MÖVZU 23
MƏDƏNİ NİTQƏ VERİLƏN TƏLƏBLƏR
Təkcə dilin qrammatik qaydaları və tələffüz normalarını bilməklə nümunəvi nitqə yiyələnmək olmaz. Çünki bunlar şifahi və yazılı nitqə verilən birinci tələb və nitq mədəniyyətinin ilk pilləsi hesab olunur. Yüksək səviyyəli nitq dedikdə, ilk növbədə, təsirli, aydın, ifadəli və kütləvi nitq nəzərdə tutulur. Sözlərin formaca düzgün qurulmasına baxmayaraq, oradakı fikirlər aydın, dəqiq və ifadəli olmaya da bilər.
Belə bir fikirlə razılaşmalıyıq ki, nitq mədəniyyətinin əsas şərti düzgünlükdür. Biz burada hər şeydən əvvəl, nitqin hazırkı dövrümüzdə qəbul olunmuş əbədi dil normalarına uyğun gəlməsini, orfoepiya, orfoqrafiya, qrammatik və leksik normalardan həm sərbəst, həm də bacarıqla istifadə edə bilməyi nəzərdə tuturuq. Bununla belə qrammatika yaxşı danışmağı öyrətmir, çünki düzgün danışmaq və yaxşı danışmaq tamamilə ayrı-ayrı anlayışlardır. Yəni düzgün hesab edilən hər bir nitq tam mədəni sayıla bilməz, bunun üçün başqa şərtlərə də əməl etmək lazımdır. Bu şərtlər aşağıdakılardır:
Dostları ilə paylaş: |