AİƏM, ilk olaraq, Aİ-nın kişi və qadınlara bərabər davranılması prinsipini
əks etdirən müddəaları müəyyənləşdirdi. Bir daha bildirdi ki, direktiv qəbul
edilərkən, keçid dövrü olduğu üçün, cinslə bağlı sığorta amillərindən
istifadə olunması sığorta xidmətlərinə dair müddəada geniş əks olunurdu.
Direktivin 5(1)-ci maddəsi təmin edirdi ki, hesablamada cinsin amil kimi
istifadə olunmasından mükafat və imtiyazlarda yaranan fərqlər 21 dekabr
2007-ci ildə ləğv olunsa da, 5(2)-ci maddə Aİ-nin bəzi üzv dövlətlərinə, mü-
nasib və dəqiq sığorta və statistik məlumatlara əsaslanan risklərin
qiymətləndirilməsində cinsdən istifadə həlledici amil olduqda, fərdlərin
mükafat və imtiyazlarında proporsional fərqlərə icazə verirdi. Direktivin dax-
ili hüquqa keçirilməsindən 5 il sonra – 21 dekabr 2012-ci il – Aİ-nin üzv
dövlətlərindən, Direktivin keçid dövründən 3 il sonra ən yeni sığorta və sta-
tistik məlumatları və Komissiya tərəfindən təqdim olunan hesabatı nəzərə
alaraq, istifadə etdikləri bu imtiyazın təkrar qiymətləndirilməsi tələb olundu.
Şura kişilər və qadınlar üçün sığortalanmış riskin səviyyəsinin (statistikaya
əsaslanmış) müxtəlif olduğunu nəzərə alaraq, kişi və qadın
sığortalananların müvafiq hallardakı vəziyyətinin müqayisə oluna
biləcəyinə şübhə ilə yanaşırdı. AİƏM, direktivin kişi və qadınlara bərabər
davranılması prinsipinin tətbiqi məqsədləri üçün kişi və qadınların bənzər
vəziyyətlərdə sığorta mükafatları və imtiyazları üçün bağlanan müqavilənin
müqayisə olunan olması fikrinə əsaslanmasını rədd etdi. Müvafiq olaraq,
5(2)-ci maddənin kişi və qadınlara qarşı bərabər davranılmasından
geriçəkilməyə icazə verməsi bunun qeyri-müəyyən müddətə saxlanılması
riskini yaradırdı. Belə müddəa kişilər və qadınlar arasında bərabər
davranılması məqsədinə nail olunmasının əleyhinə işləyirdi. Məhkəmə mü-
vafiq olaraq belə qərara gəldi ki, müəyyən vaxtın bitməsi sonunda, bu
halda 21 dekabr 2012-ci ildən etibarən 5(2)-ci maddə etibarsız sayılmalıdır.
Dostları ilə paylaş: