2.6.4.3. Yaşa görə istisnalar (Məlumat kitabçasının 60-cı səhifəsi)
AİƏM, Gisela Rosenbladt Oellerking Gebäudereinigungsges-ə
qarşı. mbH
İş C-45/09, 12 Oktyabr 2010 (Böyük Palata)
(CJEU, Gisela Rosenbladt v. Oellerking Gebäudereinigungsges.
mbH
Case C-45/09, 12 October 2010 (Grand Chamber))
Alman məhkəmələrindən bu müraciət məcburi təqaüdə çıxmaqla bağlı Aİ
yaşa əsasən ayrı-seçkiliklə bağlı qanunvericiliyinin sərhədlərinin
aydınlaşdırılmasına dair idi. Xanım Rosenbladt ordu kazarmalarını
təmizləyən cavabdeh təmizləmə şirkəti tərəfindən işə götürülmüşdü. 2008-
ci ilin mayında, Xanım Rosenbladtın işəgötürəni ayın sonunda təqaüdə
çıxmaq yaşı, 65 yaşı tamam olacağı üçün ona işinə son verilməsinə dair
məktub göndərdi. Xanım Rosenbladt bunu qəbul etməkdən imtina etdi və
qərardan şikayət etdi. Rəsmi təqaüd yaşına çatdıqda müqavilələrin
dayandırılmasını təmin edən təmizləmə sektoru ilə bağlı kollektiv müqavilə
2004-cü ildə federal nazirlik tərəfindən ümumi tələb olaraq elan olunmuşdu.
Alman məhkəmələri 2000/78/EC Şura Direktivinin implementasiyası fo-
nunda belə təqaüd yaşı müəyyənləşdirən kollektiv müqaviləyə icazə verən
qanunun etibarlı sayılıb-sayılmadığını soruşurdu. Direktiv, yaş da daxil ol-
maqla, iş yerində ayrı-seçkiliyin bütün formalarını qeyri-qanuni sayır və 6-
cı maddə buna istisnaları müəyyən edir.
AİƏM qərara aldı ki, Direktivin 6-cı maddəsinə əsasən, daxili
qanunvericilikdə kollektiv müqavilə ilə təqaüd yaşını müəyyənləşdirmək
mümkün idi. Bu, təmin edirdi ki, işə götürmə siyasətinə görə belə müddəa
obyektiv və ağlabatan şəkildə əsaslandırıla bilən legitim məqsəd daşısın.
Əlavə olaraq, legitim məqsədə çatmaq üçün istifadə olunan yanaşma mü-
vafiq və zəruri olmalıdır. Daxili qanunvericilik kollektiv müqavilə ilə imple-
mentasiya olunduqda müqavilə özü uyğun olmalı və zərurilik baxımından
legitim məqsəd daşımalıdır. Əlavə olaraq, AİƏM bildirdi ki, Almaniyada
179
Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)
təmizlik sektoru ilə bağlı olduğu kimi, üzv dövlət ümumi tələb olaraq kollek-
tiv müqavilə bağlaya bilər. Əgər kollektiv müqavilə əlaqədar şəxsləri yaşa
görə ayrı-seçkiliyə məruz qalmaqdan qorunmaqdan məhrum etsəydi, bu
problem olmazdı.
Dostları ilə paylaş: |