Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə74/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   70   71   72   73   74   75   76   77   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

Azərbaycan Dövlət Neft və Sənaye

Universitetinin Qaz-Neft Mədən fakültəsinin

dekanı, professor Qafar İsmayılova

245.19 qrup tələbəsi Nüsrət Kərimovdan
Ərizə

2020-ci il mayın 15-də ailəmiz yeni mənzilə köçəcəkdir. Həmin gün mənə icazə verməyinizi Sizdən xahiş edirəm.

imza: N.Q.Kərimov

07.05.2020


7. XASİYYƏTNAMƏ. "Xasiyyətnamə" ərəb mənşəli "xasiyyət" və fars mənşəli "namə" (məktub, kağız) sözlərinin birləşməsindən əmələ gəlmişdir, bir şəxsə, bir şeyə məxsus hal, xüsusiyyət mənasındadır. Bu sənəddə bir adamın xüsusiyyətləri, ictimai və əmək fəaliyyəti, kollektivdəki yeri haqqında ətraflı məlumat verilir. Məktəb illərində şagird məsul vəzifəyə məsləhət görüldükdə, başqa məktəbə oxumağa köçürüləndə, orta məktəbi qurtarıb ali məktəbə təhsil almağa gedəndə, sonralar işə, müəyyən vəzifəyə seçildikdə ona oxuduğu və ya iş yerindən xasiyyətnamə tələb olunur. Xasiyyətnaməyə verilən tələblər bunlardır:

Nümunə:


Xasiyyətnamə

Verilir 2001-ci il noyabr ayının 30-da Bakı şəhərində anadan olmuş, azərbaycanlı, orta təhsilli, bitərəf Əyyub Etibar oğlu Pirverdiyevə. Pirverdiyev Əyyub Etibar oğlu 2018-2019-cu tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə daxil olmuş, I kursun kredit ballarını vaxtında yüksək səviyyədə toplamış və hazırda II kursda (qrup 239.18) oxuyur. Bu müddət ərzində özünü tərbiyəli, ünsiyyətli və nəzakətli bir tələbə kimi göstərmiş, dərin bilik nümayiş etdirərək tələbə yoldaşlarının və professor-müəllim heyətinin dərin rəğbətini qazanmışdır. O özünün intizamı ilə həmişə yoldaşlarına nümunə olmuş, heç vaxt dərslərə gecikməmiş və üzürsüz səbəbdən dərs buraxmamışdır. Qrupun nümayəndəsi kimi kollektivin ictimai həyatında da fəal iştirak edir, dekanlıqla və tələbə həmkarlar ittifaqı ilə əlbir işləməyi xoşlayır. Milli vətənpərvərlik mövzusunda hazırladığı məruzə (elmi rəhbəri professor Məmməd Nəsrullayev) tələbələrin illik praktik konfransında birinci yerə layiq görülmüş, məruzənin tezisi nəşr olunmaq üçün Akademiyanın elmi hissəsinə götürülmüşdür. Pirverdiyev indiyə qədər heç bir inzibati cəza almamışdır. Xasiyyətnamə ............. şöbəsinə təqdim edilmək üçün verilir.

"Qaz-Neft Mədən" fakültəsinin dekanı: (imza) A.A.S.

Azərbaycan Dövlət Neft və Sənaye

Universitetin Tələbə Həmkarlar İttifaqı

Komitəsinin sədri: (imza) A.A.S.

26.02.2020

8. HESABAT. "Hesabat" ərəbcə "hesab" sözünün cəmi olmaqla müəyyən tapşırığın yerinə yetirilməsi və ya görülmüş işin nəticəsi haqqında məsul şəxsə, təşkilata yazılı və ya şifahi şəkildə verilən rəsmi məlumatdır. Hesabat inandırıcı olmalı, faktlar və rəqəmlər dəqiq göstərilməlidir. Hesabatın əvvəlində onu yazan şəxsin (kollekivin, təşkilatın) kimliyi haqqında qısa məlumat qeyd edilir, altındakı sətrin ortasında böyük hərflərlə "hesabat" sözü yazılır, sonrakı sətirdə abzasdan hesabatın mətni verilir. Mətndən sonra imza qoyulur və tərtib edildiyi tarix göstərilir.

Nümunə:


“Hava Nəqliyyatı” fakültəsinin I kurs, 652.19 qrup nümayəndəsi Nərgiz Məmmədovanın dərs ilinin ikinci yarısında gördüyü işlərə aid

hesabatı

Qrupumuzda on iki tələbə var. Onlardan 3 nəfəri əlaçı, 4 nəfər “dörd” və “beş”lə, 5-i isə zəif oxuyur. Həsən Səfərov, Arif Dadaşov və Qurban Nağıyev dərs ilinin ikinci yarısında “Azərbaycan dili və nitq mədəniyyəti” fənnindən “2” qiymət almışlar. Rasim Ağalarov və Fidan Qasımova onları hazırlaşdırmağa söz vermişlər.

Dərs ilinin ikinci yarısında qrupumuzun tələbələri 2 dəfə ekskursiyada olmuşlar. Fevralın 26-da Şəhidlər xiyabanında şəhidlərin qəbri üstə gül dəstələri qoymuşlar. Dekanımızın göstərişi və təşkilatçılığı ilə Quba rayonunda olmuş və oranın tarixi yerlərini gəzmişik. İkinci yarımil ərzində qrupumuzun dərsə davamiyyəti yüksək səviy­yə­də olmuşdur. Qrup iclasları vaxtlı-vaxtında keçirilmişdir.


Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin