Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə77/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   73   74   75   76   77   78   79   80   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

Gündəlik məsələ:

Azərbaycan Respublikasında təhsil islahatlarının həyata keçirilməsində valideynlərin vəzifələri.



Dinlənildi:

Məsələ haqqında məktəb şurasının sədri H.Quliyev məruzə etdi (Məruzənin mətni protokola əlavə olunur).



Çıxışlar:

1. T.Mahmudov - valideyn komitəsinin sədri: məruzədə təhsil islahatlarının mahiyyəti, məzmunu, əsas istiqamətləri ətraflı şərh edildi. Bu işdə valideynlərin üzərinə mühüm vəzifələr düşür. Biz uşaqların ailədə tərbiyəsi ilə ciddi məşğul olmalı, məktəb ümumxalq köməyinin təşkilində fəallıq göstərməli, bunun üçün bütün imkanlardan istifadə etməliyik.

2. Z.Məmmədov – məktəbin direktoru: islahat uzunmüddətli proqramdır. Müasir dövrdə təlim-tərbiyə şagirdlərin və valideynlərin tələbatına müvafiq şəkildə yerli şərait və milli xüsusiyyətlər nəzərə alınmaqla qurulmalıdır. Əhali arasında pedaqoji təbliğatı, valideynlərin maariflənməsi işini yüksəltmək üçün müəllim və tərbiyəçilər ailələrlə ciddi iş aparmalıdırlar.

3. Q.Tahirov – polis sahə müvəkkili: uşaqların tərbiyəsində valideynin rolu böyükdür. Buna görə də islahatın həyata keçirilməsində ailə ön plana çəkilir. Bu işdə məktəb, ictimaiyyət, mənzil istismar idarələri, əmək kollektivləri ailə ilə bağlı fəaliyyət göstərməlidirlər.



Q ə r a r :

1. Azərbaycan Respublikasında təhsil islahatının həyata keçirilməsində valideynlərin fəaliyyəti ilə əlaqədar tədbirlər planı təsdiq edilsin.

2. Uşaqların tərbiyəsində ailənin rolunun yüksəldiyi indiki şəraitdə valideynlərin məsuliyyəti artırılsın.

3. Mənzil istismar kontoru, polis sahə müvəkkilliyinin əməkdaşları yaşayış yerlərində uşaq, yeniyetmə və gənclərin tərbiyəsi, onların asudə vaxtının səmərəli təşkili işində ailələrlə birgə tədbirlər həyata keçirsinlər.

4. Ailələrlə işin canlandırılması, valideynlərin pedaqoji cəhətdən maariflənməsi, onlara metodik köməyin gücləndirilməsi pedaqoji kollektivdən tələb edilsin.

5. Qərarla əlaqədar görülən işlər barədə valideyn komitəsinin sədri T.Mahmudovun məlumatı dinlənilsin.

6. Qərarın icrasına nəzarət məktəb şurasına (H.Quliyeva) və məktəb rəhbərliyinə (Z.Məmmədova) tapşırılsın.


Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin