(ECtHR, Bah v. the United Kingdom
(No. 56328/07), 27 September 2011)
Ərizəçiyə, Sier Leon vətəndaşına, Birləşmiş Krallıqda qalmaq üçün qeyri-
müəyyən müddətə icazə verilmişdi. Sonradan onun kiçik oğluna dövlət
tərəfindən maliyyələşdirmək üçün müraciət etməyəcəyi şərti ilə anasının
yanına gəlməyə icazə verilmişdi. Oğlu gəldikdən az müddət sonra,
ərizəçinin ev sahibi bildirdi ki, oğlu onun icarə etdiyi otaqda qala bilməz. O,
yerli səlahiyyətli orqanlara müraciət edərək ev tapmaqda yardım istədi.
Yerli səlahiyyətli orqan yardım etməyə razılıq verdi, amma bildirdi ki, o,
oğlu immiqrasiya nəzarətinə tabe olmadığı üçün adi halda ona verilməli
olan az yaşlı uşaqla istəmədən evsiz qalmış şəxs statusunun imtiyazından
istifadə edə bilməyəcək. AİHM bildirdi ki, ərizəçinin fərqli davranışa məruz
qalması onun milli mənşəyindən deyil, oğlunun şərti immiqrant statusundan
irəli gəlirdi. İmmiqrant statusu ilə bağlı seçim elementi verildikdə bu əsasda
fərqli davranışın tələb etdiyi əsaslandırma cinsinə və ya irqinə görə xarak-
terik və ya dəyişməz şəxsi keyfiyyətlərə əsaslanan fərqləndirmə
hallarındakı qədər vacib deyildi. Eləcə də, işin subyekti, təbiəti etibarilə
daha çox sosial-iqtisadi olduğu üçün hökumətə verilən mülahizə sərbəstliyi
nisbətən geniş idi. Ərizəçinin imtiyaz ehtiyacının rədd edilməsində qanun-
suz heç nə yox idi. Oğlunu, Birləşmiş Krallığa gətizdirərkən ərizəçi giriş
şərtini tam şəkildə bilirdi və oğlunu saxlamaq üçün dövlət orqanlarına
müraciət etməyəcəyinə effektiv şəkildə razılaşmışdı. Birləşmiş Krallıqda
imtiyaz statusundan istifadə edə bilən immiqrantlarla ölkədə qeyri-qanuni
və ya dövlət orqanlarına müraciət etməmək şərti ilə qalan şəxslər
arasındakı fərqləndirmə əsaslandırılmış idi. Qanunvericilik məhdud
resursları müxtəlif kateqoriyalı iddiaçılar arasında ədalətlə bölərək legitim
məqsəd daşıyırdı. AİHM, ərizəçinin evsiz qalmaq təhlükəsindən yaranan
narahatlığını nəzərə alaraq, bildirdi ki, faktiki olaraq o, heç vaxt evsiz
qalmayıb və yerli səlahiyyətli orqanlar o və oğlu üçün həqiqətən evsiz qal-
maq təhlükəsi meydana çıxdıqda, onlara kömək göstərmək üzrə digər
hüquqi öhdəliklər daşıyırlar. Yaranmış şəraitdə, onun imtiyazı olsaydı da,
ona eyni cür davranılacaqdı: yerli səlahiyyətli orqan ona digər məhəllədə
kirayə tapmağa yardım göstərmişdi və həmin məhəllədə 17 ay qala biləcəyi
sosial ev təklif olunmuşdu. Ərizəçinin məruz qaldığı fərqli davranış
ağlabatan və obyektiv surətdə əsaslandırılmış idi.
185
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)