Vitaminlər
149. Vitaminin orqanizmdə qismən çatışmazlığı ilə əlaqədar patoloji proseslər necə adlanır?
A) avitaminoz
B) raxit xəstəliyi
C) polivtaminoz
D) polihipovitaminoz
E) hipervitaminoz
150. Hipervitaminoz nədir?
A) vitaminlərlə zəngin olan qida və dərman maddələrinin artıq dozada istifadə edilməsidir
B) mineral maddələrin və vitaminlərin artıq dozada orqanizmə qəbul edilməsi
C) ağır dərəcəli vitamin çatışmazlığıdır
D) yalnız 1 vitamin çatışmazlığıdır
E) vitaminlərlə zəngin olan qida və dərman maddələrinin az bir dozada istifadə edilməsidir
151. Yağda həll olan vitaminlər hansılardır?
A) A, D, E, K
B) D, E, K, C
C) A, PP, B1
D) B1, B2, B6
E) A, D, C
152. Antioksidant xassəyə malik olan vitaminlər hansılardır?
A) A, E, C, P
B) B2, B3, B6
C) B1, B6, B15
D) K, PP
E) yalnız C vitamini
153. Vitaminlər hansı üzvi maddənin tərkibində koferment funksiyasını yerinə yetirir?
A) fermentlərin
B) karbohidratların
C) lipidlərin
D) nuklein turşuların
E) zülalların
154. Orqanizmdə vitaminlərin bioloji rolu hansılardır?
1.genlərin fəaliyyətinə, zülal biosintezinə və hüceyrə inkişafına müsbət təsir edirlər
2.antioksidant xassəyə malikdirlər və fermentlərin aktivliyini yüksəldirlər
3.antioksidant xassəyə malikdirlər və fermentlərin aktivliyinə təsir göstərmirlər
4.mineral maddələrin və aminturşuların biosintezində iştirak edirlər
5.mineral maddələrin, yağların və zülalların biosintezində iştirak edirlər
A) 1,2
B) 1,3
C) 2,3
D) 1,4
E) 4,5
155. Raxit xəstəliyi hansı vitamin çatışmadıqda baş verir?
A) D
B) A
C) E
D) C
E) K
156. Gözün işığı hissetmə qabiliyyətinin tənzimində hansı vitaminin və üzvi maddənin rolu vardır?
A) A vitamini və opsin zülalı
B) K vitamini və riboza
C) E vitamini və kazein zülalı
D) D vitamini və opsin zülalı
E) C vitamini və qlükoza
157. Hansı vitamin çatışmadıqda bədxassəli anemiya xəstəliyi baş verir?
A) B12
B) C
C) A
D) B6
E) PP
158. Qara qarağat, itburnu, yaşıl və qırmızı bibər, kahı, gül kələmi, kartof, portağal kimi meyvə-tərəvəzlər ən çox hansı vitaminlə zəngindir?
A) C
B) B12
C) E
D) PP
E) B1
159. Süd və süd məhsullarında hansı vitaminlər az miqdarda olur?
A) B1,B6
B) A, D
C) A, E
D) C, P
E) K, E
160. Avitaminoz nədir?
A) vitaminlərin çatışmazlığı
B) vitaminlərin artıq olması
C) mineral maddələrin və vitaminlərin çatışmazlığı
D) fermentlərin və vitaminlərin çatışmazlığı
E) hormonların çatışmazlığı
161. Hansı vitaminlər suda həll olur?
A) B, C, P, PP
B) B, A, E, C
C) A, E, D, C
D) A, E, D, K
E) D, K, C
Dostları ilə paylaş: |