1. Azərbaycanın təbii-coğrafi şəraiti


Ağa Məhəmməd Xan Qacarın Şimali Azərbaycana və Gürcüstana yürüşləri və onun nəticələri



Yüklə 344,46 Kb.
səhifə76/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   72   73   74   75   76   77   78   79   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

75.Ağa Məhəmməd Xan Qacarın Şimali Azərbaycana və Gürcüstana yürüşləri və onun nəticələri.

Qacar Cənubi Qafqaza yürüşü bir qədər ləngitməli oldu. Bunun əsas səbəbi Rusiyanın Cənubi Qafqazı ələ keçirmək üçün fəaliyyətini artırması idi. 1783-cü ildə Kartli çarlığını öz himayəsinə götürən Rusiya Şimali Azərbaycan xanlarına da təzyiqlərini artırmışdı. Cənubi Qafqaza daxil olacağı təqdirdə Rusiya ilə toqquşmanın qaçılmaz olacağını bilən Qacarın müttəfiqə ehtiyacı var idi. Bu məqsədlə o, Osmanlı sarayına öz elçilərini göndərib danışıqlar aparmışdı. Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində irəliləməsindən narahat olan İngiltərə və Fransa dövlətləri də Qacar dövləti ilə yaxınlaşmağa çalışırdı. 1795-ci ildə Qacar altmış minlik ordu ilə Cənubi Qafqaz üzərinə yürüşə başladı. Onun bu yürüşdə əsas hədəfi Qarabağ xanlığını tabe edib itaətdən boyun qaçıran, Rusiya ilə yaxınlaşan gürcü çarlığını cəzalandırmaq idi. Amma Qacar ordusu Qarabağ xanlığının mərkəzi sayılan Şuşanı bir ay mühasirədə saxlasa da, ala bilmədi. O, Şuşanın mühasirəsini dayandırıb Tiflis üzərinə yürüş etdi. Gürcüstan üzərinə yürüşdə Qacarlarla eyni kökdən olan Cavad xanın başçılığı ilə Gəncə Ziyadoğluları da iştirak edirdilər. Gürcü qoşunlarını darmadağın edən Qacar ordusu Tiflisi tutdu. Şahın icazəsi ilə şəhər qarət edilib dağıdıldı. Tiflisin tutulmasından sonra İrəvan, Dərbənd, Bakı xanları Ağaməhəmməd xanın hakimiyyətini tanıdıqlarını bəyan etdilər. Gürcüstanı tamamilə tabe edən Qacar qoşunlarını Muğanda cəmləşdirib burada qışlamağa qərar verdi. Şah hələ də ona tabe olmayan Şəki, Şamaxı və Qarabağ xanlıqlarına qarşı hərbi əməliyyatları növbəti ilin yazına saxladı. Bu zaman Nadir şahın nəvəsinin Xorasanda qiyam qaldırması xəbərini alan Qacar təcili İrana qayıtdı. Dövlətin vahidliyini təmin etməyənə qədər rəsmi tacqoymanı gecikdirən Ağaməhəmməd xan saray əyanlarının və yaxınlarının təkidi ilə bu mərasimi 1796-cı il 21 martda Novruz bayramı günündə keçirdi. Bundan sonra böyük qoşunla yürüş edərək Xorasanı bütünlüklə Qacarlar dövlətinə birləşdirdi. Qacarın Rusiyanın himayəsində olan Gürcüstanı tutması II Yekaterinanın əvvəlcədən planlaşdırdığı Cənubi Qafqazın işğalına başlaması üçün bəhanə oldu.

1796-cı ildə Rusiya Qacar dövlətinə rəsmən müharibə elan edib general Zubovun başçılığı altında Cənubi Qafqaza ordu yeritdi. Rus ordusu Dərbəndi, Qubanı və Bakını tutub oktyabrda Gəncə xanlığını da tabe edərək Qacar dövlətinə qarşı müharibəyə hazırlaşmağa başladı.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin