Azərb. DBTİA-nın "İdman oyun növləri"
fakültəsinin magistrantı Hüseynov Hüseyn Əlihüseyn oğlunun
"Gənc futbolçularda maksimal aerob dözümlülüyün tədqiqi"
mövzusunda yazdığı magistr dissertasiyasına
Rəy
Gənc futbolçularda təkcə texniki və taktiki fəndlərin təkmilləşdirilməsi məsələsi deyil, eləcə də futbolçuların aerob 371 dözümlülüyü məsələsi bu gün bütün aktuallığı ilə bu sahənin mütəxəssislərini maraqlandırır. Magistraturanı qurtarmaq ərəfəsində olan H.Hüseynov Akademiyanın futbol komandasının oyunçusu kimi çoxillik oyun təcrübəsinə istinad etməklə maraqlı mülahizələrlə dissertasiya işini bitirmişdir. Dissertasiya giriş, iki fəsil, nəticə və istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir. Girişdə dissertasiya işinin məqsəd və vəzifələri qeyd edilmişdir. Birinci fəsildə əzələlərdə ATF resintezinin anaerob və aerob yolla baş verməsi məsələləri işıqlandırılır. Təqəllus edən əzələdə üç energetik sistemin iştirak etdiyi göstərilir. İkinci fəsildə magistrant qeyd edir ki, uzun müddətli və zəif şiddətli işdə əzələlərin oksigen tələbi tam ödənilir. Lazım olan enerji sulu karbonların və yağların oksidləşməsi nəticəsində alınır. İşin şiddəti artdıqca yağların oksidləşməsi nəticəsində alınan enerjinin istehsalına ehtiyac azalır. Magistrant gəldiyi nəticələri qısa şəkildə xülasə etmişdir. Dissertasiya magistrantın tədqiq etdiyi mövzunu yaxşı başa düşdüyünü göstərir. Yüksək səviyyədə yerinə yetirilmiş dissertasiya işini müdafiəyə buraxmaq olar.
Rəyçi: (imza) Əliyev S.A.
"Ümumi və idman fiziologiyası" kafedrasının dosenti, biologiya elmləri namizədi 26 aprel 2017-ci il
12. TƏQDİMAT. "Təqdimat" ərəb mənşəli "təqdim" sözünün cəm formasıdır. Təqdimatda yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırmaq, ona müraciət etmək, kiməsə mükafat və ya müəyyən vəzifə vermək nəzərdə tutulur.
Nümunə:
Dostları ilə paylaş: |