Müxtəlif idman növü ilə məşğul olan idmançıların orqanizmində baş verən biokimyəvi dəyişikliklər
162. 100 m. məsafəyə qaçan zaman əzələlər hansı üzvi maddələr hesabına enerji ilə təmin olur?
A) kreatinfosfat, qlikogen
B) ADF, ATF
C) yağlar
D) aminturşular
E) qlükoza, yağ turşuları
163. Əzələ toxumasının əsas enerji substratlarına hansı üzvi maddələr aiddir?
A) qlükoza, aminturşular, yağ turşuları
B) hormonlar,vitaminlər, fermentlər
C) vitaminlər, aminturşular,mineral maddələr
D) qlükoza, aminturşular, mineral maddələr
E) kreatinfosfat, aminturşular,fermentlər
164. İnsan orqanizminin hüceyrəsinin hansı orqanoidində yağ turşularının enerji mübadiləsi baş verir?
A) mitoxondri
B) nüvə
C) mikrosoma
D) ribosom
E) sitoplazma
165. Çox uzaq məsafələrə qaçan idmançıların orqanizmində lipid mübadiləsi necə olur?
A) qanda sərbəst yağ turşuların və keton cisimciklərin miqdarı yüksəlir
B) qanda sərbəst yağ turşuların və keton cisimciklərin miqdarı azalır
C) qanda sərbəst yağ turşuların və fosfatidlərin miqdarı azalır
D) qanda xolesterinin və fosfatidlərin miqdarı çox yüksək olur
E) qanda yalnız sərbəst yağ turşularının miqdarı yüksək olur
166. Üzvi maddələrin enerji mübadiləsinin son məhsulu hansıdır?
A) CO2, H2O
B) CO, H2O
C) NO, H2O
D) NH2, H2O
E) SH, H2O
167. İntensiv əzələ işi zamanı qanda hansı maddənin miqdarı maksimal səviyyəyə çata bilər?
A) süd turşusunun
B) karbon qazının
C) ammonyakin
D) yağ turşularının
E) amin turşularının
168. Yüksək intensivli fiziki işlər zamanı yağların oksidləşməsi hansı kimyəvi prosesə görə az effektlidir?
A) aşağı sürətlə və daha çox oksigen sərf etməklə oksidləşdiyinə görə
B) yüksək sürətlə və daha az yağ turşuları sərf etməklə oksidləşdiyinə görə
C) aşağı sürətlə və daha az oksigen sərf etməklə oksidləşdiyinə görə
D) yalnız karbohidratların oksidləşməsində iştirak etdiyinə görə
E) yağlar parçalandıqda az miqdarda enerji ayrıldığına görə
169. Əzələ işi zamanı biokimyəvi dəyişikliklərin xarakterinə görə fiziki hərəkətlər neçə qrupa bölünür?
A) 3
B) 2
C) 4
D) 5
E) 7
170. Lokal fiziki hərəkətlər zamanı orqanizmdə baş verən biokimyəvi dəyişikliklərin dinamikası necə olur?
A) çox zəif olur
B) maksimal səviyyəyə çatır
C) sabit olur
D) çox yüksək olmur
E) submaksimal səviyyəyə çatır
171. Marafon qaçışından sonra idmançı orqanizmində hansı dəyişikliklər baş vermir?
A) su itkisi az olur
B) bədən çəkisi aşağı düşür
C) su itkisi çox olur
D) bərpa prosesləri 2-3 gün olur
E) sidikdə azotun miqdarı çox olur
Dostları ilə paylaş: |