AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


Tədqiqatın məqsəd və vəzifələri



Yüklə 4,12 Mb.
səhifə2/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   2   3   4   5   6   7   8   9   ...   34

Tədqiqatın məqsəd və vəzifələri. Kompleks parazitoloji, biokimyəvi və fizioloji metodları tətbiq etməklə yerli cinsdən olan cücələrin eksperimental eymeriozunun (E.tenella) baykoks və baykoksla birlikdə Artemisia absinthium L. ilə müalicə zamanı orqanizmin biokimyəvi və fizioloji göstəricilərində baş verən dəyişkənlikləri və qarşılıqlı parazit-sahib münasibətlərini aydınlaşdırmaqdır.

Bu məqsədlə aşağıdakı vəzifələrin yerinə-yetirilməsi nəzərdə tutulmuşdur:



  • yerli cinsdən olan cücələrin eymeriozu (Eimeria tenella) və onun müalicəsi zamanı parazit-sahib sisteminin əsas aspektləri:

  • qara və çil-çil cücələrin yoluxdurma (Eimeria tenella) dozasından və müalicə sxemindən asılı olaraq mədə-bağırsaq traktında baş verən dəyişikliklər;

  • eksperimental eymeriozun və müxtəlif müalicə sxemlərinin yerli cinsdən olan cücələrin yaşamalarına təsiri;

  • qara və çil-çil cücələrin yoluxdurma (Eimeria tenella) dozasından və müalicə sxemindən asılı olaraq çəki artımında baş verən dəyişikliklər;

  • müxtəlif müalicə sxemlərin E.tenella oosistalarının reproduktivliyinə təsiri. Müalicə məqsədilə istifadə edilən preparatların və onların kombinasiyalarının intens-

ekstensivliyinin hesablanması;

  • qara və çil-çil cücələrin E.tenella ilə yoluxdurma dozasından və müalicə məqsədilə istifadə edilən baykoksun, baykoks və A.absinthium (acı yovşan) ilə kombinasiyasının qanın hematoloji və biokimyəvi göstəricilərinə təsiri.

  • baykoks, A.absinthium və müalicə sxemlərinin cücələrin qanında və qaraciyər-ində zülal mübadiləsinə təsiri;

  • cücələrin eksperimental eymeriozu və onun müalicəsi zamanı qan zərdabında, beyin, qaraciyər və əzələlərdə sərbəst aminturşuların dinamikası;

  • eksperimental eymerioz və onun müalicəsi zamanı müxtəlif toxumalarda bəzi fermentlərinin aktivliyinin dinamikası.

İşin elmi yeniliyi. İlk dəfə yerli cinsdən olan cücələrineksperimental eyme-riozun baykoks, baykoks və Artemisia absinthium-un kombinasiyası ilə müalicəsi zamanı zülal və amin turşu mübadiləsi, bu mübadilə prosesində iştirak edən bəzi fermentlərin (aspartataminotransferazanın, alaninaminotransferazanın, qlutation-reduktazanın, qlükoza-6-fosfatdehidrogenaza və qələvi fosfataza) aktivliyi, qanın biokimyəvi və hematoloji göstəriciləri öyrənilmişdir.

İlk dəfə qanın hematoloji, biokimyəvi göstəriciləri və həzm sistemində baş verən patomorfoloji dəyişikliklər müqayisəli şəkildə öyrənilmişdir ki, bu xəstəliyin patogenezinin əsas simptomları haqqında bilikləri daha da dərinləşdirir.

İlk dəfə baykoksun və Artemisia absinthium-un sağlam, Eimeria tenella ilə eksperimental olaraq yoluxdurulmuş cücələrin eymeriozunun kiliniki əlamətlərinə və qanın biokimyəvi göstəricilərinə təsiri öyrənilmişdir.

İlk dəfə baykoks, Artemisia absinthium və onların birlikdə kombinasiyasının cücələrin koksidiozunun müalicəsi zamanı qanın morfoloji göstəricilərinə təsiri öyrənilmişdir.

İlk dəfə yerli cinsdən olan qara və çil-çil cücələrin eymeriozu və onun müakicəsi zamanı qan zərdabında, qaraciyər, beyin və əzələlərdə amin turşuların dinamikası öyrənilmişdir.

İlk dəfə yerli cinsdən olan cücələrin qan zərdabında, xəstəlik və müalicə dövrün-də qaraciyər, əzələ və beynində ALT, AST, QR, LDH və Q-6FDH fermentlərinin

aktivliyi öyrənilmişdir.

İşin praktiki əhəmiyyəti. Eymerioz və onun müalicəsi zamanı parazit-sahib sisteminin qarşılıqlı münasibətlərinin öyrənilməsi nəticəsində əldə edilən nəticələr eymerioza qarşı aparılan mübarizədə elmi əsas ola bilər. Aparılan tədqiqatların nəticələrinə əsasən praktikaya ev quşlarının eymeriozunun müalicə və profilaktika-sında effektiv, stimulyasiyaedici xüsusiyyətə malik preparatın - baykoksun acı yovşan ilə birlikdə tətbiqi sxemləri təklif olunur.

Alınan nəticələr cücələrin eymeriozunun müalicə və profilaktikasında istifadə edilən üsulların təkmilləşdirilməsinə yardımçı olmaqla tətbiq edilən müxtəlif müalicə sxemlərinın effektivliyini obyektiv qiymətləndirməyə imkan verir.

Tətbiq edilən müalicə sxemləri yüksək terapevtik və iqtisadi effektə malik olmaqla xəstə quşların sağalmasını, hematoloji və biokimyəvi göstəricilərinin bərpa olunmasını sürətləndirir və onların xəstəliyə qarşı rezistentliyini artırır.

Əldə edilən nəticələrdən eymeriozun diaqnostikasında, yeni preparatların sınaqdan keçirilməsində, onların orqanizmin maddələr mübadiləsinə təsirinin qiymətləndirilməsində istifadə edilə bilər.



Aprobasiya. Dissertasiya işinin materialları 2001-2014-cü illərdə Respublikanın və xarici ölkələrin nüfuzlu elmi jurnallarında, AMEA Zoologiya institutunun illik hesabatlarında və elmi seminarlarında, protozoologiya şöbəsinin hesabatlarında, beynəlxalq qurultay (V Всероссийского Съезда Паразитологического общества при Российской академии наук. «Паразитология в изменяющемся мире», Новосибирск, 2013; International VETIstanbul Group Congress, Istanbul 2014; ) və konfranslarda (Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun yaradılmasının 100 illik yubileyinə həsr edilmiş beynəlxalq elmi konfrans, Bakı 2002; Proceeding of the WSEAS International Conference, Recent Researches in Chemistry, Biology, Environment and Culture. Montreux, Switzerland, December, 2011, XV International Conference of the Ukrainian Scientific Society of Parasitologists, Ukraine, 2013; Müasir biologiya və kimyanın aktual problemləri, Gəncə 2014; Baytarlıq təbabəti və ərzaq təhlükəsizliyi: problemlər və perspektivlər, Naxçıvan 2014) müzakirə olunmuş və çap olunmuşdur.

Nəşr. Dissertasiyanın materialları əsasında 38 elmi məqalə çap edilmişdir.

Dissertasiyanın həcmi və strukturu: Dissertasiya 348 səhifə həcmində olmaqla giriş, ədəbiyyat xülasəsi, tədqiqatın material və metodikası, xüsusi tədqiqatlar, nəticələrin müzakirəsi, nəticə, əməli təkliflər və ədəbiyyat siyahısından ibarətdir. Dissertasiyanın yazılmasında azərbaycan, ingilis, rus və digər xarici dillərdə olan 352 ədəbiyyata istinad olunub. Dissertasiya işində 79 cədvəl, 12 şəkil verilib.

I FƏSİL

ƏDƏBİYYAT MƏLUMATLARI

1.1.Ev toyuqlarinda parazitlik edən eymeriyalar haqqında qısa məlumat
Praktikaya molekulyar-bioloji metodların tətbiqi nəticəsində amplifikasiya olunan DNT və ribosom RNT-nin nukleotidlərinin müqayisəli analizi nəticəsində əldə edilən məlumatlara əsaslanaraq bir çox tədqiqatçılar məlum olan ibtidailərin sistematikasına həm yüksək və həm də aşağı taksonlar səviyyəsində yenidən baxdılar. Nəticədə eukariot mikroorqanizmlər 5 tipə bölündü [137].

Apicomplexa artıq tip kimi mövcud olmayıb daha yüksək ranqa Alveolata aləminə daxil edildi [28]. Alveolata Cavalier-Smith, 1991 özündə üç ibtidailər tipini sporlular (Sporozoa Leuckart, 1879), dinoflaqelyatlar (Dinozoa) və infuzorlar (Ciliophora Doflein, 1901). Bu makrotaksonların hər biri öz unikal əlamətləri ilə xarakterizə olunur. Bu üç protist tipin nümayəndələri həyat tərzinə görə fərqlənir. İnfizorlar əsasən sərbəstyaşayan faqotroflar, dinoflaqelyatlar əsasən sərbəstyaşayan avtotroflar, sporlular isə bir qayda olaraq obliqat-parazit orqamizmlərdir [70 s.5].

İbtidailərin ultrastrukturunun öyrənilməsi istiqamətində əvvələr aparılan tədqiqatlarda göstrıilir ki, sporlular (Sporozoa) üçüm umumi əlamət onlarda “apikal kompleksin” olmasıdır. Bu məlumatlara əsasən Norman Levayn [217] apikal kompleksə malik olan protistləri Apicomplexa Levine 1970 yarım tipində birləşdirdi. Perkins tərəfindən [276] sporlular üçün xarakterik əlamətin - apikal kompleksin Dermocystidium marinum parazitinin sərbəst qamçılı mərhələsində də təsadüf edildiyi bildirildi. Sonralar Levayn bu yarım tipi tip səviyyəsinə - Apicomplexa Levine, 1980 yüksəltdi.

Son illərdə aparılan tədqiqatın nəticələrinə əsaslanan alimlər apikal kompleksə malik olan orqanizmlərin bu tipə daxil edlməyin mümkün olmadığını əsas gətirərək Apicomplexa Levine, 1980 tipinin mövcudluğuna son qoyulmasını təklif edirlər [70, s. 11]. Bu təsnifata görə:

Aləm Alveolata Cavalier-Smith, 1991

Tip Sporozoa Leuckart, 1879

Sinif Coccidea Leuckart, 1879 (= Coccidiomorpha Doflein, 1901; Coccidiasina Levine et al., 1980)

Yarım sinif Coccidia Leuckart, 1879

Dəstə Eimeriida Leger, 1911

Cins Eimeria Schneider, 1875

Növ Eimeria tenella (Raileet et Lucet, 1891)

Belə ki, bu istiqamətdə molekulyar metodlara əsaslanan tədqiqat işləri hələ də davam edildiyindən, parazit ibtidailərin sistematikada yerinin müəyyənləşdirilmə-sində molekulyar-bioloji metodların hələ tam mükəmməl olmamasını nəzərə alaraq biz tədqiqatlarımızda “ənənəvi” Levayn [217] rəhbərlik etdiyi protoozoloq alimlər qrupu tərəfindən qəbul edilən sistematikaya əsaslanmışıq.

Bu təsnifata görə eymeriyalar PROTOZOA yarım ələminin, APİCOMPLEXA tipinin, SPOROZOASINA sinfinin, COCCİDİDASİNA yarımsinifinin, EUCOCCİDİORİDA dəstəsinin, EİMERİORİNA yayımdəstəsinin, EİMERİİNAE yarımfəsiləsinin, EİMERİİDAE (Poche, 1913) fəsiləsinin, Eimeria (Schneider, 1875) cinsinə aid edilir. Qeyd etmək lazımdır ki, göstərilən təsnifat bir sıra protozooloqlar tərəfindən dəstəklənmir.

Hazırda quşların intensiv böyüdülməsi şəraitində onların müxtəlif parazitar, bakterial, virus və göbələk xəstəliklərinə həssaslığı artıb. Bu parazitar xəstəliklər içərisində xüsusilə eymerioz əsas yerlərdən birini tutur. Koksidioz bağırsaq infeksiyası olub, Eimeria cinsinə daxil edilən hüceyrədaxili ibtidai parazitlər tərəfindən törədilir. Xəstəlik nəticəsində bağırsağın zədələnməsi diareyaya səbəb olur [180], mədə-bağırsaq traktının geniş zədələnməsi ölümə səbəb ola bilər [152].

Sahibin bağırsağının selikli qışasının parazit tərəfindən zədələnməsi bir çox patogen mikroorqanizmlərin daxil olmasına yol açmaqla, digər xəstəliklərin inkişafına səbəb olur [272]. Musayev və b. məlumatlarına görə ev toyuqlarında 12 növ Eimeria və bir növ İsospora cinslərindən olan koksidilər parazitlik edir [13, s.8-12]. Lakin, koksidioloq alimlərin əksəriyyəti ev toyuqlarında Eimeria cinsindən olan 9 növ - Eimeria tenella (Raillet et Lucet, 1891), E.necatrix (Jhonson, 1930), E.brunetti (Levine, 1942), E.praecox (Johnson 1930), E.acervulina (Tyzzer, 1929), E.mitis (Tyzzer, 1929), E.maxima (Tyzzer, 1929, E.mivati (Edgar et Siebold, 1964), Е.hagani eymeriyanın parazitlik etdiyini göstərir və hesab edirlər ki, E.beachi, E.jonsoni və E.tyzzer-ni sərbəst növ kimi təsdiqləyən məlumatlar kifayət qədər deyil.

Son illərdə aparılan tədqiqatların nəticələrinə görə ev toyuqlarında 7 növ eimeriyanın (E.acervulina, E. brunetti, E. maxima, E. mitis, E.necatrix, E.praecox E. tenella) parazitlik etdiyi bildirilir [175, 236].

Məlum olduğu kimi, eymeriyalar hər bir növ quş üçün spesifikdir. Yəni hər bir quşun orqanizmində onun üçün spesifik olan eymeriya (koksidi) parazitlik edir. Koksidi növləri bir birindən lokalizasiya olunduğu yerə, immunogenliyinə, reproduktiv xüsusiyyətinə, antieymerioz preparatlara həssaslığına və törətdiyi xəstəliyin ağırlıq dərəcəsinə görə fərqlənir. Məsələn, Eimeria tenella kor bağırsaq çıxıntısının epiteli hüceyrələrində, E.necatrix nazik bağırsağın arxa nahiyəsində, E.brunetti yoğun bağırsaqda, E.praecox onikibarmaq bağırsağın ön hissəsinin divarlarında, E.acervulina onikibarmaq bağırsaqda, E.mitis nazik bağırsağın ön hissəsində, E.maxima nazik bağırsağın bütün hissələrində, E.mivati nazik bağırsaqda və Е.hagani əsasən onikibarmaq bağırsaqda parazitlik edir. Quşlarda parazitlik edən 9 növ eymeriyadan quşçuluq təsərrüfatlarına iqtisadi zərər verən 5 növdür: E.tenella, E.maxima, E.acervulina, E.necatrix və E.brunetti. Bəzi tədqiqatçılar E.mivati –ni də bu siyahıya daxil edirlər [288, 340, 107].



E.mivati –yə Amerika Birləşmiş Ştatlarında və Avropada, E.paraecox dünyanın hər yerində, E.haqani –yə Şimali Amerikada, Avropa və Hindistanda təsadüf edilir [346].

1960-ci ildən Azərbaycanın müxtəlif bölgələrində protozooloq alimlərimiz tərəfindən aparılan tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, ev toyuqları E.tenella ilə daha çox yoluxurlar. Bu növlə yoluxma ekstensivliyi və intensivliyi yüksək, ölüm halları daha çoxdur [60, 13, s.20-26]. Məmmədova S.Ə. Abşeronun fərdi təsərrüfatlarında apardığı tədqiqatlar nəticəsində ev quşlarında parazitlik edən 4 növ eimeriyaya (E.tenella, E.acervulina, E.mitis, E.maxima) təsadüf etmişdir [17, s.43-51].

Heyvanların yaşı artdıqca koksidioz xəstəliyinə qarşı müqaviməti artır. Bununla əlaqədar olaraq yaşlı heyvanlar arasında koksidioz problemi yaşanmır.

Koksidioloq alimlərin arasında olan ümumi bir fikrə görə E.tenella bütün dünyada geniş yayılmışdır və ev toyuqları üçün ən patogen növ hesab olunur [275, 333, 349, 289, 13, s.22-26]. Bu və ya digər növün patogenliyi hər hansı bir faktorların təsirindən dəyişə bilər. Növün əsas xüsusiyyəti olan patogenlik, ilk növbədə növün biologiyasından, xüsusi ilə aqam generasiyaların sayından, parazitin reproduktivliyindən, onların metabolizm proseslərinin son məhsulu olan maddələrin toksikliyindən, sahibin immun sistemi və sahibin parazitosenozundan asılıdır. Bu səbəbdən az patogen olan növ “əlverişli şəraitdə” patogen təsir göstərə bilər və əksinə.

Koksidilər mürəkkəb həyat tsiklinə malik olub, endogen – cinsiyyətli və cinsiyyətsiz, hüceyrə daxili (meront və qamet) və hüceyrədən kənarda (sporozoit, merozoit və ziqot) və ekzogen (oosista) tsikillərinin bir-birini əvəz etməsi ilə başa çatır.



E.tenella oosistaları rəngsiz, oval formada olub, 22,96x19,16 mkm ölçüdədir. Oosistalarda mikropile yoxdur, qütb dənəciyi vardır, ikiqatlı qişaya malikdir, bağırsaqda çoxaldığı dövrdə üç generasiya verir. Eymeriyaların çoxalmasında 3 mərhələ, sporoqoniya, şizoqoniya və ya meroqoniya və qametoqoniya bir-birini əvəz edir [80, s.162-167].

Birinci generasiyanın merontları 24x17 mkm ölçüsündə olub, 48 və 72 saat müddətində sporozoitlərdən inkişaf edir. Meroqoniya nəticəsində yaranan merozoitlər oraq formasında olub, uzunluğu 2, eni isə 1,5 mkm-dir. Epiteli hüceyrəsini tərk edən merozoitlər 2-ci generasiyanın merontlarına başlanğıc verir. Ikinci generasiyanın merontları dəyirmi (21x31 və ya 50x55 mkm ölçüdə) olub kor bağırsaqda koloniyalar halında yerləşir. Onların birləşdirici toxumaya daxil olmasından 4-5 sutka sonra inkişafını başa çatdırır. Yetişmiş merontlardan uzunluğu 12-16 və eni 2 mkm olan 200-300 merozoit formalaşır. Onların əksəriyyəti fekal ilə birlikdə xaric olunmur, yeni epiteli hüceyrələrinə daxil olaraq 3-cü nəslin merontlarına və qamontlara başlanğıc verir. Üçüncü generasiyanın merontlarından (diametri 9, 7 və ya 6 mkm olan) uzunluğu 6-9 eni 1 mkm olan 4-30 merozoit əmələ gəlir ki, onlardan da qamont əmələ gəlir. Kiçik ölçülü merontlar qametositlərə başlanğıc verir. Makroqamet əmələ gətirəcək bir nüvəli trofozoit, mikroqametositdən və merontdan nüvəsinin qeyri-proporsional böyüməsi ilə fərqlənir. Əvvəl şar formasında olan makroqamet sonra oosista formasını alır. Mayalanmadan sonra müdafiə qatı əmələ gəlir və oosistalar xaric olunur.

Cücələr E.tenella ilə yüksək dozada yoluxduqda onun endogen mərhələləri bağırsağın orta hissəsindən tutmuş kloakaya qədər olan sahəni əhatə edə bilir. Parazitin intensiv çoxalması nəticəsində bütün epiteli hüceyrələri zədələnir, bağırsağın peristaltikası zəifləyir, divarlarında yaralar əmələ gəlir. Bəzi tədqiqatçıların fikrincə 3-cü generasiya da mövcuddur. İnvaziyanın prepatent dövrü 7, patent dövrü isə 10 gündür. Parazitin oosistaları yoluxdurma dozasından asılı olaraq 6-7 gündən sonra oosistaların ifrazı başlayır və onların intensiv ifrazı 3-4 gün davam edir. Təkrar yoluxma baş verməzsə sahibin orqanizmi oosistalardan 20 gün müddətində tamamilə təmizlənir.

1.2.Koksidiozun müalicəsində istifadə edilən əsas koksidiostatik preparatlar
Hələ də quşçuluq təsərrüfatlarında eymeriyalara qarşı kimyəvi sintetik koksidiostatik preparatlardan istifadə edilir [226]. Eymerioza qarşı müalicə və profilaktika tədbirləri kifayət qədər yaxşı işlənib hazırlanmış, çox sayda kimyəvi dərman preparatları yaradılmış, lakin buna baxmayaraq hələ də koksidioz problemi həll olunmamışdır.

Koksidiostatiklər koksidiləri onların müəyyən inkişaf mərhələlərində məhv etmək xüsusiyyətinə malik olan, heyvanların və quşların koksidiozunun (eymerio-zunun) müalicə və profilaktıkası üçün tətbiq edilən maddələrdir. Bəzi müasir koksidiostatiklərdən həmçinin böyümə stimulyatoru (çəkini, yem konversiyasını artırmaq məqsədilə) kimi istifadə olunur. Tetrasiklin, sulfanilamid, nitrofuran və digər preparatların yüksək koksidiostatik təsirə malik olmalarına baxmayaraq, onların təsiri əsasən mikrob əleyhinə olduqları üçün koksidiostatiklərə aid edilmir.

Yemə profilaktika məqsədilə koksidiostatik preparatların və antibiotiklərin əlavə edilməsi, koksidiozdan ölüm hallarının qarşısının alınması, quşların çəki artımının yüksəlməsi və məhsuldarlığının artırılması üçün vacibdir. Chapman H.D. göstərir ki, təsərrüfatlarda koksidioza qarşı quşların yeminə və ya suyuna koksidiostatik preparatlar əlavə etmədən yüksək gəlir əldə etmək mümkün deyil [144].

İstifadə edilən koksidiostatik preparatlar ionoforlar, sulfanilamidlər, primidin törəmələri, triazinetrion (=dichloro-s-triazinetrione) və benzenasetonitril (=2-oxy-4,6-dinitroamino-s-triazin) qrupuna daxil edilən preparatlardır.

Koksidiozun müalicə və profilaktikasında məlum üsulların – kimyəvi preparatların, həmçinin geniş təsir spektrinə malik antibiotiklərin tətbiqi artıq səmərəsiz olub quşçuluqda antibiotiklərin tətbiqi nəinki arzu edilən nəticələri vermədi, əksinə bu problemi daha da dərinləşdirdi. Avropa birliyi tərəfindən bəzi antibiotiklərdən istifadəyə 1 yanvar 2006-cı ildən qadağa qoyulması ilə yanaşı, koksidioza qarşı istifadə edilən kimyəvi preparatların da istifadəsinə tədricən qadağa qoyulacağı haqqında söylənilən fikirlər sahib heyvanın orqanizmi üçün yad və toksiki olmayan, ekoloji cəhətdən təmiz, müalicəvi və profilaktik əhəmiyyətli bioloji aktiv maddələrin axtarışı və onlardan istifadə aktual məsələyə çevrilmişdir [350, 328, 313, 314, 96, 101, 326, 344, 345, 233].

Avropa Şurası tərəfindən koksidi əleyhinə tətbiqinə hələ icazə verilən preparatlar aşağıdakılardır: benzenasetonitrillər, triazintronlar. sulfanilamidlər. timinin analoqları, ionoforlar, karbanilidlər, xinolinlər, quanidin törəmələri.

Təsərrüfatlarda cücələr arasında vaxtaşırı baş verən kütləvi ölüm halları onu sübut edir ki, parazit – koksidilər xarici mühit amillərinin müalicə və profilaktika məqsədilə tətbiq edilən preparatların təsirinə sürətlə adaptasiya olunur. Preparatlara qarşı dözümlü ştamların yaranması eyni preparatlardan həmişə istifadəni mümkünsüz edir [235, 237, 298, 141, 142, 287, 122, 93].

Dözümlü mutantlar parazitin verdiyi nəsillərin arasından preparatlara həssas formaların seçilməsi ilə yaranır. Məsələn: bir Eimeria oosistasının 2,1 milyona yaxın nəsil verməsi, qısa zaman müddətində dözümlü ştamların yaranmasına səbəb olur. Ona görə də dözümlü ştamlar müəyyən ərazidə yayılır [143]. Bununla əlaqədar olaraq koksidilərin preparatlara qarşı dözümlülüyün mexanizmini öyrənmək və yeni mübarizə üsullarının axtarılması istiqamətində tədqiqat işləri aparılır. Burada əsas yanaşma parazitin və sahibin maddələr mübadiləsinin əsas biokimyəvi yollarını və onun parazitlə sahibin maddələr mübadiləsinin oxşar və fərqli cəhətlərinin müfəssəl öyrənilməsinə əsaslanır.

Nəzərə almaq lazımdır ki, koksidiostatik preparatların hamısı bütün növ eymeriyalara qarşı eyni dərəcədə effektli deyil. Lakin, koksidilərə qarşı diklazuril (diakoks) daha effektli hesab olunur [148].

Ev toyuqlarının [138, 139, 319, 320, 242, 325, 149, 150, 151, 210, 118, 243, 90, 171, 111, 281], hind toyuqlarının [239, 140], kəkliklərin [317] və dovşanların [318, 320] koksidiozuna qarşı diklazurilin profilaktik effekti sübut edilmiş və müəyyən edilmişdir ki, parazitlərdə bu preparata qarşı dözümlülük gec yaranır.

Diklazuril yeni sintez olunun preparat olduğu üçün ona qarşı dözümlü ştamların yaranması digər koksidiostatiklərə nisbətən çox zəif baş verir [323].Çapmana görə Eimeria tenella-nın diklazuril və amproliuma qarşı dözümlü ştamlarının yaranması methyil benzoquate-yə nisbətən zəif baş verir. Əgər amprolium və diklazurilə qarşı dözümlü ştamlar 10 dəfə yoluxdurulub müalicədən sonra yaranırsa, bu hadisə methyl benzoquate ilə 6 dəfə müalicədən sonra baş verir [142].

Ümumiyyətlə bütün koksidiostatik preparatlar təsir mexanizminə görə 1) bioloji membranda ionların mübadiləsinə təsir etməklə hüceyrədə osmotik tarazlığı pozan – ionoforlar və 2) parazitin metabolizm proseslərinə müəyyən təsirinə görə - kimyəvi maddələr qrupuna bölünür [84s.132-140]. Eimeria-ların metabolizmində iştirak edən metabolitik proseslərin öyrənilməsi kimyəvi terapiya üçün mühüm əhəmiyyət kəsb edir.

Keçən əsrin 90-cı illərindən başlayaraq koksidilərin ionoforlara qarşı dözümlü ştamlarının yaranması haqqında məlumatlar verilməyə başlandı [235, 237, 297, 141, 127, 113]. 1994-cü ildə artıq tədqiqatçılar ionoforların digər preparatlara nisbətən koksidilərə qarşı praktiki olaraq effektiv olmadığını göstərirdilər. Məlumdur ki, lazolosid, madmuramisin, narasin və salinomycin kimi ionofor birləşmələr koksidiozun müalicəsində istifadə olunan əsas preparatlardır. Son illərdə koksidilərin ionoforlara qarşı dözümlü ştamlarının yaranması adi hal hesab olunur [277, 122, 338, 243, 224].

İonofor antibiotiklərin heyvanlara, xüsusilə quşlara qarşı toksiki təsirə malik olması haqqında çoxsaylı məlumatlar var. Onların toksiki təsirinin mexanizmi ürək və skelet əzələlərində kalsium və natrium mübadiləsini pozmasıdır. Terapevtik dozasının azacıq artırılması özünü sutkalıq çəki artımının və iştahanın azalması kımi mənfi təsiri ilə büruzə verir. Yüksək dozada tətbiqi isə əzələ zəifliyinə, hərəkətlərin koordinasiyasının pozulmasına, depressiya, diareya, yumurtavermənin aşağı düşməsinə səbəb olur [164].



Müxtəlif eymeriya növlərinin ionoforlara qarşı həssaslığının müxtəlif olduğu müəyyən edilmişdir [241]. Eimeria tenella amprolium, arprinosid, klopidol, dinitolomid, halofuqin, metilbenzamid, monensin və robenidinə qarşı dözümlü olmasına baxmayaraq diklazurilə qarşı həssasdırlar [141]. Çünki diklazuril təsir mexanizminə görə digər preparatlardan fərqlənir. Eyni zamanda təsir mexanizmi diklazurilin təsir mexanizminə oxşar olan digər koksidiostatik preparatlar da, məsələn toltrazuril dözümlü ştamlara qarşı effektiv təsirə malik olmaya bilər [323]. Preparatların sahibin cinsindən asılı olaraq analoji preparatlara qarşı həssaslığı da müxtəlif ola bilər [201].

Morehouse və McGuire göstərir ki, 3,5-dinitrobenzamid E. tenellaE.necatrix -ə zəif təsir göstərir [254]. Amprolium isə digər növlərə nisbətən E.tenellaE.necatrix-ə qarşı aktiv təsirə malikdir [155]. Eymeriyaların müxtəlif növləri və ştamları dərman preparatlarına qarşı müxtəlif dərəcədə həssasdırlar. Məsələn, sulfanilamidlərə qarşı Eimeria tenella, E.acervulinaE.maxima isə amproliuma qarşı daha çox həssasdırlar [155].

Qeyd edildiyi kimi koksidioz müalicə və profilaktikasına ən çox vəsait sərf olunan xəstəliklərdəndir [300]. Koksidioza qarşı, xüsusilə onun profilaktikasında istifadə edilən immunoloji, genetik və biotexnoloji metodların tətbiqinə baxmayaraq, əsasən xəstəliyin profilaktikasında kimyəvi-sintetik koksidiostatik preparatlardan istifadə edilir, koksidiostatik preparatların tətbiqinə və istehsalına çəkilən xərclər isə ildən-ilə artır [240, 69, 84].


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin