AİƏM, Jürgen Römer Freie və Hansestadt Hamburg-a qarşı
İş C-147/08, 10 may 2011 (Böyük Palata)
(CJEU, Jürgen Römer v. Freie und Hansestadt Hamburg
Case C-147/08, 10 May 2011 (Grand Chamber))
Cənab Römer 1950-ci ildən Hamburq administrasiyasında işləyirdi və
1990-cı ildə anlaqsızlıq səbəbi ilə o, işi dayandırmalı olmuşdu. 1969-cu
ildən o, davamlı olaraq öz partnyoru Cənab U. ilə yaşayırdı. 2001-ci lin
oktyabrında onlar qeydiyyata alınmış həyat partnyorluğuna daxil oldular və
Cənab Römer öz keçmiş işəgötürənini buna dair məlumatlandırdı və sonra
daha əlverişli vergi azaldılması kateqoriyası əsasında əlavə təqaüd xahiş
etdi. Hamburq administrasiyası Cənab Römerin “evli” deyil, qeydiyyata
alınmış partnyorluqda olması səbəbi ilə etiraz etdi və bildirdi ki, yalnız “evli,
(və) daimi olaraq ayrılmamış” təqaüdçülər və uşağı olan təqaüdçülər tələb
olunan əsasda yenidən hesablanmış təqaüd ala bilərlər. Məhkəməyə
müraciət olunaraq Avropa İttifaqı hüququnun bu vəziyyətə münasibəti
soruşuldu.
AİƏM bildirdi ki, işdə bərabər rəftarla bağlı 2000/78/EC Şura Direktivi
TFEU-nun 157-ci maddəsi çərçivəsində əlavə təqaüdün ödənilməsini
nəzərdə tutur. Direktiv daxili hüquqda iki şəraitlə üzləşildikdə qeydiyyata
175
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
alınmış həyat partnyorluğuna daxil olmuş təqaüdçünün “evli, daimi olaraq
ayrılmamış” təqaüdçüdən daha az təqaüd alması müddəasını əngəlləyirdi.
Birinci o idi ki, əlaqədar üzv dövlətdə nikaha müxtəlif cinslərdən olan
şəxslər daxil ola bilərdi və bununla yanaşı qeydiyyata alınmış həyat
partnyorluğu mövcud idi ki, ona eyni cinsdən olan şəxslər daxil ola bilərdi.
İkinci şərt ondan ibarət idi ki, cinsi oriyentasiya əsasında birbaşa ayrı-seçk-
ilik mövcud olmalı idi, çünki daxili qanunvericiliyə əsasən təqaüdlə bağlı
həyat partnyoru olan şəxs eyni vəziyyətdə evli şəxslə müqayisədə hüquqi
və faktiki olaraq eyni idi.
Dostları ilə paylaş: |