İdman məşqi prosesində biokimyəvi adaptasiyanın qanunauyğunluqları
172. Əzələ işi zamanı orqanlarda və toxumalarda hansı biokimyəvi dəyişikliklər baş verir?
1.ürək əzələsində aerob reaksiyalar üstünlük təşkil edir
2.ürək toxumasında süd turşusu və piroüzüm turşusunun miqdarı azalır
3.sinir hüceyrələrində makroerqik fosfatın ehtiyatları tükənir
4.ürək əzələsində və sinir toxumasında asidoz halı çox az yaranır
A) 1,3
B) 2,3
C) 1,2
D) 2,4
E) 3,4
173. Dözümlülüyün inkişafı üçün ən çox effektli metodlar hansılardır?
A) uzunmüddətli fasiləsiz fiziki iş və təkrar fasiləli məşq metodları
B) yalnız fasiləli məşq metodları
C) qısamüddətli məşq metodları
D) yalnız uzunmüddətli fasiləsiz fiziki məşq metodları
E) kreatinfosfatın və amin turşuların çox miqdarda qəbul edilməsi
174. İdman məşqi prosesində əldə olunmuş adaptasiyanın effektliyi işin həcminin artmasından asılı olaraq necə dəyişir?
A) azalır
B) çoxalır
C) sabit qalır
D) maksimal şiddətə çatır
E) submaksimal şiddətə çatır
175. Sidiyin qeyri-üzvi maddələrinə hansılar aiddir?
A) ammonium turşfosfat duzları, sulfat turşusunun duzları, bikarbonatlar
B) kreatin, kreatin fosfat, qlükoza fosfat, süd turşusu
C) difosfoqliserin, qliserin-stearat, sulfat turşusunun duzları, amin turşular
D) piroüzüm turşusu, süd turşusu, amin turşular, bikarbonatlar
E) indol, skatol, fenol, krezol, ammonium turşfosfat duzları
176. Qaçış zamanı sidiyin kimyəvi reaksiyası nə üçün qələviliyə doğru dəyişilir?
A) sidik cövhərinin parçalanması və ammonyakın ayrılmasına görə
B) sidikdə süd turşusunun və ammonyakın miqdarı artdığına görə
C) sidikdə amin turşuların miqdarı artdığına görə
D) sidikdə NaCl duzunun miqdarı artdığına görə
E) sidikdə fosfat duzlarının miqdarı artdığına görə
177. Əzələ işindən sonra sidiyin biokimyəvi xüsusiyyətlərinə hansılar aiddir?
1.sidikdə fosfatların miqdarı və kreatinin miqdarı artır
2.əzələ işindən sonra sidikdə ammonyakin miqdarı artır
3.əzələ işindən sonra sidikdə kreatinin miqdarı azalır
4.ammonyakın miqdarı azalır, fosfatların miqdarı isə artır
5.azotlu maddələrin miqdarı həmişə sabit qalır
A) 1,2
B) 1,3
C) 3,4
D) 1,4
E) 2,4
178. Çox uzaq məsafələrə qaçışın biokimyəvi xüsusiyyətlərinə hansılar aiddir?
A) böyük enerji və su itkisinin itirilməsi
B) yüksək enerji ehtiyatının toplanması
C) qanda şəkərin miqdarının həmişə yüksək olması
D) O2 borcunun və ATF-in çoxalması
E) qanda insulin hormonunun çoxalması
179. İdman oyunları növünün ən xarakterik biokimyəvi xüsusiyyətləri hansıdır?
A) orqanizmdə suyun itirilməsi və onunla bağlı çəkinin azalması
B) az miqdarda enerji itkisinin baş verməsi
C) maddələr mübadiləsinin zəifləməsi
D) qeyri-emosional şəraitdə adrenalin hormonunun miqdarının artması
E) O2 borcunun olmaması və ATF-in miqdarının artması
180. Uzunmüddətli idman məşqi zamanı enerji mənbəyi kimi hansı maddələr səfərbər olunur?
A) sərbəst yağ turşuları, keton cisimcikləri
B) yalnız sərbəst yağ turşuları
C) fosfat turşusu, yağ turşuları
D) piroüzüm turşusu
E) süd turşusu
181. Güləş idman növünün biokimyəvi xüsusiyyətlərinə hansılar aiddir?
1.anaerob və aerob oksidləşmə prosesləri daima bir-birini əvəz edir
2.qanda süd turşusunun miqdarı çox az olması
3.qanda adrenalinin və şəkərin miqdarı yüksək olur
4.qanda insulinin miqdarının yüksək olması
A) 1
B) 2
C) 3
D) 1,2
E) 2,4
Dostları ilə paylaş: |