83.Şimali Azərbaycanda XIX əsrin 30-cu illərində müstəmləkəçilik əleyhinə üsyanlar və onların nəticələri.
XIX əsrin 30-cu illərində Şimali Azərbaycanda çarizmin müstəmləkə əsarətinə qarşı baş vermiş üsyanlar içərisində ən güclüsü Quba əyalətində baş verən üsyan idi.
Quba əyalətinin komendantı vəzifəsindən sui-istifadə edərək əhali üzərinə ağır vergilər qoyur, sakinləri qanunsuz mükəlləfiyyətlərə cəlb edir, hətta məscid və mədrəsələrin saxlanması üçün yığılan zəkatı da mənimsəyirdi. 1837-ci ilin əvvəlində Varşavadakı müsəlman alayına Quba əyalətindən atlı toplanması haqqında yayılan xəbər üsyan üçün bəhanə oldu. Başqa əyalətlərdən fərqli olaraq, Quba əyalətində bir atlının təchizatı sakinlərə baha başa gəlirdi. Əhali hökumət nümayəndələrindən atlı yığılmasının dayandırılmasını, komendantın və onun əlaltılarının işdən azad edilməsini, vergi və mükəlləfiyyətlərin azaldılmasını tələb etdi. Hərbi dairə rəisi bəzi tələbləri yerinə yetirməyi vəd etsə də, buna əməl etmədi.
Dostları ilə paylaş: |