Akt
Bakı şəhəri 5 may 2014-cü il
Biz, aşağıda imza edənlər Bakı Dövlət Universiteti kitabxanasının müdiri H.D.Həsənova, kitabxanaçılar: Ə.Z.Əliyeva və M.R.Qafarova bu aktı tərtib edirik ondan ötrü ki, 10 aprel 2014-cü il tarixdə kitabxana üçün 1000 (min) manat məbləğində 29 (iyirmi doqquz) adda 150 (yüz əlli) ədəd bədii kitab almışıq.
Kitablar yoxlanılarkən 20 (iyirmi) ədəd kitabda nəşriyyat qüsurları müəyyən edilmişdir.
Kitabxana müdiri: H.D.Həsənova
Kitabxanaçılar: Ə.Z.Əliyeva
M.R.Qafarova
2. ANNOTASİYA. Annotasiya latınca "annotamik" sözündən olub "qeyd aparmaq", "əlavə etmək" deməkdir.
a) Annotasiyanın mahiyyəti hər hansı bədii və ya elmi əsər, eləcə də dərslik, dərs vəsaiti, məqalə, tamaşa və s. haqqında qabaqcadan müəllifin və ya işə məsul şəxsin məlumatını, işin məzmununu qısa şəkildə şərh etməkdir.
b) Annotasiyanın məzmunu hissəsində əsərin müəllifi, janrı, həcmi, məzmunu haqqında məlumat verilir. Annotasiyada əsərə (kitaba) qısaca rəy də verilə bilər.
c) Forması. Vərəqin ortasında annotasiya sözü yazılır, ondan aşağıda müəllifin adı, atasının adı və soyadı göstərilir. Sonrakı sətirdə əsərin mövzusu, nəşriyyatın adı, nəşr ili, həcmi göstərilir.
Nümunə:
Annotasiya
Abdullayev Nadir Əziz oğlu. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013, səh.
Vəsait nitq mədəniyyətinin əsasları, problemin tədqiqi tarixi və nitq mədəniyyətinə yiyələnməyin əhəmiyyətindən danışılır, mədəni nitqə verilən tələblər, şərtlər, nitqin ifadəliliyini təmin edən vasitələr və s. yığcam şəkildə şərh olunur. Burada, həmçinin, nəzakətli danışmaq savadlı və mədəni adamın başlıca keyfiyyəti kimi qiymətləndirilir. Bu baxımdan nitqin etik normaları ilə bağlı bir sıra fikirlər, mülahizələr söylənilir, həyati faktlar, nümunələr gətirilir. Vəsaitdə yeri gəldikcə mədəni nitqə yiyələnməyin üsulları, yolları göstərilir, natiqlərə, mühazirəçilərə, müəllimlərə, söz sənəti ilə məşğul olan mütəxəssislərə və başqalarına məsləhətlər verilir. Vəsait ali məktəb tələbələri, nitq mədəniyyəti və natiqlik sənəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
3. ARAYIŞ. İdarə, məktəb, ictimai təşkilat və s. tərəfindən müəyyən bir şəxsin kim olduğunu və eləcə də digər faktları təsdiq etmək üçün verilən əməli yazı növüdür. Arayışda aşağıdakılar olmalıdır: sol tərəfin üst küncündə idarənin ştampı, ortada sərlövhə, məzmun, arayışı təsdiq edən idarə rəhbərinin imzası və möhürü.
Nümunə:
Dostları ilə paylaş: |