Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


 “Şəxsi” sfera: şəxsi və ailə həyatı



Yüklə 1,45 Mb.
səhifə104/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   100   101   102   103   104   105   106   107   ...   122
3.5.1. “Şəxsi” sfera: şəxsi və ailə həyatı, 

övladlığa götürmə, ev və nikah                     

(Məlumat kitabçasının 91-ci səhifəsi) 

(AİHM, Şerife Yiğit Türkiyəyə qarşı (BP)

(No. 3976/05),  2 noyabr 2010 )

ECtHR, Şerife Yiğit v. Turkey (GC)

(No. 3976/05),  2 November 2010

Ərizəçi 1976-cı ildə dini nikaha daxil olmuşdu. 2002-ci ildə onun əri vəfat

etmişdi.    2003-cü  ildə  ərizəçi,  məhkəməyə  müraciət  edərək,  nikahının

tanınması və qızının ərinin övladı olaraq vətəndaş qeydiyyatına alınmasını

istədi.  Bölgə  məhkəməsi  ikinci  iddianı  təmin  etdi,  amma  nikahla  bağlı

iddianı rədd etdi. Ərizəçi, mərhum ərinin əmək təqaüdünü almaq üçün

əmək  təqaüdü  fonduna  da  müraciət  etdi  və  ərinin  sağlamlıq-sığorta

müavinətinin ona və qızına keçirilməsinin istədi. Müavinətlər, nikah qanuni

sayılmadığı üçün ərizəçiyə deyil, qızına keçirildi. AİHM məhkəməsi qeyd

etdi ki, daxili qanunvericiliyə və məhkəmə praktikasına görə, yalnız Mülki

Məcəlləyə müvafiq şəkildə nikaha daxil olmuş şəxslər mərhum ərin sosial-

sığorta müavinətlərinin varisi ola bilər. Ərizəçi,  partnyorunun hüquqları

əsasında sosial təhlükəsizlik müavinətləri almaq üçün hüquqi mübahisə

qaldıra bilməzdi, çünki vətəndaş nikahını müəyyənləşdirən maddi və rəsmi

şərtlər  və  belə  nikahı  bağlamaq  üçün  qaydalar  dəqiq  idi  və  əlaqədar

şəxslərin üzərinə əlavə öhdəliklər qoymurdu. Bundan başqa, ərizəçinin

vətəndaş nikahına daxil olmaq üçün kifayət qədər uzun vaxtı – iyirmi səkkiz

ili  olmuşdu.  Buna  görə  də,  onun,  vəziyyəti  nizama  salmaq  üçün  etdiyi

cəhdlərin inzibati prosedurların çətinliyi və ya ləngliyinə görə gecikdirilməsi

iddiası  əsaslı  deyildi.  Eləcə  də,  ərizəçi  və  partnyorunun  nikahın  dini

formasına üstünlük verməsi və vətəndaş nikahına daxil olmaması faktı

onun  səmərəli  ailə  həyatı  yaşamasının  qarşısını  alacaq  inzibati  və  ya

cinayət  məsuliyyəti  müəyyən  etmirdi.  8-ci  maddə  dövlətin  üzərinə  dini

nikahı tanıması kimi öhdəlik qoymaq şəklində interpretasiya oluna bilməz,

eləcə də həmin maddə nikahsız cütlüklərin xüsusi kateqoriyası üçün fərqli

rejim müəyyənləşdirməyi tələb etmir. Burdan aydın olur ki, qanuna  mü-

vafiq  olaraq,  ərizəçinin  varislik  statusu  almaması  faktı  8-ci  Maddədə

göstərilən hüquqların pozuntusunu ifadə etmir.

186

Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı





Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin