Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


AİƏM, Gerhard Fuchs və Peter Köhler  Land Hessen-ə qarşı



Yüklə 1,45 Mb.
səhifə99/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   95   96   97   98   99   100   101   102   ...   122
AİƏM, Gerhard Fuchs və Peter Köhler  Land Hessen-ə qarşı

Birləşdirilmiş işlər C-159/10 və C-160/10, 21 iyul 2011

(CJEU, Gerhard Fuchs and Peter Köhler v. Land Hessen

Joined cases C-159/10 and C-160/10, 21 July 2011)

Almaniyanın daxili qanunvericiliyinə görə, daimi mülki xidmətçilər, hər Tor-

paq (Lander) (ərazi bölgüsü – tərc. qeydi) tərəfindən müəyyənləşdirilmiş

müəyyən yaşa çatdıqda təqaüdə çıxmalıdırlar.  Bu işdə Torpaqlardan biri

məcburi təqaüd yaşını 65 olaraq müəyyən etdi, bir şərtlə ki, mülki xidmətin

maraqlarına uyğun olduqda mülki xidmətçilər maksimum 68 yaşına qədər

işləməyə  davam  edə  bilərdilər.  Alman  məhkəmələri  bu  qaydanın

2000/78/EC direktivinin 6(1)-cı maddəsinə uyğunluğunu soruşurdu. 

AİƏM  bildirdi  ki,  hökumətin  gənc  nəslin  işə  götürülməsi  və  işdə  irəli

çəkilməsini təşviq etmək və kadrların idarə olunmasını təkmilləşdirmək

üçün “balanslı yaş strukturu” yaratması məqsədi legitim siyasi məqsəd

daşıyır. Daha sonra bəyan etdi ki, izlənən məqsədin fonunda 65 yaşda

təqaüdə çıxmağı tələb etmək tədbiri “qeyri-ağlabatan deyildi” və Direktiv

müvafiq və zəruri vasitələrə nail olmaq məqsədinə şərait yaradan tədbirləri

istisna etmir. Üzv dövlətin bu meyarın tələblərini qarşıladığını nümayiş

etdirmək  üçün  verməli  olduğu  məlumatla  bağlı,  Məhkəmə  bildirdi  ki,

tədbirin  müvafiq  və  proporsional  olduğunu  təqdim  olunan  sübutlara

əsaslanaraq və öz məhkəmə prosedurları çərçivəsində  qiymətləndirmək

tam şəkildə millis məhkəməyə aid idi.


Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin