3. Nöqtəli vergül: İki fikir arasında aydınlaşdırma bildirən tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında: - Qar hər tərəfə səpələnirdi; hətta eyvanlardan boylanan uşaqların üstünə də yağırdı.
4. Defis: a) Mürəkkəb sözlərin tərəfləri arasında: ətli-canlı, ağlıqaralı, gözəl-göyçək, səhər-səhər və s. b) Mürəkkəb qısaltmalarla şəkilçilərin arasında: ABŞ-da; AŞPA-nı; BDU-ya və s. c) Sıra sayları rəqəmlə yazıldıqda: 2-ci, 10-cu və s. ç) İzafət tərkiblərində: tərcümeyi-hal, tərzi-hərəkət, şəbihicran və s. d) Əks, kontr, qeyd, qeyri, vitse, eks sözlərindən sonra: qeyd-şərtsiz, qeyri-qanuni, əks-fənd, eks-çempion, kontr-admiral, vitse- prezident və s.
Qeyd. Defis işarəsi bəzən durğu işarələri sırasına daxil edilsə də, işlənilmə məqamına, mahiyyətinə görə daha çox orfoqrafik işarədir. Durğu işarələrində məzmun daha çox istiqamətləndirici mahiyyət daşıdığı halda, defis işarəsi sözün quruluş vahidlərinin yazıya köçürülməsi ilə bağlı olan şərti qrafik mahiyyətli bir işarədir.
5. Tire: a) Cümlə üzvünün əlavəsindən əvvəl: - Onun oxuduğu ali məktəb - universitet burada yerləşir. b) Qarşılaşdırılan sözlərdən birincisindən sonra: Əsirlər - qocalar, cavanlar, yeniyetmələr kədərli idilər. c) Həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözdən sonra: - Onlar hər şeydən - ailədən, işdən, məhəbbətdən danışdılar. ç) Həmcins üzvlərdən sonra gələn ümumiləşdirici sözdən əvvəl: - Bu bizə atamdan, atamın atasından, babamdan – ulularımızdan yadigar qalmışdır. d) Nəzərə çarpdırılan məntiqi vurğulu sözdən sonra: - Şair, sən şahın hüzurundasan? - Bunu sənsiz belə bilirəm, inan! e) Dialoqlarda replikalardan əvvəl: - Hə, muştuluq mənə nə verəcəksən? - Nəyim var ki, nə verim?! - Boyun ol, gələcəkdə verərsən. ə) Vasitəsiz nitqdə müəllif sözündən əvvəl və sonra: Bunu, - Əli dedi- buradan niyə götürməmisiniz? Şagirdlər və tələbələr defis işarəsi ilə tireni qarışdırırlar. Defis mürəkkəb sözlərin arasında qoyulur, tire isə iki ölkə, şəhər, coğrafi məkan, vaxt, zaman arasındakı əlaqə və münasibətləri göstərməyə xidmət edən işarədir. Məsələn: AzərbaycanRusiya ticarət müqaviləsi, Rusiya-İran müharibələri, Bakı-Gəncə qatarı, Bakı-İstanbul reysi, Kür-Araz ovalığı, Samur-Dəvəçi kanalı, 2015-2020-ci illər və s. Bunlar mürəkkəb sözlər olmadığından arada tire işarəsi qoyulur, diqqətə çatdırılmaq üçün tələffüzdə fasilə ilə ayrılır.
6. İki nöqtə: a) ümumiləşdirici sözdən sonra:- Etnik azlıqlara: ləzgilərə, saxurlara, talışlara, kürdlərə, laklara öz ana dillərində məktəb açmağa icazə verilmişdir. b) "məsələn" və onun ixtisar şəklindən ("məs.") sonra: - Belə cavab vermək lazımdır. Məsələn: Müəllim, zəhmət olmasa, mənə də söz verin. c) Dialoqlarda: Əhməd: Vaqif məşqdə olmuşdu. ç) Vasitəsiz nitqdən əvvəl: Dedim: hər baxışda, ey sənəm nədən, Qəlbimə vurursan qəmzə oxun sən, Söylədi: "Bu təsir özgə yerdəndir, Vallah, özümdən də xəbərsizəm mən".
7. Üç nöqtə: Bədii əsərlərdə üslubi priyom kimi işlədilir. Belə cümlələrdə intonasiya sona qədər deyilməmiş fikrin məzmununu açır, onun emosional gərginliyini daha da artırır. Sözü kəsib cümləni yarımçıq saxlamaq qüvvətli təsir yaradır. a) Fikrin bitmədiyini bildirmək məqsədilə cümlənin sonunda: Onlar getdilər… getdilər… b) Yüksək hiss-həyəcanla deyilib özündən sonrakı sözdən müəyyən fasilələrlə ayrılan xitabdan sonra. - Eh, ay ana… Məndə o bəxt hanı?... c) Dialoqlarda müsahib cavab vermədikdə: - Sizə gəlimmi?... Deyəsən, eşitmədin?... Deyirsən, bundan sonra daha nə gəlmək?! Üç nöqtə sadalanan müəyyən fikirlər arasında da qoyulur: İnsan ölür..., ev bağlanır..., tarla yanır..., ocaq sönür (S.Vurğun)
Dostları ilə paylaş: |