Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə26/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   22   23   24   25   26   27   28   29   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

xəbər

mübtəda



Mübtədanın olmadığı cümlələr ( qeyri-müəyyən şəxsli, ümumi şəxsli, şəxssiz və s. cümlələr) xəbər, xəbərin olmadığı cümlələr ( adlıq cümlə) isə mübtəda əsasında qurulur.

Tamamlıq, bir qayda olaraq, mübtədadan sonra, xəbərdən əvvəl gəlir:



mübtəda

xəbər

tamamlıq

Zərfliyin müxtəlif növləri mövcud olduğundan onun cümlədəki yeri də müxtəlifdir. Tərzi-hərəkət zərfliyi feili xəbərdən bilavasitə, əvvəl gəlir, zaman və yer zərflikləri isə sərbəstdir: cümlənin həm əvvəlində, həm ortasında, həm də sonunda işlənə bilər. Təyinin stabil yeri isə təyin etdiyi üzvün önüdür. Və Azərbaycan dili cümləsinin belə bir ideal sxemini təsəvvür etmək mümkündür:

zərflik + mübtəda + tamamlıq + xəbər + zərflik

+ + +

təyin təyin təyin



Cümlədə həmcins üzvlərin iştirakı da müəyyən sintaktik yük daşıyır ki, onların xarakterik xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

a) Həmcins üzvlər cümlədə eyni sintaktik vəzifədə, yəni eyni cümlə üzvü rolunda çıxış edir.

b) Həmcins üzvlər bir-biri ilə ya tabesizlik (bitişdirmə, bölüşdürmə, qarşılıq) bağlayıcıları, ya da sadalama (birləşdirici, bölüşdürücü, qarşılaşdırma intonasiya ilə) bağlanır.

c) Həmcins üzvlər özləri üçün ümumi (müştərək) olan hər hansı bir cümlə üzvü ilə eyni sintaktik əlaqə və məna münasibətində olduğu üçün nəticədə, əsasən, eyni ifadə vasitəsinə və eyni şəklə malik olub, eyni suala cavab verir.

ç) Həmcins üzvlər ikidən az olmamaqla, qeyri-məhdud kəmiyyətə malik olur.

Cümlənin strukturuna eyni zamanda qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan nitq vahidləri (xitablar, ara sözlər, ara cümlələr və s.) də daxildir.

Azərbaycan dilinin sintaktik normasında mühüm yer tutan (və daha çox yazılı nitqdə işlənən) hadisələrdən biri də mürəkkən cümlələrdir.

Mürəkkəb cümlələr a) tabesiz və b) tabeli olmaqla iki yerə bölünür.



Mürəkkəb cümlələr Azərbaycan dilində həm diferensial şəkildə, həm də daha mürəkkəb strukturlar yaradaraq işlənir. Hər bir dildə olduğu kimi Azərbaycan dilində də nitqin ən böyük, ali vahidi mətndir. Və mətnin ən sadə, ən ümumi forması sintaktik bütöv hesab olunur.Əlbəttə, nitq mədəniyyəti baxımından mətn anlayışının çox böyük önəmi ondadır ki, danışan və ya yazan şəxs öz fikrini, hər şeydən əvvəl, müəyyən nitq periodları vasitəsilə ifadə edir. Bu isə o deməkdir ki, ümumən nitqin keyfiyyəti özünü ən aydın şəkildə məhz həmin periodlarda göstərir.


Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin