AZƏRƏbaycan miLLİ elmlər akademiyasi zoologiya institutu


E.tenella (Apicomplexa, Coccidia) ilə yoluxdurulmuş cücələrin qan zərdabında ümumi zülalların miqdarı və fraksiya tərkibi



Yüklə 4,12 Mb.
səhifə14/34
tarix05.03.2017
ölçüsü4,12 Mb.
#10301
1   ...   10   11   12   13   14   15   16   17   ...   34

5.3 E.tenella (Apicomplexa, Coccidia) ilə yoluxdurulmuş cücələrin qan zərdabında ümumi zülalların miqdarı və fraksiya tərkibi
Ev toyuqlarının eymeriyozlarının müxtəlif istiqamətdə geniş surətdə tədqiqinə baxmayaraq yerli toyuq cinslərinin eymeriyozlara qarşı həssaslığı, onun biokimyəvi və immunoloji mahiyyəti öyrənilməmişdir.

Bir günlük toyuq cücələri 20 günə qədər böyüdüldükdən sonra hər bir cinsdən olan cücələr müvafiq olaraq 2 qrupa bölünmüşdür. Hər iki qrupdan olan cücələrin bir hissəsi kontrol kimi saxlanılmış, digər hissəsi isə E.tenella parazitinin 20 min sporlaşmış oosistası ilə yoluxdurulmuşdur. Bütün qrupların cücələri müvafiq olaraq invaziyanın 3, 5, 7 və 10-cu günləri kəsilərək qan zərdabında ümumi zülalın və onun parazitin inkişaf mərhələlərindən asılı olaraq fraksiyalarında zülalların miqdarının dəyişməsi öyrənilmişdir.

Alınan nəticələr plimutrok cücələri üzərində əvvəlki illərdə apardığımız təcrübələrin müvafiq göstəriciləri ilə müqayisə edilmişdir [4].

E.tenella –nın 20 min sporlaşmış oosistası ilə yoluxdurulmuş qara və çil-çil cücələrdə invaziyanın 3-cü gününə qədər eymeriozun klinik əlamətləri hiss olunmamışdır. Eymeriozun klinik əlamətləri yoluxdurmanın 5-ci günü sahibin bağırsağında parazitin merontlarının 2-ci generasiyası zamanı meydana çıxır. İnvaziyanın 5-ci və 7-cı günləri quşların zıllarında qan izlərinə təsadüf edilmişdir. Xəstəliyin klinik əlamətləri, cücələrin çəki artımı, ölüm faizi haqında ətraflı məlumatlar dissertasiyanın 3-cü fəslində ətraflı şərh olunur. Qara və çil-çil cücələrin qan zərdabında ümumi zülalın miqdarının öyrənilməsi haqında məlumatlar cədvəl 5.4-də verilir.

Cədvəl 5.4



E.tenella parazitinin 20 min oosistası ilə yoluxdurulan qara və çil-çil toyuq cücələrinin qan zərdabında ümumi zülalların miqdarının dinamikası

(, q%; n=5)



Yoluxdurmadan sonrakı günlər

Qara toyuq

cücələrinin göstəriciləri



Çil-çil toyuq

cücələrinin göstəriciləri



Sağlam

Yoluxdurulmuş

Sağlam

Yoluxdurulmuş

3

3,07±0,03

2,22±0,02

Xf>Xst



3,20±0,14

3,18±0,19

Xfst



5

3,21±0,04

2,47±0,24

Xfst



3,28±0,17

3,20±0,24

Xfst



7

2,92±0,01

2,49±0,02

Xfst



3,29±0,10

3,15±0,27

Xfst



10

3,19±0,11

2,70±0,11

Xf>Xst



3,50±0,10

3,30±0,26

Xfst



Qeyd: Xf>Xst olduqda baş verən dəyişilmələrin statistik dürüst olduğu, Xfst olduqda isə statistik dürüst olmadığı qəbul edilmişdir.
Cədvəldən göründüyü kimi 20 günlük qara toyuq cücələrinin qan zərdabında ümumi zülalın miqdarının yoluxmadan sonrakı bütün günlərdə normaya nisbətən azalmasına baxmayaraq, invaziyanın ilk mərhələsində statistik dürüst olur. İnvaziyanın 5-10-cu günləri arasında qan zərdabında ümumi zülalın miqdarı 3-cü günə nisbətən yüksəlir. Lakin, bu artım sağlam cücələrin göstəriciləri səviyyəsinə qalxmır. Çil-çil toyuq cücələrinin qan zərdabında, invaziya zamanı ümumi zülalın miqdarı dəyişmir. Müqayisə üçün götürülmüş plimutrok cinsindən olan cücələrdə isə invaziyanın 3-cü günü müstəsna olmaqla bütün invaziya dövrü qanda ümumi zülalın miqdarı azalır və ən az miqdarına yoluxmanın 7-ci günü təsadüf edilir [14].

Beləliklə, bizim tədqiqatların nəticələri və ədəbiyyat məlumatlarından aydın olur ki, E.tenella patogen növ olduğundan onun 20 min sporlaşmış oosistası (LD50) orqanizmdə patoloji proseslər yaradaraq qanda ümumi zülalın miqdarının azalmasına və cücələrin ölümünə səbəb olur. Bununla belə yerli qara toyuq cinsindən olan cücələrin qan zərdabında ümumi zülalın miqdarının azalma dinamikası broyler cinsindən olan cücələrə nisbətən zəifdir. Digər tərəfdən çil-çil toyuq cinsindən olan cücələrin qan zərdabında ümumi zülalın miqdarının azalması statistik dürüst deyildir. Bu bir daha sübut edir ki, yerli toyuq cinsləri xüsusən də, öyrənilən cinslər içərisində çil-çil toyuq cücələri koksidioza qarşı daha dözümlüdürlər.

Poliakrilamidgel elektrofarez metodu ilə yerli cinsdən olan 20 günlük qara və çil-çil toyuq cücələrinin qan zərdabının zülalları 18 fraksiyaya ayrılmışdır (cədvəl 5.5 və 5.6).

Eymeriyalarla yoluxdurulmuş qara cinsdən olan cücələrin qan zərdabında zülalların miqdarının dəyişməsi parazitin sahib heyvanın bağırsağında gedən inkişaf mərhələlərinə uyğun olaraq baş verir. İnvaziyanın 3-cü günü parazitin merontlarının 1-ci generasiyasının inkişafı zamanı, qan zərdabından ayrılmış 18 fraksiyadan 9-da zülalların miqdarı dəyişir. Bunlar elektroforetik hərəkət sürəti (EHS) 0,05; 0,09; 0,13; 0,22; 0,42; 0,44; 0,47; 0,56 və 0,66 olan fraksiyalardır. EHS 0,05; 0,09; 0,13; və 0,47 olan fraksiyalarda zülalların miqdarı artır, 0,22; 0,42; 0,44; 0,56 və 0,66 olan fraksiyalarda isə azalır. Miqdarı azalan zülallar albuminlər, artanlar isə qlobulinlər zonasında yerləşir (cədvəl 5.5).

İnvaziyanın 5-ci günü də qan zərdabının zülallarının miqdarı azalmaqda davam edir. 7-ci gün isə qan zərdabından ayrılmış EHS 0,05; 0,16 və 0,66 olan zülalların miqdarı artır. EHS 0,13; 0,22 və 0,56 olan fraksiyalarda zülalın miqdarında kəskin dəyişikliklər baş verir. Məs. invaziyanın 3-cü günü EHS 0,13 olan fraksiyada zülalın miqdarı 8,33%-dən 21,68%-ə qədər yüksəlir, EHS 0,22 və 0,56 olan fraksiyalarda isə müvafiq olaraq 10,58% və 8,90%-dən 1,91% və 1,65%-ə qədər azalır. İnvaziyanın 10-cu günü EHS 0,42 və 0,44 olan fraksiyalar istisna olmaqla miqdarında dəyişikliklər baş verən fraksiyalarda zülalların miqdarı normaya qayıtmır.

Beləliklə, E.tenella ilə yoluxdurulmuş qara toyuq cücələrinin qan zərdabında zülalların miqdarının dəyişilməsi müəyyənləşdirilmişdir. Alınan nəticələrin təhlili göstərir ki, qan zərdabında zülalların miqdarının dəyişməsi müxtəlif istiqamətlərdə gedir. Onlardan bir qisminin miqdarı artır, digərlərinin isə azalır. Miqdarı azalan zülallara həm immunoqlobulinlər (EHS 0,22 olan zülal) həm də albuminlər (EHS 0,42; 0,44; 0,56; 0,66) zonasında təsadüf olunur. Miqdarı çoxalan zülallar isə yüksək molekul kütləli zülallar olub, densitoqrammalar üzərində immunoqlobulinlər zonasında yerləşirlər. Bu zülalların miqdarının artması invaziyanın 3-cü günündən sonra başlayır və parazitin sahibin bədənində inkişafına uyğun paralel olaraq artır.

Qan zərdabının immunoqlobulinlər zonasında zülalların miqdarının artması

bir daha göstərir ki, yoluxdurulmuş cücələr arasında ölüm olmasına, çəki artımının azalmasına baxmayaraq sağ qalmış quşlarda parazitə qarşı tədricən immunitet yaranır və nəticədə quşlar arasında ölüm azalır.

Cədvəl 5.5

E.tenella parazitinin 20 min oosistası ilə yoluxdurulmuş qara toyuq cücələrinin

qan zərdabında zülal fraksiyalarının miqdarının dəyişməsi

(, %; n=5)




EHS

Sağlam cücələrin göstəriciləri

Yoluxdurulmuş cücələrin göstəriciləri

3-cü gün

5-ci gün

7-ci gün

10-cu gün



0,03

5,61±0,04

4,86±0,03

Xfst



4,70±0,06

Xfst



4,80±0,03

Xfst



5,78±0,04

Xfst





0,05

3,53±0,03

6,85±0,02

Xf>Xs



6,70±0,06

Xf>Xs



6,71±0,02

Xf>Xs



4,70±0,07

Xf>Xs





0,09

4,96±0,03

6,94±0,04

Xf>Xs



7,00±0,04

Xf>Xs



5,00±0,01

Xf>Xs



6,07±0,02

Xf>Xs





0,11

2,01±0,06

0,43±0,02

Xfst



0,90±0,12

Xfst



1,00±0,19

Xfst



1,12±0,05

Xfst





0,13

8,33±0,05

21,68±0,06

Xf>Xs



21,0±0,16

Xf>Xs



21,19±0,07

Xf>Xs



15,5±0,05

Xf>Xs





0,20

2,88±0,05

2,08±0,13

Xfst



2,16±0,10

Xfst



2,15±0,10

Xfst



2,13±0,04

Xfst





0,22

10,58±0,03

1,91±0,06

Xf>Xs



2,00±0,23

Xf>Xs



2,16±0,25

Xf>Xs



5,01±0,16

Xf>Xs





0,25

5.13±0,07

5,23±0,23

Xfs



5,17±0,78

Xfs



5,03±0,30

Xfs



5,00±0,20

Xfs





0,29

3,04±0,08

2,69±0,20

Xfs



2,50±0,50

Xs



2,67±0,60

Xfs



2,60±0,50

Xfs





0,33

0,96±0,04

1,56±0,23

Xfs



1,60±0,07

Xfs



1,57±0,56

Xfs



1,45±0,73

Xfs





0,42

14,1±0,25

12,06±0,25

Xf>Xs



12,00±0,25

Xf>Xs



12,77±0.10

Xf>Xs



13.70±0,60

Xf>Xs





0,44

3,53±0,31

1,99±0,29

Xf>Xs



2,00±0,20

Xf>Xs



2,12±0,40

Xf>Xs



2,83±0,24

Xf>Xst





0,47

7,53±0,20

10,76±0,55

Xfs



11,67±0,50

Xfs



10,60±0,30

Xfs



10,18±0,40

Xfs



14

0,56

8,90±0,28

1,65±0,05

Xf>Xs



2,00±0,48

Xf>Xs



2,90±0,29

Xf>Xs



2,70±0,20

Xf>Xs



15

0,66

6,57±0,42

3,90±0,05

Xf>Xs



4,00±0,53

Xf>Xs



4,18±0,38

Xf>Xs



6,00±0,22

Xf>Xs



16

0,77

8,01±0,55

8,50±0,11

Xfst



8,00±0,50

Xfst



8,39±0,75

Xfst



8,59±0,12

Xfst



17.

0,83

2,72±0,45

3,90±0,27

Xfst



3,70±0,45

Xfst



3,81±0,46

Xfst



3,74±0,19

Xfst



18

0,93

2,24±0,27

3,03±0,50

Xfst



2,90±0,33

Xfst



2,96±0,90

Xfst



2,90±0,40

Xfst



Həm yoluxdurulmuş və həm də sağlam çil-çil cücələrin qan zərdabı zülallarının miqdarında baş verən dəyişikliklər cədvəl 5.6-da verilir.

Cədvəldən göründüyü kimi yoluxdurulmuş cücələrin qan zərdabında EHS 0,29, 0,38 və 0,43 olan fraksiyalarda zülalın miqdarı artır. Onlardan birincidə zülalın miq-darı 21,85% (normada 14,96%), ikincidə 22,48% (normada 12,63%), üçüncüdə 9,83%-ə (normada 0,58%) qədər artır. EHS 0,19 olan fraksiyada isə zülalın miqdarı 8,94%-ə (normada 18,15%), EHS 0,75 olan zülalın miqdarı isə 3,63%-ə (normada 15,00%) qədər azalır. Digər zülalların miqdarında statistik dürüst dəyişkənlik baş vermir.

İnvaziyanın 5-ci günü cücələrin qan zərdabında zülalların miqdarının dəyişmə dinamikası demək olar ki, invaziyanın 7-ci günündəki kimidir. Yəni miqdarı statistik dürüst dəyişkənliyə uğrayan zülalların sayında dəyişiklik baş vermir. Hər iki halda həm invaziyanın 5-ci, həm də 7-ci günlərində 5 zülalın miqdarı statistik dürüst dəyi-şir. İki fraksiyada zülalın miqdarı azalır, 3 fraksiyada isə artır. Bəzi fraksiyalarda zülalların miqdarının azalması invaziyanın 10-cu günü də normaya qayıtmır. Məsələn. EHS 0,19 olan fraksiyada zülalın miqdarı invaziyanın 3-cü günü 8,94%, 5-ci gün 8,00%, 7-ci gün 8,10%, 10-cu gün isə 8,22% (normada 18,15%) təşkil edir. EHS 0,38 və 0,43 olan fraksiyalarda zülalın artması kəskin baş verir. EHS 0,38 olan fraksiyada zülalın miqdarının kəskin artması invaziyanın 10-cu gününə qədər davam edir (müvafiq olaraq 3-cü gün 22,48%; 5-ci gün 22,00%, 7-ci gün 23,75%) 10-cu gün isə 20,50% təşkil edir. EHS 0,43 olan fraksiyada zülalların miqdarının kəskin artma-sına baxmayaraq invaziyanın 10-cu günü onun miqdarında azalma hiss olunur. Bu zaman onun miqdarı əgər invaziyanın 3, 5 və 7-ci günləri müvafiq olaraq 9,83%, 10,01% və 10,08% təşkil edirsə, invaziyanın 10-cu günü onun miqdarı 8,72%-ə (normada 5,58%) enir.

İnvaziyanın 7-ci günü, yəni prepatent dövrünün son mərhələsində yoluxdurul-muş cücələrin qan zərdabında zülalların miqdarının dəyişməsi EHS 0,19 olan fraksiya istisna olmaqla (bu fraksiyada zülalın miqdarı azalır), qlobulinlər zonasında yerləşən zülalların miqdarının artması, albuminlərin miqdarının isə azalması ilə xarakterizə olunur. Bu halda 5 zülal fraksiyasında statistik dürüst dəyişiklik baş verir (cədvəl 5.6)

Cədvəl 5.6

E.tenella parazitinin 20 min oosistası ilə yoluxdurulmuş çil-çil cücələrin qan

zərdabında zülal fraksiyalarının dinamikası

(, %; n=5)




EHS

Sağlam cücələrin göstəriciləri

Yoluxdurulmuş cücələrin göstəriciləri

3-cü gün

5-ci gün

7-ci gün

10-cu gün



0,03

0,52±0,23

0,13±0,18

Xf>Xst



0,14±0,12

Xfst



0,40±0,16

Xfst



0,37±0,25

Xfst





0,05

0,91±0,01

0,09±0,15

Xfst



0,08±0,08

Xfst



0,07±0,15

Xfst



0,08±0,25

Xfst





0,08

0,19±0,10

0,04±0,17

Xfst



0,04±0,05

Xfst



0,03±0,15

Xfst



0,05±0,03

Xfst





0,10

4,00±0,46

5,00±0,09

Xf>Xst



4,50±0,22

Xf>Xst



4,20±0,32

Xf>Xst



4,48±0,49

Xf>Xst





0,19

18,15±0,17

8,94±0,18

Xf>Xs



8,00±0,20

Xf>Xs



8,10±0,03

Xf>Xs



8,22±0,08

Xf>Xs





0,29

14,96±0,20

21,37±0,20

Xf>Xs



21,70±0,19

Xf>Xs



20,30±0,07

Xf>Xs



18,95±0,08

Xf>Xs





0,38

12,63±0,22

22,48±0,22

Xf>Xs



22,0±0,19

Xf>Xs



23,75±0,07

Xf>Xs



20,50±0,09

Xf>Xs





0,43

0,58±0,19

9,83±0,28

Xf>Xs



10,01±0,17

Xf>Xs



10,08±0,01

Xf>Xs



8,72±0,09

Xf>Xs





0,63

5,76±0,19

5,90±0,03

Xfst



5,62±0,02

Xfst



5,80±0,06

Xfst



5,92±0,09

Xfst





0,69

4,92±0,01

5,46±0,03

Xfst



5,30±0,01

Xfst



5,47±0,13

Xfst



5,37±0,09

Xfst





0,75

20,00±0,01

3,63±0,01

Xf>Xs



5,16±0,01

Xf>Xs



6,28±0,14

Xf>Xs



9,00±0,09

Xf>Xs





0,80

4,28±0,29

4,48±0,22

Xfst



5,00±0,33

Xfst



3,00±0,48

Xfst



3,07±0,55

Xfst





0,83

3,31±0,08

4,59±0,07

Xfst



4,63±0,03

Xfst



4,38±0,20

Xfst



4,30±0,03

Xfst





0,85

3,30±0,21

2,45±0,12

Xfst



2,12±0,01

Xfst



2,18±0,20

Xfst



3,00±0,07

Xfst





0,89

2,46±0,01

2,37±0,11

Xfst



2,42±0,03

Xfst



2,47±0,29

Xfst



4,00±0,03

Xf>Xst





0,92

0,16±0,05

0,01±0,12

Xfst



0,09±0,46

Xfst



0,18±0,33

Xfst



0,60±0,27

Xfst





0,95

2,16±0,02

2,01±0,27

Xfst



2,02±0,04

Xfst



2,18±0,30

Xfst



2,17±0,05

Xfst





0,98

1,81±0,01

1,22±0,30

Xfst



1,17±0,17

Xfst



1,16±0,33

Xfst



1,20±0,01

Xfst


İnvaziyanın 10-cü günü yoluxdurulmuş cücələrin qan zərdabında zülalların öyrənilməsi göstərir ki, bu dəyişikliklər normalaşma istiqamətində gedir. Məsələn EHS 0,75 olan zülalın miqdarı (normada 15,0%) əgər invaziyanın 3-cü günü 3,63%

təşkil edirsə artıq invaziyanın 10-cu günü onun miqdarı yüksələrək 9,00%-ə çatır.

Yuxarıda göstərildiyi kimi invaziya dövründə cücələrin qan zərdabında yüksək molekul kütləli zülalların miqdarının kəskin artmasına təsadüf olunur. Hətta onların miqdarı kontrola nisbətən çox yüksək olur. Bu yerli çil-çil toyuq cücələrinin koksidioza qarşı yüksək dözümlü olduğunu və eyni zamanda sahib heyvanın orqanizmində parazitə qarşı yüksək immunitetin yarandığını göstərir.

Beləliklə, müəyyən edilmişdir ki, E.tenella parazitinin eyni dozası ilə yoluxdurulmuş toyuq cücələrinin qan zərdabında immunoqlobulinlərin miqdarı artır və bu artım plimutrok cinsinə nisbətən yerli qara və çil-çil cücələrdə daha yüksəkdir.

Yoluxdurulmuş yerli çil-çil və qara toyuq cücələri arasında ölüm faizinin çox az olması və çəki artımının yüksək olması bu fikri təsdiq edir.

Parazitoloji və biokimyəvi tədqiqatların nəticələri bir daha sübut edir ki, yerli toyuq cinsləri eymeriyozlara qarşı daha dözümlüdürlər və bu dözümlülük parazitlə sahibin uzun müddət birgə yaşayışı nəticəsində yaranmış və nəsillərə verilərək möhkəmləndirilmişdir.


Yüklə 4,12 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin