iki qrupa fərqli münasibətin obyektiv və ağlabatan əsaslandırması yox idi.
həbsdə olan təqsirləndirilən şəxslərin hüquqlarının həbsdə olan məhkum
olunmuş şəxslərdən daha böyük miqyasda məhdudlaşdırılması qaydasını
əsaslandırmırdı. Bu təcrübə İşgəncənin və qeyri-insani və ya alçaldıcı
rəftarın qarşısının alınmasına dair Avropa Komitəsi (CPT) tərəfindən də
tənqid olunmuşdur. Bundan başqa, həbsdə olanların ziyarətçi hüquqlarına
xüsusi məhdudiyyətlər bəzi hallarda təhlükəsizlik və ya istintaqın legitim
maraqlarını qorumaq səbəbi ilə əsaslandırıla bilsə də, bu məqsədlərə
tutulmuş şəxslərə təsir etməyən digər vasitələrlə də nail olmaq olardı. Mülki
və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və 1987-ci il Avropa
Həbsxana Qaydaları kimi beynəlxalq vasitələr həbsdə olan təqsirləndirilən
şəxslərin təqsirsizlik prezumpsiyası statusuna hörmət edilməsi zərurətini
vurğulamışdı. 2006-cı il Avropa Həbsxana Qaydaları təmin edirdi ki, buna
qarşı xüsusi bir səbəb olmasa məhkum olunmamış həbsdə saxlananlar
məhkum olunmuş həbsdə saxlanılanlarla eyni şəkildə ziyarətçi qəbul edə
və ailə və digər şəxslərlə ünsiyyətə daxil ola bilməlidirlər. Müvafiq olaraq,
AİHM ərizəçiyə tətbiq edilən ziyarətçi məhdudiyyətlərini qeyri-proporsional
hesab etdi.
Dostları ilə paylaş: