hamilə işçilərin işdə sağlamlığı və təhlükəsizliyi ilə bağlı müraciət daxil oldu.
dövlət mülkiyyətində olan şirkətin direktorlar şurasının üzvü olduğu halda
da şamil edildiyini və bu fərdin direktiv əsasında işçi sayıla bilib-bilməcəyini
müəyyənləşdirməsi xahiş olunurdu. Bu baxımdan, sözü gedən şirkətə
səhmdarlar məclisi və qəyyumlar şurasının da nəzarət etdiyi nəzərə alaraq,
idarəetmə heyətinin üzvlərinin rolunu və onların fəaliyyət göstərə biləcəyi
müstəqilliyin dərəcəsini müəyyənləşdirmək zəruri idi. Eləcə də,
76/207/EEC Şura Direktivinə əsasən, kişi və qadınlara qarşı işəgötürmə,
ixtisas təlimi və işdə irəli çəkilmə və iş şərtləri ilə bağlı bərabər
davranılmasının da nəzərdən keçirilməsi zəruri idi.
AİƏM bildirdi ki, şirkətin direktorlar şurasının üzvünə o halda işçi statusu
verilməlidir ki, o, şirkətə xidmətlər göstərir və onun tərkib hissəsidir; şura
üzvünün işi şirkətdən olan digər bir qurumun istiqamətləndirməsi və ya
nəzarəti altında müəyyən bir vaxt ərzində yerinə yetirilmişdir; və şura üzvü
bu vəzifələrə görə ödəniş almışdır. 92/85/EEC Şura Direktivi fərdin “hamilə
işçi” olduğu halda şura üzvlüyündən çıxarılmasına məhdudiyyətsiz icazə
verən daxili qanunvericiliyi qadağan edən şəkildə interpretasiya edilməlidir.
Əlavə olaraq, Məhkəmə bildirdi ki, əgər hətta işçi 92/86/EEC Şura Direk-
tivinin məqsədlərinə görə “hamilə işçi” kimi təsnif oluna bilməzsə belə, şura
üzvünün hamiləliyə görə şura üzvlüyündən çıxarılması yalnız qadınlara
təsir edə bilər və buna görə də, 76/207/EEC Şura Direktivinə zidd olan
cinsi əsasda birbaşa ayrı-seçkilikdir.
Dostları ilə paylaş: