Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 Müdafiə olunan əsas        (Məlumat kitabçasının 28-ci səhifəsi)



Yüklə 1,45 Mb.
səhifə94/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   90   91   92   93   94   95   96   97   ...   122
2.2.3. Müdafiə olunan əsas        (Məlumat kitabçasının 28-ci səhifəsi) 

AİƏM, Pensionsversicherungsanstalt  Christine Kleist-ə qarşı

İş C-356/09, 18 noyabr 2010

(CJEU, Pensionsversicherungsanstalt v. Christine Kleist

Case C-356/09, 18 November 2010)

Avstriya məhkəməsinin 76/207/EEC Şura Direktivinin (2002/73/EC Direk-

tivi ilə düzəlişlər edilmiş)  3(1)İ-cü maddəsinin interpretasiyası ilə bağlı kişi

və qadınlara bərabər davranılması prinsipinin implementasiyasına dair bu

müraciəti işəgötürmə, ixtisas təlimləri və işdə irəli çəkilməyə aiddir. Maddə

3(1)İ ödəniş və işdən çıxarma da daxil olmaqla, işə düzəlmə və iş şəraiti ilə

əlaqədar dövlət və özəl sektorda birbaşa və dolayı ayrı-seçkiliyi qadağan

edir. Müraciət olunan məhkəmədən, maddə 3(1)İ-nin, kişi və qadın üçün

fərqli təqaüd yaşları nəzərdə tutulduqda, işəgötürən dövlət orqanına təqaüd

yaşına çatmış şəxsləri təqaüdə çıxa bildikləri halda işdən çıxarma icazəsi

verib vermədiyi soruşuldu. Avstriya qanunvericiliyinə görə, qadınlar üçün

təqaüd yaşı 60, kişilər üçün 65 idi.

AİƏM Marshall (C-152/84) işinə istinad edərək göstərdi ki, bu yaş kişilər

üçün fərqli olduqda, qadın işçini yalnız təqaüd yaşına çatdığı üçün işdən

çıxarmaq cinsi əsasda ayrı-seçkilikdir. Sözü gedən işdə, işdən çıxarmadan

qorumaq üçün yaş,  işçinin cinsi ilə qırılmaz şəkildə bağlıdır. Məhkəmə belə

qərara gəldi ki, bu, birbaşa cinsi əsasda fərqli davranışdır.   Birbaşa ayrı-

seçkilik  bir  şəxsə  qarşı  cinsi  əsasda  digəri  ilə  müqayisə  oluna  biləcək

vəziyyətdə,  ona  davranıldığından  və  ya    davranılacağından  daha  pis

davranıldığında  baş  verir.  60-65  yaşlarında  qadının  eyni  yaş

kateqoriyasında olan kişilərlə müqayisə oluna biləcək vəziyyətdə olmasını

176


Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı


müəyyənləşdirmək  məqsədi  ilə  Məhkəmə  davranışdakı  fərqliliyi

müəyyənləşdirən daxili qaydaların obyektini araşdırdı.  Bu işdə daxili qay-

dalar  işçilərin işdən çıxarıla bilməsi hallarının idarə olunmasına yönəlmişdi.

Məhkəmə razılaşdı ki, bu yaş kateqoriyasındakı kişi və qadınlar  müqayisə

oluna biləcək vəziyyətdədirlər, çünki onların işlərinə xitam verilməsi şərtləri

eynidir.  Buna  görə  də, AİƏM  belə  qərara  gəldi  ki,  daxili  qaydalar  cinsi

əsasda birbaşa ayrı-seçkilyə yol verir.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin