Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Yaş                                      (Məlumat kitabçasının 116-cı səhifəsi)



Yüklə 1,45 Mb.
səhifə111/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   107   108   109   110   111   112   113   114   ...   122
4.5. Yaş                                      (Məlumat kitabçasının 116-cı səhifəsi)

AİƏM, Ingeniørforeningen i Danmark  Region Syddanmark-a qarşı

İş C-499/08, 12 oktyabr 2010 (Böyük Palata)

(CJEU, Ingeniørforeningen i Danmark v. Region Syddanmark

Case C-499/08, 12 October 2010 (Grand Chamber))

Danimarka məhkəmələrindən alınmış Danimarka sisteminə dair müraciət,

işəgötürənin 12, 15 və ya 18 il işləmiş maaş alan işçini işdən çıxardıqda,

müvafiq olaraq bir, iki və ya üç ayın maaşını verməli olmasına dair idi. Hal-

buki, bu kompensasiya işçilərə işdən ayrıldıqları zaman ödənilməmişdi,

onlar 50 yaşdan əvvəl qoşulduqları və işəgötürənin payı olan sxemdən

yaşlılığa görə təqaüd almışdılar. Regional quruma 27 illik xidmətdən sonra

cənab Andersen işdən çıxarılmış və məhkəmə təsdiq etmişdi ki, o, təqaüd

almalıdır. Regional qurum, 63 yaşlı təqaüd yaşına çatmış olması və təqaüd

sxeminin  ona  şamil  oluna  biləcəyi  əsasında,  ərizəçiyə  kompensasiya

ödəməkdən imtina etdi. Danimarka Məhkəməsi, işdə və vəzifədə bərabər

davranış  üçün  ümumi  çərçivə  müəyyən  edən  2000/78/EC  Şura

Direktivində əks olunmuş yaş əsasında birbaşa və ya dolayı ayrı-seçkiliyin

ləğv  olunması səbəbi ilə belə rejimin tətbiq olunmamasının zəruriliyinə dair

məlumat almaq istəyirdi.  

Danimarka  Məhkəməsinin  suallarına  cavab  olaraq,  AİƏM  bildirdi  ki,

2000/78/EC Şura Direktivi, 50 yaşdan əvvəl təqaüd sxeminə qoşulmuş

olduğu  halda,  işçini  yaş  təqaüdü  ala  biləcəyi  üçün  işdən  çıxarıldıqda

ödənişdən məhrum edən daxili qanunvericiliyi istisna edir. Məhkəmə bildirdi

ki,  yeni  iş  axtarmalarına  baxmayaraq  işdən  çıxarılma  ödənişi  ala

bilməyəcəklərinə  görə,  işçilər  üçün  əmək  hüquqlarını  həyata  keçirərək

əmək təqaüdü almaq iddiasında olmaq daha çətindir. Məhkəmə qeyd etdi

ki, bu səbəbə görə bu tədbir bütün kateqoriya işçilərin ödəniş almasını ef-

fektiv şəkildə qadağan edirdi. O da mümkün idi ki, işçilər qarşıdakı illərdə

işləməyə  davam  etdikdə  ala  biləcəklərindən  daha  az  təqaüd  almağa

məcbur olsunlar. Bu, işçilərin legitim maraqlarına zərər vururdu və bu kate-

qoriya ilə yaşlılıq təqaüdü almaq üçün müraciət edə bilməyənlərin arasında

mövcud olan fərqli davranış əsaslandırılmamış idi. 

193

Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)





Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin