AİHM, Stammer Avstriyaya qarşı
(No. 37452/02), 7 iyul 2011
ECtHR, Stummer v. Austria (GC)
(No. 37452/02), 7 July 2011
Ərizəçi həbsxanada keçirdiyi iyirmi səkkiz il ərzində uzun müddət işləsə
də, Avstriya qanunvericiliyinə əsasən, yaşlılığa görə təqaüd sistemindən
istifadə edə bilmirdi. O, 1994-cü ildən həbsxanada işlədiyi dövrlərə görə
işsizlik-sığorta sxeminə qoşulmuşdu və azadlığa çıxdıqdan sonra işsizlik
yardımı və təcili yardım ödənişi alırdı. AİHM bildirdi ki, təqaüd sahəsində
dövlətlər geniş qiymətləndirmə həddinə malikdirlər və bu məsələni
həbsxana işi ilə bağlı ümumi sistemin və məhkumların sosial paketinin bir
xüsusiyyəti kimi görmək lazımdır. Məhkumlar üçün sosial təhlükəsizliklə
bağlı Avropa konsensusu yox idi. Avropa Şurası üzv dövlətlərinin böyük
əksəriyyəti məhkumları müəyyən növ sosial təhlükəsizliklə təmin etsə də,
yalnız çox az dövlət onlara yaşlılığa görə təqaüd sisteminə qoşulmağa
icazə verir. Avstriya kimi bəzi ölkələr bunu, məhkumlara yalnız könüllü
işləmək imkanı verməklə edir. Bundan başqa, Avstriya qanunvericiliyi, milli
sosial təhlükəsizlik sistemlərində işləmiş, sağlamlıq və qəza xidməti almış
məhkumları daxil etməyə meylli idi və 1994-cü ildən işləyən məhkumlar
işsizlik sığorta sxeminə daxil edilmişdi. Əhəmiyyətlidir ki, ərizəçi yaşlılıq
təqaüdündən istifadə edə bilməsə də, sosial paketsiz qalmamışdı.
Həbsxanadan azad edildikdən sonra o, işsizlik yardımı və müvafiq olaraq,
mənzil müavinəti şəklində təmin edilən 720 avro həcmində təcili yardım
ödənişi də almışdı ki, bu da Avstriyada minimum təqaüd səviyyəsinə
demək olar ki uyğun gəlir. Son olaraq, dəyişən standartlar kontekstində
iştirakçı dövlət, azad olunduqda məhkumların cəmiyyətə yenidən inte-
qrasiya olunması üçün daha çox uyğun gələn sığorta sxeminə üstünlük
verməsinə görə qınana bilməz. Avstriyadan, bu işdə qaldırılan məsələni
nəzərə almaq tələb olunsa da, Məhkəmə bildirdi ki, Avstriya əmək fəaliyyəti
ilə məşğul olmuş məhkumların yaşlılıq təqaüdü sisteminə qoşulmamasına
görə ona verilən mülahizə sərbəstliyini aşmır.
Dostları ilə paylaş: |