 3ml/L dozalarının E.tenella-nın reproduktivliyinə təsiri arasında elə bir əsaslı fərq yoxdur (100 oosista).
Tədqiqatın nəticələrindən məlum olur ki, patent dövrünün ilk 4 günü ən çox sayda oosistalar ifraz olunur. Sonrakı günlər ifraz olunan oosistaların sayı kəskin azalır. Əldə edilən məlumatlar həmçinin onu da sübut edir ki, baykoks patent dövrünün qısalmasına səbəb olur.
Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirərək göstərmək olar ki, cücələrin E.tenella-nın 20000 oosistası ilə yoluxdurulması zamanı müalicə məqsədilə tətbiq edilən baykoksun müxtəlif dozalarından asılı olaraq xəstəliyin klinik mənzərəsi də dəyişir, patent dövrünün də müddəti azalır.
Müalicə edilən qruplarda koksidiozdan ölən cücələrin yarılması zamanı onların daxili orqanlarında patoloji anatomik dəyişikliklər müşahidə edilmişdir. Eyni zamanda bitkinin dozasının artırılması quşlar arasında ölüm hallarının azalmasına səbəb olur. Belə ki, müalicə məqsədilə acı yovşanın 1500 mq/kq dozada tətbiqi zamanı cücələrin 15%-i ölürsə, 2500 mq/kq və 3000 mq/kq dozalarının tətbiqi zamanı isə quşlar arasında ölüm hər iki halda 12% olur. Bitkinin dozasının 300 mq/kq dozasının tətbiqi zamanı cücələrin 88%-nin sağ qalmasına baxmayaraq, bu doza cücələr arasında depressiya hallarına səbəb olduğu üçün tətbiqi məsləhət deyil.
Cədvəldən görünür ki, müalicə edilməyən və acı yovşanın müalicə məqsədilə tətbiq edilən dozalarından asılı olmayaraq ifraz olunan oosistaların sayı patent dövrünün 2, 3 və 4-cü günləri daha çox olur. Lakin, müalicə olunan qrupda ifraz olunan oosistaların sayı müalicə edilməyən cücələrin ifraz etdikləri oosistaların sayından azdır. Bu da bitkinin E.tenella-nın reproduktivliyinin qarşısını qismən aldığını göstərir.
Bütün hallarda ifraz olunan oosistaların sayının kəskin azalması invaziyanın
patent dövrünün 5-ci günündən başlayır. Müalicə olunan qruplarda oosistaların ifraz olunması patent dövrünün 11-ci gününə qədər davam edirsə, müalicə olunmayan qrupda patent dövrünün 14-cü günü tək-tək olsa da ifraz olunan oosistalara təsadüf edilir.
Baykoks və acı yovşanın kombinasiyası ilə müalicə olunan qrupun göstəricilərini digər qrupların göstəriciləri ilə müqayisə etdikdə məlum olur ki, ifraz olunan oosistaların sayı baykoksun 1, 2 və 3ml/l dozaları ilə müalicə olunan qrupların göstəricilərindən az olur. Cədvəl 3.8 də verilən məlumatlardan görünür ki, əgər baykoksun 2 ml/l və 3 ml/l dozaları ilə müalicə zamanı oosistaların ifrazı invaziyanın 13-cü gününə (patent dövrünün 7-ci günü), acı yovşanın bütün dozaları ilə müalicə zamanı invaziyanın 17-ci gününə (patent dövrünün 11-ci günü) qədər davam edirsə, baykoks ilə acı yovşanın kombinasiyası ilə müalicə edilən qrupda da oosistaların ifrazı baykoksla müalicə olunan qrupda olduğu kimi invaziyanın 13-cü gününə
Cədvəl 3.8
E.tenella- nın 20000 oosistası ilə yoluxdurulan müalicə edilən cücələrin ifraz etdikləri oosistaların dinamikası
(1q nümunədə)
Patent dövrünün
günləri
|
Yoluxdurulub müalicə edilməyən cücələrin ifraz etdikləri oosista-ların sayı
|
Müalicə edilən cücələrin ifraz etdikləri oosistaların sayı
|
Baykoks
|
Artemisia absinthium
|
Baykoks və acı yovşanın kombinasiyası
(2ml/l+1500mq/kq)
|
1 ml/L
|
2ml/L
|
3ml/L
|
1500 mq/kq
|
2500 mq/kq
|
3000 mq/kq
|
Qrup I
|
Qrup II
|
Qrup III
|
Qrup IV
|
Qrup V
|
Qrup VI
|
Qrup VII
|
Qrup VIII
|
1
|
5607619
|
5256000
|
64000
|
64100
|
5426728
|
5168313
|
5033389
|
63445
|
2
|
14700000
|
5293333
|
162500
|
162400
|
13225805
|
13548384
|
13932555
|
161820
|
3
|
19612800
|
5040000
|
90007
|
89703
|
17980122
|
18076311
|
18254663
|
89009
|
4
|
14733333
|
3013333
|
750
|
770
|
12258060
|
10579113
|
10961876
|
300
|
5
|
6257777
|
493333
|
190
|
100
|
5055941
|
4867572
|
4805376
|
50
|
6
|
2988000
|
320000
|
30
|
30
|
2391613
|
2253929
|
2328745
|
8
|
7
|
2149333
|
178889
|
13
|
12
|
1980003
|
1580953
|
1490919
|
1
|
8
|
2044573
|
75111
|
0
|
0
|
1978621
|
1284391
|
1198957
|
0
|
9
|
2266667
|
259
|
|
|
2193542
|
2089091
|
1994150
|
|
10
|
136000
|
20
|
|
|
131611
|
125347
|
119640
|
|
11
|
2411
|
1
|
|
|
233
|
222
|
212
|
|
12
|
97
|
0
|
|
|
98
|
0
|
0
|
|
13
|
13
|
|
|
|
0
|
|
|
|
14
|
3
|
|
|
|
|
|
|
|
Cəmi
|
70498626
|
19670279
|
317490
|
317115
|
62622377
|
59573626
|
60120482
|
88895
|
(patent dövrünün 7-ci günü) kimi davam edir. Lakin, tək baykoksla müalicə olunan qrupdan fərqli olaraq, baykoks və acı yovşanın kombinasiyası ilə müalicə olunan qrupda ifraz olunan oosistaların sayı azalır.
Eymerioz və onun müalicəsi zamanı invaziyanın intensivliyi də öyrənilmişdir. Baykoksun müztəlif dozalarının və onun acı yovşan ilə kombinasiyasıyasının E.tenella ilə yoluxdurma zamanı intensivliyinə təsir effektinin hesablanmasında düsturundan istifadə edilmişdir. Burada İE-tətbiq edilən preparatın intenseffektliyi %-lə; Kk-kontrol, preparat verilməyən qrupun cücələrin xaric etdikləri oosistaların sayı; Kt- preparat verilən cücələrin xaric etdikləri oosistaların sayı.
Yoluxdurulub müalicə edilməyən kontrol I qrupda invaziyanın intensivliyi yüksək olmuşdur. Yoluxdurmanın 6-cı günü bu qrupda xaric olunan oosistaların ümumi sayı 5607619, invaziyanın 8-ci günü isə xaric olunan oosistaların sayı artaraq 19612800 oosista təşkil etmişdir. Müalicə olunan bütün qruplarda invaziyanın intensivliyinin kontrol qrupun göstəricisindən az olduğu müəyyən edilmişdir.
II qrupda yoluxdurmanın 6-cı günü invaziyanın intensivliyi 5256000, III qrupda 6400, IV qrupda 64100, V və VI qruplarda müvafiq olaraq 5168313 və 5033389 oosista olduğu halda, baykoksun 2ml/l və acı yovşanın 1500mq/kq dozada kombinasiyası ilə müalicə olunan VIII qrupda isə 63445 oosista olmuşdur.
Yoluxdurulub müalicə edilməyən kontrol qrupda oosistaların maksimum ifrazı yoluxdurmanın 8-ci gününə təsadüf edirsə, baykoksun 1ml/l, 2ml/l və 3ml/l dozaları
ilə müalicə edilən qruplarda yoluxdurmanın 7-ci günü qeydə alınmışdır.
Yolyxdurmanın qeyd edilən günü (8-ci gün) III, IV və V qruplarda invaziyanın intensivliyi müvafiq olaraq 5293333, 162500 və 162400 oosista olmuşdur (cədvəl 3.8.).
Acı yovşanın 1500mq/kq, 2500mq/kq və 3000mq/kq dozaları ilə müalicə olunan qruplarda da invaziyanın maksimum intensivliyinin I qrupda olduğu kimi yoluxdurmanın 7-ci günü olduğu müəyyən edilmişdir.
Baykoks və acı yovşanın kombinasiyası ilə müalicə olunan VIII qrupda isə invaziyanın intensivliyinin yoluxdurmanın 6-cı günü maksimum (63445 oosista) olduğu qeydə alınmışdır. Sonrakı günlər ifraz olunan oosistaların sayı azalmağa başlayır, 13-cü gün artıq cücələrin zılında oosistalara təsadüf edilmir.
Kontrol qrupda oosistaların ifrazı yoluxdurmanının 20-ci, baykoksun 1ml/l dozası ilə müalicə olunan qrupda 13-cü, acı yovşanın 1500 mq/kq dozası ilə müalicə olunan qrupda 18-ci, 2500mq/kq və 3000mq/kq dozaları ilə müalicə edilən qruplarda 17-ci günüə qədər davam edir. Baykoksun 2 ml/l və 3ml/l dozaları ilə müalicə olunan qruplarda isə VIII qrupda olduğu kimi artıq 13-cü gün quşların zılında oosistalar müşahidə edilmir.
Beləliklə, xaric olunan oosistaların kəmiyyətcə analizi göstərir ki, baykoksun yoluxdurma dozası ilə ifraz olunan oosistaların sayı arasında düz mütənasiblik mövcüddur. Müəyyən edilmişdir ki, müalicə olunan qruplarda ifraz olunan oosistaların sayı arasında fərqin olmasına baxmayaraq, bütün hallarda oosistaların maksimum sayda ifrazı invaziyanın 7-9-cu günləri baş verir. Xaric olunan oosistaların ən az sayı baykoks və acı yovşanın kombinasiyası ilə müalicə olunan qrupda olmuşdur.
Preparatın intenseffektliyi quşların zıllarının koproskopik müayinəsinin nəticələrinə, ölən və ya kəsilən cücələrin yarılması zamanı baş verən patoloji-anatomik dəyişkənliklərə görə müəyyənləşdirilmişdir.
E.tenella ilə yoluxdurulmuş cücələrin müalicəsi zamanı 2,5%-li baykoksun 1ml/l, 2 ml/l və 3ml/l dozalarının və onun acı yovşanın 1500 mq/kq dozada kombinasiyasının invaziyanın intensivliyinə təsirinin öyrənilməsi göstərdi ki, baykoksun 1ml/l, 2ml/l və 3ml/l dozalarının intenseffektliyi müvafiq olaraq 72,10%, 98,39% və 99,55%, acı yovşanın 1500 mq/kq, 2500mq/kq və 3000 mq/kq dozaları ilə müalicəsi zamanı isə 11,17%, 15,50% və 14,72%, baykoksun 2ml/l və acı yovşanın 1500mq/kq dozada kombinasiyası ilə müalicəsi zamanı isə preparatın intenseffektliyi çox yüksək 99,87% olmuşdur.
Aparılan tədqiqatın nəticələri göstərir ki, cücələrin eymeriozuna qarşı effektiv müalicə vasitəsi kimi acı yovşan ilə baykoksun 2ml/l və 1500mq/kq dozada tətbiqi yüksək antieymerioz təsir effektinə malik olub, parazitin endogen inkişaf mərhələlərinə təsir edərək invaziyanın intensiviyinin aşağı düşməsinə səbəb olur.
Qeyd etmək lazımdır ki, cücələrin parazitin yüksək dozaları ilə yoluxdurulması zamanı müalicə məqsədilə tətbiq edilən baykoks parazitin endogen inkişaf mərhələlərinə təsir edərək parazitin reproduktivliyini azaltmaqla, sanki aşağı dozalarda yoluxmalarda olduğu kimi, xüsusi müdafiə faktorlarının sintez olunmasına səbəb olmaqla sahibin xəstəliyə qarşı dözümlüyünü artırır. Cücələrin yeminə acı yovşanın da əlavə olunması isə bu prosesləri daha da sürətləndirir.
Dostları ilə paylaş: |