1. Azərbaycanın təbii-coğrafi şəraiti


Azərbaycan torpaqlarının rusiya tərəfindən işğalının başlanması,Car-Balakənin və Gəncə xanlığının işğalı



Yüklə 344,46 Kb.
səhifə78/117
tarix01.01.2022
ölçüsü344,46 Kb.
#50562
1   ...   74   75   76   77   78   79   80   81   ...   117
Azerbaycan tarixi imt sual (1) (3)

77.Azərbaycan torpaqlarının rusiya tərəfindən işğalının başlanması,Car-Balakənin və Gəncə xanlığının işğalı.

 Çar hökuməti Şərqi Gürcüstan ərazisindən hücum meydanı kimi istifadə edərək Azərbaycan barəsindəki planlarını həyata keçirməyə başladı.

Car-Balakən camaatı Azərbaycanın içərilərinə doğru uzanan yolun üstündə idi. Gürcüstandan gələn rus qoşunları Azərbaycanı tutmağa bu ərazilərdən başlayacaqdı. Ona görə də rus qoşunlarının komandanı Sisianov Car-Balakən camaatının ələ keçirilməsinə böyük əhəmiyyət verirdi.

Rusiyanın himayəsini könüllü olaraq qəbul etmiş gürcü çarlığının hərbi dəstələri də rus qoşun hissələri ilə birləşmişdi. 1803-cü ilin yazında rus əsgərlərinin gürcü dəstələri ilə birgə hücumu Car-Balakəndə yerli əhalinin müqavimətinə rast gəldi. Qanıx (Alazan) çayı sahilində döyüş baş verdi. Əhalinin müqaviməti qırıldı, Balakən yandırıldı. Car işğal olundu. Car-Balakəndən səlahiyyətli nümayəndə heyəti Tiflisə, general Sisianovun yanına gedib Car-Balakən camaatının Rusiyanın hakimiyyəti altına alınması barədə «Andlı öhdəlik» sənədi imzaladı.

Sazişin şərtlərinə görə, carlılar çar xəzinəsinə ipəklə xərac ödəməli, sədaqət əlaməti olaraq verməli, öz ərazilərində rus qoşunlarının yerləşdirməli idilər. Carlıların şahzadə Aleksadrı və onun əlaltılarını qəbul etməmək və öz içərilərində gizlətməmək barədə tərəddüdü sazişdə xüsusi qeyd olunurdu. Lakin camaatın iradəsinin dəyişməz olaraq qaldığını və əhalinin itaət şərtlərini yerinə yetirmədiyini görən general Qulyakov 1804-cü ilin yanvarında yenidən Cara soxuldu. Car yenidən fəth olundu və yandırıldı. Sonra rus qoşunları Zaqatalaya doğru yeridilər və Zaqatala yaxınlığındakı dərədə carlılar tərəfindən hücuma məruz qaldılar. Qanlı döyüşdə carklılar üstünlük qazanıb qələbə çaldılar. Rus qoşunlarının salamat qalmış hissəsi Muxax kəndinə geri çəkildi, general Qulyakov isə öldürüldü.

1803-cü ilin martında müqavimət göstərmiş adamların əfv olunması barədə carlıların xahişini rədd etmiş Sisianovun şəxsi hərəkəti Carda baş vermiş hadisələrdə az rol oynamadı. O, nəinki əfv etmədi, əksinə öz məktubunda yerli xalqı həqarətlə "kafir əclaflar” adlandırdı və belə dedi:

"Dinsiz alçaqlar! Mən sizi çox dilə tutdum, siz isə dağıstanlıları çağırdınız, sonra da ürəklənib elə bir şey yazdınız ki, ləyanətimə toxunur. Siz doğru deyirsiniz, mən gürcüyəm, amma nə ağızla bunu yazmağa cəsarət edirsiniz? Mən Rusiyada doğulmuş, orada böyümüşəm, ruhum da rus ruhudur. Gözləyin qoy gəlib ora çıxım, onda evlərinizi deyil, sizin özünüzü oda yaxacaq, cocuq və qadınlarınızın içalatını çəkib çıxardacağam".

Carlılar yenidən hücuma keçmiş rus qoşunlarına müqaviməti davam etdirməyin qeyri-mümkünlüyünü və faydasızlığını görərək təslim oldular. Car-Balakən bölgəsinin fəthindən sonra qonşu İlisu soltanlığı da Rusiya təbəəliyini qəbul etməli oldu, Soltanlıqda 40-cı illərin ortalarınadək soltan öz torpaqlarının daxili idarəsində hakimiyyətini qoruyub saxlamışdı.


Yüklə 344,46 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   117




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin