Ayrı-seçkilik әleyhinә Avropa hüququ üzrә mәlumat kitabı


(AİƏM, Rijksdienst voor Pensioenen  Elisabeth Brouwerə qarşı



Yüklə 1,45 Mb.
səhifə106/122
tarix28.12.2021
ölçüsü1,45 Mb.
#15190
1   ...   102   103   104   105   106   107   108   109   ...   122
(AİƏM, Rijksdienst voor Pensioenen  Elisabeth Brouwerə qarşı

İş C-577/08, 29 iyul 2010)

CJEU, Rijksdienst voor Pensioenen v. Elisabeth Brouwer

Case C-577/08, 29 July 2010

Xanım Brouver 1960 və 1998-ci illər ərzində Belçika sakini olsa da Hol-

landiyada  işləmişdi.  İşləməyi  dayandırdıqdan  sonra  o,  65  yaşına  kimi

Belçika  dövlətindən  təqaüd  alacaqdı  və  daha  sonra  bu  öhdəlik  Hol-

187

Yeni məhkəmə işləri (iyul 2010-dekabr 2011)




landiyaya  keçirdi.  Belçika  dövləti  onu  təqaüdlə  təmin  edirdi.  O,  başqa

Avropa  İttifaqı  üzv  dövlətində  işlədiyinə  görə  onun  pulu,  hər  il  dövlət

tərəfindən müəyyənləşdirilən şərti və vahid maaş sistemi ilə hesablanırdı.

1995-ci ilə kimi, şərti maaşların həcmi kiçilirdi və qadınlar üçün fərqli idi.

Xanım Brouver ayrı-seçkiliyin qeyri-qanuniliyinə əsaslanaraq təqaüdünün

həcminə etiraz etdi.  Belçika hökuməti bildirdi ki, fərq obyektiv səbəblərlə

əsaslandırıldığı üçün – real maaşlar fərqli idi və təqaüdün hesablanması da

bunu  əks  etdirməli  idi  –  heç  bir  ayrı-seçkiliyə  yol  verilməmişdi.  Sosial

təhlükəsizlik məsələləri ilə bağlı kişi və qadınlara bərabər davranılması

prinsipini əks etdirən 79/7/EECŞura Direktivi Avropa İttifaqı üzv dövlətləri

tərəfindən 23 dekabr 1984-cü ildən icra olunur. 

Bu  işin AİƏM-ə  gəldiyi  vaxtdan  Belçika  dövləti  qeyri-bərabər  davranışı

qəbul etdi və bunu düzəltmək üçün addımlar atdı. Buna baxmayaraq, AİƏM

bildirdi ki, direktivin icrası üçün son müddətin ardından direktiv sözü gedən

qanunvericiliyi qadağan edirdi. Direktivin icrası üçün son müddətdən əvvəl,

sözü  gedən  qanunvericilik  bərabər  ödəməni  tənzimləyən  müqavilə

müddəalarının  əhatə  dairəsindən  kənar  idi,  ABFM  (TFEU)-nun  157-ci

maddəsi (ABM (TEU)-nin köhnə 151-ci maddəsi). Məhkəmə, həmçinin,

Belçika  dövlətinin  qaydaların  müvəqqəti  tətbiqi  yalnız  borclara  görə

maraqla əlaqədar məhdudlaşdırıla bilər arqumentinə etiraz etdi (Barber

işindəki kimi, C-262/88). O, bildirdi ki, maliyyə mülahizələri öz-özlüyündə

belə məhdudiyyətləri əsaslandıra bilməz. Əlavə olaraq, nəzərə çarpacaq

obyektiv qeyri-müəyyənlik Aİ müddəalarının tətbiqində mövcud olmalıdır.

AİƏM bildirdi ki, bu, araşdırılacaq iş deyildi və  Belçika səlahiyyətli orqanları

maaşlardakı  fərqin  sadə  ayrı-seçkilik  deyil,  obyektiv  amillər  səbəbi  ilə

olması mövqeyini əsaslandırmamalı idi. Nə də Belçika daxili qanunveri-

ciliyin Aİ hüququna uyğunluğunu nümayiş etdirmək üçün o fakta əsaslana

bilməzdi ki, Avropa Komissiyası bunun pozuntu olduğunu bildirməmişdi.




Yüklə 1,45 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   122




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin