AİƏM, Vasil Ivanov Georgiev v. Tehnicheski universitet – Sofia,
Plovdiv filialı
Birləşdirilmiş işlər C-250/09 and C-268/09, 18 noyabr 2010
(CJEU, Vasil Ivanov Georgiev v. Tehnicheski universitet – Sofia, fil-
ial Plovdiv
Joined cases C-250/09 and C-268/09, 18 November 2010)
Bolqarıstan məhkəmələrinin bu müraciəti, məcburi təqaüdlə bağlı idi.
Bolqarıstan daxili qanunvericiliyi işəgötürən üçün 65 yaşa çatmış univer-
sitet professorunun müqaviləsini dayandırmağı və bu yaşdan sonra, bir illik
müddətə maksimum 3 dəfə müqavilə bağlamağı mümkün edirdi. Məhkəmə
belə qanunvericiliyin 2000/78/EC Şura Direktivi ilə qadağan olunub-
olunmadığını soruşurdu. Direktivə əsasən, birbaşa ayrı-seçkilik bir fərdə
qarşı, məsələn, yaşa görə digərindən daha az yaxşı davranıldığında baş
verir. Yaş əsasında davranışda fərqlər legitim məqsədlə obyektiv və
ağlabatan şəkildə əsaslandırıldığında ayrı-seçkilik kimi təsnif oluna bilməz.
İşəgötürmə, əmək bazarı və ya ixtisas təlimi üzrə təşəbbüslə əlaqədar belə
məqsəd legitim siyasət ola bilər. Bolqarıstan hökuməti slovak və alman
hökumətləri və Komissiya tərəfindən dəstəklənirdi və bildirirdi ki, məsələ ilə
bağlı daxili qanunvericilik daha gənc nəslə professor vəzifələri tutmağa
imkan verərək, bununla tədris və tədqiqatın keyfiyyətinin yaxşılaşmasına
şərait yaradırdı.
ABƏM belə qərara gəldi ki, 2000/78/EC Şura Direktivi universitet
professorlarına 65 yaşdan sonra müddətli bir illik müqavilə ilə işləməyə
icazə verən və 68 yaşında təqaüdə göndərən daxili qanunvericiliyə icazə
verir. Məhkəmə vurğuladı ki, belə qanunvericilik əmək bazarı və ya
işəgötürmə siyasəti ilə bağlı legitim məqsəd daşımalı və ona müvafiq və
zəruri vasitələrlə nail olunmalıdır. Legitim məqsəd tədrisin keyfiyyətini və
müxtəlif nəsil professorların vəzifələrinin optimal bölünməsini təmin etmək
məqsədi ola bilər. ABƏM həm də qeyd edirdi ki, bu işdə mübahisə dövlət
institutu ilə fərd arasında olduğu üçün, daxili məhkəmə direktivin
müddəalarına uyğun gəlməyən daxili qanunvericiliyi tətbiq edə bilməzdi.
180
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
|