2.5. Xüsusi və ya spesifik tədbirlər
(Məlumat kitabçasının 40-cı səhifəsi)
AİƏM, Pedro Manuel Roca Álvarez Sesa Start España ETT SA qarşı
İş C-104/09, 30 sentyabr 2010
(CJEU, Pedro Manuel Roca Álvarez v. Sesa Start España ETT SA
Case C-104/09, 30 September 2010)
Ispaniya məhkəmələri xahiş edirdi ki, İspaniya qanunvericiliyinə görə
ödənişli məzuniyyətlə bağlı müəyyən hüquqların Aİ gender bərabərliyi
qaydalarına uyğunluğunu araşdırsın. Xüsusilə İspaniya qanunvericiliyi
südəmər uşağı yedizdirmək üçün analara və atalara iş günü ərzində bir
saata qədər icazə verirdi, işləyən hər iki valideyni bununla təmin edirdi.
Məhkəmədən soruşulurdu ki, ana özünü işlə təmin edən olduqda işləyən
atanın eyni hüququnun olmaması işəgötürmə, ixtisas təlimi və işdə irəli
çəkmə və iş şərtlərində kişi və qadınlara bərabər davranılması prinsipinin
implementasiyasına dair 76/207/EEC Şura Direktivinin müddəalarının
pozulması sayıla bilərmi.
AİƏM bildirdi ki, iş şərtlərinə təsir edən ödənişli məzuniyyətə dair
76/207/EEC Şura Direktivi iş şərtləri ilə bağlı ayrı-seçkiliyin olmamasını
bəyan edir. Məhkəmə şərh etdi ki, atanın icazə hüququ ananın iş statusuna
əsaslanır. Daha sonra Məhkəmə bildirdi ki, bu şərt mövcud qeyri-
bərabərliyi ləğv etmir və ya azaltmır və bu da elə vəziyyətə gətirə bilər ki,
özünü işlə təmin edən ana, ata uşağın qeydinə qalmaq üçün icazə ala
bilmədiyi üçün əlavə yük daşımalı olsun. Buna görə də, Məhkəmə belə
qərara gəldi ki, daxili qanunvericilik Direktivə uyğun deyil.
177
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
|