1. Azərbaycanın təbii-coğrafi şəraiti


Şimali Azərbaycana ermənilərin(hayların)kütləvi şəkildə köçürülməsi,rus və alman məskənlərinin yaradılması



Yüklə 344,46 Kb.
səhifə83/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   79   80   81   82   83   84   85   86   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

82.Şimali Azərbaycana ermənilərin(hayların)kütləvi şəkildə köçürülməsi,rus və alman məskənlərinin yaradılması.

Ermənilərin Cənubi Qafqaza köçürülməsi və Azərbaycan ərazilərinə yerləşdirilməsi — ermənilərin İrandan, Türkiyədən və digər ərazilərdən planlı sürətdə Cənubi Qafqaza köçürülməsi prosesi.



Rusiyanın himayəsi altında erməni dövlətinin yaradılması, həmçinin ermənilərin İran və Türkiyədən Rusiyanın işğal etdiyi torpaqlara köçürülməsi təsadüfi hadisə olmayıb, erməni-rus münasibətlərinin qanunauyğun nəticəsi idi ki, bu münasibətlərin əsasını rus və erməni tarixi ədəbiyyatında təbliğ edildiyi kimi, yalnız ticarət əlaqələri deyil, başlıca olaraq Şərqin müsəlman dövlətlərinə, xüsusilə Türkiyəyə, XVIII əsrdən etibarən isə həm də Azərbaycana qarşı düşmənçilik münasibəti təşkil edirdi.[1]

Səfəvilər dövlətinin zəifləməsindən istifadə edən I Pyotrun 1724-cü ilin noyabrın 10-da ermənilərin Azərbaycanın Xəzər dənizi sahillərində, Dərbənd və Bakı, həmçinin Gilan, Mazandaran və Gürgan ərazilərində məskunlaşmasını rəsmiləşdirən fərmanından sonra başladı. Bu fərmana görə ermənilər Rusiya İmperiyasının Cənubi Qafqazdan İran körfəzinə kimi geniş əraziləri ələ keçirmək planının həyata keçirilməsində "beşinci qüvvə" rolunu oynayacaqdılar. Bu planın bir hissəsi kimi Rusiya generalları Azərbaycan əhalisini hansı yolla olursa olsun yaşadığı yerlərdən didərgin salmaq əmri almışdılar. Lakin Rusiyanını Qafqazdakı hərbi uğursuzluqları onun ermənilərin planlı məskunlaşdırılması siyasətini bir müddətə dondurdu.

Türkmənçay müqaviləsinin nəticəsi olaraq 40000 erməni Azərbaycanın müxtəlif ərazilərində məskunlaşdırıldı. 1829-cu ilin Ədirnə sülhünün nəticələrinə görə isə, Osmanlı İmperiyası ərazilərində yaşayan 90000 erməni də Azərbaycanda yerləşdirildi. Onlar əsasən Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarında məskunlaşdırıldılar.

Məşhur rus diplomatı Aleksandr Qriboyedov, Rusiya imperiyasının İrandakı səfiri, ermənilərin cənubi Qafqaza köçürülməsində aktiv iştirak etmişdir.

Məşhur rus diplomatı və yazıçısı A. S. Qriboyedov yazırdı: "Erməni əhalisi əsasən müsəlman torpaq sahiblərinin ərazilərində yerləşdirilirdilər … onlar yavaş-yavaş müsəlman əhalisini ərazilərdən sıxışdırıb çıxarmağa başlamışdılar. Biz həmiçinin müsəlman əhalisini düşdükləri çətin vəziyyətlə barışdırmağa və onları inandırmağa çalışmalıyıq ki, bu çətinliklər uzun sürməyəcək və ermənilər müvəqqəti onlara yaşamağa icazə verilən ərazilərdə daimi olaraq qalamayacaqlar".

Rus imperiyasının hakim dairələri Cənubi Qafqazda yeritdikləri müstəmləkə siyasətində ermənilərə çox bel bağlayırdılar[2].

Amerikalı alim Castin Makkartinin yazılarında Cənubi Qafqazda, daha doğrusu Azərbaycanda erməni koloniyalarının yaradılması haqqında bunları demişdir: "1828 və 1920-ci illər arasında yerlərdə əhalinin demoqrafik tərkibini ermənilərin xeyirinə dəyişmək siyasəti nəticəsində iki milyondan çox müsəlman məcburi olaraq yaşadıqları ərazilərdən sürgün edilmiş, və dəqiq məlum olmayan sayda insan isə qətlə yetirişmişdir….Ruslar iki dəfə 1828 və 1854-cü illərdə Şərqi Anadoluya hücum etmiş, lakin hər iki halda geri çəkilməyə məcbur olmuşlar. Geri çəkilərkən onlar özləri ilə 100 000 ermənini də Qafqaza gətirmiş və yurdlarından qovulmuş və məhv edilmiş türklərin yerlərində yerləşdirmişdilər".

1877–1878-ci illər müharibəsində, ruslar Qars–Ərdəhan vilayətini zəbt etmiş, müsəlmanları qovaraq onların yerində 70 000 erməni məskunlaşdırmışdılar…….1895–1896-cı illərin hadisələrində isə təxminən 60 000 erməni Qafqazda məskun edilmişdir…..birinci dünya müharibəsi illərində miqrasiya balanslı şəkildə davam etmiş, Şərqi Anadoludan olan 400 000 erməni Qafqazın 400 000 müsəlman əhalisinə dəyişdirilmişdir.




Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin