2.6.2. Ümumi müdafiənin bölünməsi
(Məlumat kitabçasının 51-ci səhifəsi)
AİƏM, Marc Michel Josemans Burgemeester van Maastricht-ə qarşı
İş C-137/09, 12 oktyabr 2010
(CJEU, Marc Michel Josemans v. Burgemeester van Maastricht
Case C-137/09, 12 October 2010)
Niderland məhkəməsi xahiş edirdi ki, qeyri-rezidentlərin kofeşoplara girişi
ilə bağlı daxili qaydaların tamamən və ya qismən Müqavilələrin əhatə
dairəsinə düşdüyünə aydınlıq gətirsin. Müraciət xüsusilə mal və xidmətlərin
sərbəst hərəkətinə və ayrı-seçkiliyin qadağan edilməsinə dair idi. Mal və
xidmətlərin sərbəst hərəkəti ilə əlaqədar, müraciət olunan məhkəmədən
qeyri-rezidentlərin kofeşoplara daxil olmasının qadağan olunmasının
narkotik turizminin və bunu müşayiət edən ictimai narahatlığın azaldılması
baxımından müvafiq və proporsional vasitə olub-olmaması soruşulurdu.
Alternativ olaraq, vətəndaşlıq əsasında vətəndaşlara qarşı ayrı-seçkiliyin
qadağan olunmasına dair sual verilirdi. Əgər belədirsə, məhkəmədən
rezidentlər və qeyri-rezidentlər arasında fərqin səbəb olduğu dolayı ayrı-
seçkiliyin əsaslandırılması və əlaqədar qadağanın artıq göstərilmiş
səbəblərə müvafiq və proporsional olması soruşulurdu.
AİƏM bildirdi ki, Aİ-da narkotikin qadağan olunması o deməkdir ki, kofeşop
sahibləri anaşa marketinqi ilə bağlı sərbəst hərəkət etmək azadlığı və ya
azadlığa yol verilməməsi prinsiplərinə əsaslana bilməzlər. Ancaq xidmətlər
təmin etmək azadlığı kofeşoplarda da satılan qida və spirtsiz içkilərə şamil
olunur və kofeşop sahibləri bu kontekstdə TFEU-nun 56-cı maddəsinə
(TEC-in köhnə 49-cu maddəsi) əsaslana bilər. Malın sərbəst hərəkəti qida
və içkilərin sərhədləri keçə bilməməsinə uyğun gəlmirdi. AİƏM TFEU-nun
56-cı maddəsinə nəzərdən keçirdi və belə qərara gəldi ki, yalnız
rezidentlərə kofeşoplara girməyə icazə verən daxili qaydalar dolayı ayrı-
seçkilikdir, belə ki qeyri-rezidentlər daha çox əcnəbilərdir. Ancaq Məhkəmə
müəyyənləşdirdi ki, belə qaydalar şəraitə görə əsaslandırıla bilər. Narkotik
turizmi ilə mübarizə və bununla bağlı ictimai narahatlıq narkotiklərsə qarşı
mübarizənin tərkib hissəsi idi və buna görə də legitim məqsəd idi.
Məhkəmə belə qərara gəldi ki, bu tədbirlər müvafiq və proporsional idi.
Onlar qeyri-rezidentlərin anaşa satmayan bir çox digər kafelərə daxil
olmasının qarşısını almırdı. Əlavə olaraq, narkotik turizmini
məhdudlaşdırmaq üçün digər tədbirlər səmərəsiz idi. AİƏM qəbul etdi ki,
178
Ayrı-seçkilik əleyhinə Avropa hüququ üzrə Məlumat kitabı
qeyri-rezidentlərin kofeşoplara daxil ola bilməsi, amma anaşa ala
bilməməsi kimi sistem praktik olmazdı.
Dostları ilə paylaş: |