4.2. Cins (Məlumat kitabçasının 102-ci səhifəsi)
AİHM, Andrle Çex Respublikasına qarşı
(No. 6268/08, 17 fevral 2011)
(ECtHR, Andrle v. the Czech Republic
(No. 6268/08, 17 February 2011))
Ərizəçi, iki uşaq atası şikayət edirdi ki, qanunvericilikdə qadınlardan fərqli
olaraq uşaq böyüdən kişilərin təqaüd yaşının azaldılması nəzərdə
tutulmamışdı. AİHM qəbul edirdi ki, bu məsələ keçmiş Yuqoslaviyada
qadınların uşaq böyütməyə və ev işlərinə cavabdeh olduğu, amma tam
ştatda işləmək təzyiqi altında olduğu spesifik tarixi şərtlərdən meydana
çıxan faktiki qeyri-bərabərliyin və çətinliyin kompensasiya olunması kimi
legitim məqsəd daşıyırdı. Belə olan halda, ölkədaxili səlahiyyətli orqanlar
kişilərə ədalətsizliyin xüsusi müvəqqəti tədbirlər vasitəsilə qadınların
əlverişsiz mövqeyini düzəltmək ehtiyacını aşmadığını qiymətləndirmək
baxımından daha əlverişli vəziyyətdədirlər. 2010-cu ildə Çex hökuməti
qanunvericiliyə bir uşaqlı qadınların təqaüd yaşının azaldılması hüququnu
istisna edən və böyüdülmüş uşaqların sayından asılı olmayaraq təqaüd
yaşının ümumi artırılması istiqamətində islahatlara düzəlişlər edərək
təqaüd yaşının bərabərləşdirilməsi üçün artıq ilk konkret addımlarını
atmışdı. Cinslərin rolunun qavranılmasında demoqrafik artımın və
dəyişikliklərin mərhələli təbiətini və daha geniş kontekstdə tam təqaüd
islahatı həyata keçirmənin çətinliklərini nəzərə alaraq, dövlət sürətli templə
tam dəyişikliklər etmək yerinə təqaüd sistemini proqressiv şəkildə
dəyişdirməsinə görə tənqid oluna bilməzdi. İşin spesifik hallarında, daxili
səlahiyyətli orqanların yanaşması, qadınların xüsusi davranılması
ehtiyacını sosial və iqtisadi dəyişikliklər aradan qaldırana qədər, ağlabatan
və obyektiv şəkildə əsaslandırılmış olaraq qalır. Bərabərsizliyi düzəltmək
üçün görülən tədbirlərin zamanı və miqyası qeyri-ağlabatan deyildi və bu
sahədə dövlətlərə verilən geniş mülahizə sərbəstliyini aşmırdı.
Dostları ilə paylaş: |