S ə d r: (imza) R.Babaxanov
K a t i b: (imza) H.Hacıyeva
11. RƏY. "Rəy" ərəb sözü olub bir şey – əsər, tamaşa, konsert, kinofilm və s. haqqında fikir, mülahizə söyləməkdir. Rəyin yazılmasına verilən tələblər:
1. Rəyin başlığında onun nəyə və ya kimə verilməsi göstərilir;
2. Başlıq hissənin altında ortada böyük hərflə "Rəy" sözü yazılır;
3. Yeni sətirdən rəyin ümumi məzmunu şərh olunur. Haqqında rəy yazılan şey, hadisə, fakt təhlil olunur, onun müsbət və çatışmayan cəhətləri göstərilir;
4. Rəyin müəllifi müəyyən nəticəyə gələrək öz təklif və tövsiyələrini bildirir;
5. Rəy tamamlandıqdan sonra rəyçi imzasını qoyur, ardınca adını və soyadını, titulunu qeyd edir;
6. Rəyçi imzasının altından ayın tarixini bütöv şəkildə yazır.
Nümunə:
Dostları ilə paylaş: |