2.2.2. Müqayisə (Məlumat kitabçasının 25-ci səhifəsi)
AIHM, Graziani-Weiss Avstriyaya qarşı
(No.31950/06), 18 oktyabr 2011
(ECtHR, Graziani-Weiss v. Austria
(No.31950/06), 18 October 2011)
Yerli bölgə məhkəməsində bölgədə olan bütün vəkillərin və dövlət
notariuslarının adlarını əks etdirən mümkün hüquq qəyyumlarının siyahısı
mövcuddur. Adı siyahıda olan ərizəçi əqli cəhətdən xəstə şəxsin gəlirinin
idarə olunması və məhkəmə və digər orqanlarda təmsil olunması üçün
onun hüquqi qəyyumu təyin olunur. O, şikayət edirdi ki, siyahıya yalnız
vəkillərin və dövlət notariuslarının daxil edilməsi və hüquq sahəsində
müəyyən biliyi olan digər şəxslərin istisna edilməsi potensial qəyyumlara
qarşı ayrı-seçkilikdir. AİHM qeyd etdi ki, vəkillərin əsas fəaliyyəti müştəriləri
məhkəmələrdə və digər müxtəlif orqanlarda təmsil etməkdir ki, onlar buna
görə xüsusi təlim keçir və müvafiq imtahan verirlər. Hüquq təhsili almış,
amma vəkil olmayan digər şəxslərin nümayəndəliyin məcburi olduğu
işlərdə tərəfləri məhkəmələrdə təmsil etmələrinə icazə verilmir. O da
mümkündür ki, onlar tamamilə hüquqla bağlı sahədə işləmirlər. Bir tərəfdən
vəkillər və notariuslara, digər tərəfdən isə hüquq təhsili almış digər şəxslərə
qarşı münasibətdə fərqin olmasına baxmayaraq, hüquq nümayəndəliyinin
zəruri olduğu işlərdə qəyyum təyin olunması məqsədi ilə bağlı bu iki qrup
eyni vəziyyətdə deyil.
173
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
_____________________________________
271. ABƏM qısa yazılışı Avropa ayrı-seçkilyə yol verilməməsi hüququna dair Məlumat kitabçasında
istifadə olunan AƏM qısa yazılışını əvəz edir.
|