1. Azərbaycanın təbii-coğrafi şəraiti


Cənubi Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda Urmiya xanlığının mübarizəsi



Yüklə 344,46 Kb.
səhifə75/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   71   72   73   74   75   76   77   78   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

74.Cənubi Azərbaycan xanlıqlarını birləşdirmək uğrunda Urmiya xanlığının mübarizəsi.

Urmiya xanlığının hökmdarıÿ Fətəli xan ÿAfşarlar ÿmənsub idi və Nadir şahÿ Afşarın ən yaxın adamlarından biri hesab olunurdu. Fətəli xan Afşarÿ Cənubi Qafqazın tutulması və ÿIranda ÿali hakimiyyət uğrunda mübarizəyə də xüsusi əhəmiyyət verirdi. Bu məqsədlə müxtəlif xanlıqlara müttəfiqlik haqqında müraciətlər göndərildi.ÿ Irəvan xanlığına ÿhücum uğursuz olduqda, hücum istiqamətiÿ Gürcüstana ÿyönəldi. Çarÿ II Irakliÿdə məğlub edildi.

Daha sonra Fətəli xanÿIrandaÿ ali hakimiyyət uğrunda mübarizə aparan Kərim xan Zəndin üzərində qalib gəldikdən sonra hakimiyyətini Mərkəzi və Qərbi Irana yaya bildi (1752). Iranın şimalında möhkəmlənənÿ Məhəmmədhəsən xan Qacarla ÿmübarizə çətin oldu. Məhəmmədhəsən xan onun Kərim xan Zəndlə müharibəsindən istifadə edərəkÿ Gilanı tutan Fətəli xanı oranı tərk etməyə məcbur etdi. O bununla kifayətlənməyərəkÿ Təbrizi, sonra isəÿ Urmiyanı tutdu (1757). Yalnız Məhəmmədhəsən xanın öldürülməsi ilə asılılıqdan qurtulmaq mümkün oldu (1759). Fətəli xan Təbrizə qayıtdı və hakimiyyətini möhkəmləndirdikdən sonraÿ Qarabağaÿ hücum etdi və onu asılı vəziyyətə saldı (1759).

Qeyd olunduğu kimi, Fətəli xanın bu birləşdirmə siyasəti onuÿ Zənd tayfasının təmsilçisi ÿKərim xan Zənd ÿvə ÿQacar tayfasının başçısı ÿMəhəmmədhəsən xan Qacarlaÿ toqquşdururdu. Fətəli xan onlara qarşı uğurlu savaş aparmaq üçün Birlik yaratmağa cəhd etsə də, buna nail ola bilmir. Ona görə də,ÿ1751-ci ilin sonunda ÿIrəvan ÿüzərinə qoşun göndərir. Lakin ÿII Iraklinin ÿgöndərdiyiÿ Qazax ÿvəÿ Borçalıÿ türklərindən ibarət qoşun dəstəsi ÿIrəvan xanlığına köməyə gəlir. Bu yürüşün uğursuzluqla nəticələnməsinə baxmayaraq,ÿ 1753-cü ilin sonu ÿ1754-cü ilin başlanğıcında Fətəli xan hakimiyyətini Mərkəzi və Qərbi Irana yaya bilmişdi. 

1752-ci ilin sonunda Xorasanın Güneyində möhkəmlənmiş Kərim Xan Zəndÿ Urmiya xanlığı üzərinə yürüş edir. Miyana ətrafındakı döyüşdə Fətəli xana məğlub olan Kərim xan Fars vilayətinə qaçır. Onu təqib edən Fətəli xanın gücləri Qəmşə adlı yerdə zəndləri yenidən məğlubiyyətə uğradırlar. Kərim xanın qardaşı Isgəndər xan əsir alınaraq edam edilir. Bu zaman Iranin quzeyində möhkəmlənmiş Məhəmmədhəsən xan Qacar da mərkəzi hakimiyyət uğrunda savaşa başlayır. O,ÿ1755-ci ilin yazındaÿIsfahanı ələ keçirir. Kərim xanÿ Şiraza qaçır.

Məhəmmədhəsən xanÿ Ərdəbil ÿvə ÿLənkəran ÿxanlıqlarının ərazilərindən, eləcə də Muğan düzündən keçərəkÿ Qarabağa ÿhücum edir. Daha sonra Təbrizi, Urmiyanı tutur.ÿ1759-cu ildə Məhəmmədhəsən xan öldürülür. Bundan yararlanan Fətəli xan Təbrizə qayıdır və yenidən birləşdirmə siyasətini davam etdirir.ÿ1759-cu ilin yayında Qarabağ xanlığı üzərinə yürüş Pənahəli xanın siyasi asılılığı qəbul etməsi ilə nəticələnir.ÿ1761-ci ildə Kərim xan Zənd güclü ordu ilə yenidən hücuma keçərək Urmiya şəhərini tutur və 1763-cü ilin ortalarında Fətəli xan əsir alınır. 

Məhəmmədhəsən xandan sonra Iranda başlıca qüvvəyə çevrilən Kərim xan Zənd Urmiyaniÿ1763-cü ildə 9 ay mühasirədə saxladı. Nəhayət, Urmiya xanlığını tutanÿKərim xan Zəndÿ Fətəli xan Afşarı da edam etdirdi. Sonralar Kərim xan Zəndin ölümü ilə xanlıq yenidən müstəqil siyasət yeritməyə başladı. Bu zaman Məhəmmədhəsən xan Qacarın oğlu Ağa Məhəmməd xan Urmiyalı Əli xanı yanına çağırıb gözlərini çıxartdı. Ağa Məhəmməd xanın çəkilməsindən sonra Imamqulu xan hakim seçildi. O, Sərablı Əli xan Şəqaqi ilə Xoylu Əhməd xana qarşı ittifaq bağladı. Müttəfiqlər Təbriz yaxınlığındakı döyüşdə məğlub oldular. Əmiraslan xan Afşar Urmiyaya hakim təyin edildi, lakin onun xanlığı uzun çəkmədi. Məhəmmədqulu xan yeni hakim təyin olundu. Ağa Məhəmməd xanın hücumundan sonra Uşnu qalasına çəkildi. Qacarın ölümü ilə müstəqilliyini bərpa edən xanlıq ÿIran ÿtaxtına çıxan Fətəli şaha tabe oldu. 


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin