Əmək Məhkəməsi (Bundesarbeitsgericht) AİƏM-dən hava pilotları üçün
uçuş təhlükəsizliyi məqsədi ilə 60 yaş məhdudiyyətini təmin edən kollektiv
müqavilənin Avropa İttifaqı hüququna uyğunluğunu araşdırmasını xahiş
edirdi.
AİƏM, ilk olaraq təkrar bildirdi ki, üzv dövlətlərin daxili qanunlarına görə,
sosial partnyorlarla birgə qəbul olunan kollektiv müqavilələr Avropa İttifaqı
hüququnun ümumi prinsipi olaraq qəbul edilmiş və işə götürmə və vəzifə
tutma sahəsində direktivdə xüsusi olaraq ifadə olunmuş yaşa görə ayrı-
seçkiliyə yol verilməməsi prinsipinə hörmət etməlidir. 60 yaşa çatdıqda
pilotların pilot kimi işləməsinə məhdudiyyət qoyulması sərnişinlərin,
təyyarələrin uçduğu ərazilərdə yaşayan şəxslərin və pilotların özlərinin
təhlükəsizlik və sağlamlığını təmin etmək məqsədi daşıyır; bu fərqli
davranışı və kollektiv müqavilədəki məhdudiyyət müddəasını əsaslandıra
bilər. Ancaq Məhkəmə onu da qeyd etdi ki, beynəlxalq və alman qanun-
vericiliyi hesab edirdi ki, 60 yaşdan sonra pilotlara pilot kimi işləməyi
qadağan etmək zəruri deyildi, sadəcə onların fəaliyyətini məhdudlaşdırmaq
kifayət edərdi. Buna görə də, AİƏM qərara aldı ki, kollektiv müqavilə ilə
təmin edilmiş müəyyən yaşdan sonra pilotluğa qadağan qoyulması ictimai
sağlamlıq və təhlükəsizliyi qorumaq üçün zəruri tədbir deyildi. Bundan
başqa, Məhkəmə bildirdi ki, xüsusi fiziki bacarıqlara malik olmaq hava
yolları pilotu işləyə bilmək üçün həlledici iş tələbi hesab oluna bilər və belə
bacarıqlara malik olmaq yaşla əlaqədar ola bilər. Bu tələb hava uçuşu
təhlükəsizliyini təmin etmək məqsədi ilə müəyyən edildiyi üçün yaşa görə
davranışda fərqliliyi əsaslandıra biləcək legitim məqsəd daşıyırdı. Ancaq
davranışda belə fərqlilik yalnız çox məhdud sayda vəziyyətlərdə
əsaslandırıla bilər. Bu baxımdan, Məhkəmə qeyd etdi ki, beynəlxalq və
alman səlahiyyətli şəxsləri hesab edir ki, 65 yaşa kimi pilotlar pilot kimi
işləmək fiziki bacarıqlarına malikdirlər, əgər hətta 60 və 65 yaşlar arasında
onlar bunu digər pilotların 60 yaşdan gənc olduğu heyətin üzvü kimi etsələr
belə. Digər tərəfdən, Lufthansa-nın sosial partnyorları 60 yaşı, yaş
məhdudiyyəti olaraq o hallar üçün müəyyənləşdiriblər ki, hava yolları
pilotları öz fəaliyyətlərini yerinə yetirə bilmək üçün fiziki bacarıqlara malik
olmasınlar. Bu şərtlərdə Məhkəmə bəyan etdi ki, sosial partnyorlar
tərəfindən hava yollarında pilot işləmək üçün müəyyənləşdirilmiş 60 yaş
məhdudiyyəti beynəlxalq və alman qanunvericiliyinin fonunda qeyri-pro-
porsional görünür və 65 yaş məhdudiyyəti ilə dəyişdirilməlidir.
182
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı