3.4.2.4. Avropa Konvensiyası rifah və təhsil zəminində
(Məlumat kitabçasının 80-ci səhifəsi)
AİHM, Ponomaryovi Bolqarıstana qarşı
(No. 5335/05), 21 iyun 2011)
(ECtHR, Ponomaryovi v. Bulgaria
(No. 5335/05), 21 June 2011)
Daxili hüquqa görə, yalnız Bolqarıstan vətəndaşları və müəyyən kate-
qoriyaya aid əcnəbilər pulsuz ibtidai və orta təhsil ala bilərdilər. Ərizəçilər
iki Rusiyalı məktəb şagirdi idilər ki, sözü gedən vaxtda daimi yaşamaq
icazələri yox idi və anaları ilə birlikdə Bolqarıstanda yaşayırdılar. AİHM-ə
təqdim etdikləri ərizələrində, onlar Bolqarıstan vətəndaşlarından və daimi
yaşamaq icazəsi olan əcnəbilərdən fərqli olaraq Bolqarıstanda orta təhsil
almaq üçün ödəniş ödəməli olmaqla ayrı-seçkiliyə məruz qaldıqlarından
şikayət edirdilər. AİHM qəbul etdi ki, dövlətin, bir qayda olaraq, öz maliyyə
vəsaitlərinə malik olmayan qısa-müddətli və qeyri-qanuni immiqrantların
resursların məhdud olduğu dövlət xidmətlərindən istifadəsini azalda bilmək
üçün legitim səbəbləri ola bilər. Təhsilin təşkili mürəkkəb və idarəsi baha
başa gələn fəaliyyət olması və dövlətin digər dövlət xidmətlərindən fərqli
olaraq, yuridiksiyası altında olanların təhsil ehtiyaclarını ödəmək və onları
həyata keçirmək üçün malik olduğu məhdud imkanları arasında balans
yaratmalı olmasına baxmayaraq, qeyd olundu ki, təhsil birbaşa Konven-
siya ilə müdafiə olunan hüquqdur. Bu, həm də dövlət xidmətinin çox xü-
susi növüdür ki, yalnız ondan birbaşa istifadə edənlər üçün faydalı olmur,
həm də daha böyük sosial funksiyalara xidmət edir və insan hüquqlarının
inkişafı üçün əvəzedilməzdir. Ərizəçilər ölkəyə qanunsuz daxil olan
fərdlərlə eyni vəziyyətdə deyildilər və pulsuz məktəb də daxil olmaqla,
dövlət xidmətlərindən istifadə etmək imkanına iddia edirdilər. Hətta daimi
yaşamaq icazəsi olmasa belə, hakimiyyət orqanlarının onların
Bolqarıstanda qalmasına qarşı maddi etirazı və ya deportasiya edilmələri
üçün ciddi niyyəti yox idi. Buna görə də, qanunsuz immiqrasiyanın qarşısını
almaq və ya kökünü kəsmək ehtiyacı ilə bağlı mülahizələr aydın şəkildə
ərizəçilərin işinə aid deyildi. Ancaq Bolqarıstan hakimiyyət orqanları bu
amillərdən heç birini nəzərə almırdı, nə də qanunvericilik məktəb üçün
ödənişdən azad edən imkan təmin etmirdi. Buna görə də, işin spesifik
hallarına əsasən, ərizəçilər üçün onların vətəndaşlığını və immiqrant sta-
tusunu nəzərə alaraq orta məktəb üçün ödəniş etmək tələbi əsaslandırılmış
hesab edilmədi.
183
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
|