Fermentlər və hormonlar
131. Fermentlər haqqında səhv olan ifadəni göstərin?
A) fermentlər lipid tərkibli üzvü maddələrdir
B) kimyəvi reaksiyalarda katalizator rolunun oynayırlar
C) bioloji oksidləşmə fermentləri dissimilyasiya proseslərinin əsasını təşkil edir
D) fermentlərin temperaturun dəyişilməsinə qarşı aslılığı termolabillik adlanır
E) fermentlər zülal təbiətli üzvi maddələrdir
132. Ağız suyunda hansı fermentlər vardır?
A) amilaza, maltaza
B) amilaza, saxaroza
C) maltaza, saxaroza
D) amiloza, maltoza
E) yalnız amilaza
133. Kimyəvi elementlərdən hansı katalaza fermentinin tərkibində koferment rolunu oynayır?
A) Fe2+
B) Mn2+
C) Zn2+
D) Mg2+
E) Xr3+
134. Qeyri-üzvi katalizatorlardan fərqli olaraq fermentlər hansı spesifikliyə malikdir?
A) hər bir ferment yalnız bir kimyəvi reaksiyanı kataliz edir
B) hər bir ferment bir çox kimyəvi reaksiyaları kataliz edir
C) fermentlər yalnız zülal tərkibli üzvü maddələri kataliz edir
D) fermentlər yalnız lipid mənşəli üzvü maddələri kataliz edir
E) bioloji aktivliyə malik deyildir
135. Hansı ferment öz aktivliyini 1000 s temperaturda itirmir?
A) miokinaza
B) laktatdehidrogenaza
C) ureaza
D) katalaza
E) pepsin
136. Hansı ferment 0-100S temperaturda aktivlik göstərir?
A) katalaza
B) sitoxromoksidaza
C) miokinaza
D) alkaqoldehidrogenaza
E) ureaza
137. Bu fermentlərdən hansı mədədə zülallara təsir göstərir?
A) pepsin
B) aminopeptidaza
C) ximotripsin
D) tripsin
E) karboksipeptidaza
138. Hormonlar haqqında səhv olan ifadələri göstərin?
A) yalnız sintez olunduğu vəzilərin funksiyasını tənzim edirlər
B) əsasən zülal təbiətli üzvü maddələrdən sintez olunurlar
C) sintez olunduqları yerdən kənarda orqanizmin müxtəlif üzvlərinə təsir göstərirlər
D) xüsusi üzv və toxumalarda hazırlanaraq qana ifraz edilən fizioloji aktiv maddələrdir
E) hormonların fəaliyyəti sinir sistemindən asılıdır
139. Steroid tərkibli hormonlar hansılardır?
A) adrogenlər və estrogenlər
B) boy artımı hormonu və kalsitonin
C) adrenalin və noradrenalin
D) oksitosin və vazopressin
E) insulin və qlükaqon
140. Hormonların təsir mexanizminə hansı aid deyildir?
A) mineral maddələrin və vitaminlərin sintezində iştirak edir
B) fermentlərin zülali hissəsinin əmələ gəlməsini tənzim edir
C) genetik aparata təsir göstərməklə fermentlərin sintezini tənzim edir
D) fermentlərin koferment kompleksinin yaranmasını tənzim edir
E) hüceyrə membranlarından müəyyən maddələrin keçməsini tənzim edir
141. Hansı hormon qanda qlükozanın miqdarını aşağı salır?
A) insulin
B) adrenalin
C) parathormon
D) AHTH
E) vazopressin
142. Hansı xəstəlik zamanı hiperqlikemiya müşahidə olunur?
A) şəkərli diabet
B) bazedov xəstəliyi
C) addison xəstəliyi
D) qirke xəstəliyi
E) fenolketonuriya
143. Hansı hormonlar zülalların əzələ toxumasında parçalanmasını gücləndirir?
A) qlükokortikoidlər
B) vazopressin, somatotropin
C) insulin, somatostatin
D) adrenalin, noradrenalin
E) vazopressin, oksitosin
144. Aşağıda verilən ifadələrdən hansılar düzgündür?
1.uzunmüddətli işlərin icrası zamanı katexolaminlərin mübadiləsi intensivləşir, məşq zamanı isə azalır
2.yüksək intensivli fiziki yükün təsiri altında qanda insulin hormonunun miqdarı artır, məşq zamanı isə aşağı enir
3.qanda qlükaqonun miqdarı tədricən artaraq işin sonunda maksimum səviyyəyə çatır
4.yüksək intensivli fiziki yükün təsiri altında qanda insulin hormonunun miqdarı sabit qalır
5.fiziki yükün təsiri altında qanda qlükaqon hormonunun miqdarı aşağı səviyyədə olur
A) 1,3
B) 1,2
C) 2,3
D) 2,5
E) 4,5
145. Qısamüddətli işin icrası zamanı hormonların ifrazı prosesi necə olur?
A) sürətlənir
B) zəifləyir
C) sabit qalır
D) maksimal səviyyəyə çatır
E) sintez olmur
146. Uzunmüddətli işlərin icrası zamanı hormonların ifrazı prosesi necə olur?
A) zəifləyir
B) sürətlənir
C) maksimal səviyyəyə çatır
D) submaksimal səviyyəyə çatır
E) sabit qalır
147. Əzələ işi zamanı qanda insulin hormonu necə dəyişir?
A) aşağı enir
B) artır
C) dəyişmir
D) çox yuxarı qalxmır
E) maksimal səviyyədə olur
148. İntensiv əzələ işi zamanı qanın tərkibində hansı hormonun azalması müşahidə edilir?
A) insulin
B) vazopressin
C) noradrenalin
D) qlükaqon
E) heç biri
Dostları ilə paylaş: |