Azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ MÖvzu 1 azərbaycan diLİ VƏ Nİtq məDƏNİYYƏTİ FƏNNİNİN Əsaslari azərbaycan dilinin təşəkkülü tarixindən



Yüklə 209,49 Kb.
səhifə81/99
tarix02.01.2022
ölçüsü209,49 Kb.
#42010
1   ...   77   78   79   80   81   82   83   84   ...   99
C fakepathAz rbaycan dili v nitq m d niyy ti 2020

14.TƏRCÜMEYİ-HAL (AVTOBİOQRAFİYA). "Tərcümeyi-hal" ərəbcə "tərci" (geri çevirmə, təkrar etmə) və hal (surət, vəziyyət) sözlərinin birləşməsindən düzəlmişdir. Tərcümeyi-hal şəxsin öz əli ilə həyatını ətraflı təsvir etməsi, özü haqqında tam məlumat verməsidir. Tərcümeyi-halda şəxs özünün keçdiyi həyat yolunu əks etdirməklə bərabər, ata və anası, ailə üzvləri haqqında da məlumat verir. Tərcümeyi-hala verilən tələblər:

1. Tərcümeyi-hal sözü başlıq kimi vərəqin yuxarı hissəsində ortada yazılır;

2. Tərcümeyi-halda şəxs adını, atasının adını, soyadını, doğulduğu gün, ay, ili və yeri (şəhər, rayon, kənd) şəxsiyyət vəsiqəsində olduğu kimi dəqiq göstərir;

3. Məktəbdə oxuduğu dövrdə apardığı ictimai işləri və nailiyyətləri ardıcıl sadalayır.

4. Ailə üzvləri haqqında qısa məlumat verir;

5. Tərcümeyi-hal şəxsin öz xətti ilə yazılır, sonda şəxsi imza qoyulur və altında yazılma tarixi göstərilir;

Nümunə:

Tərcümeyi-hal

Mən, Əliyev Məmməd Həsən oğlu, 21 dekabr 1999-cu ildə Bakı şəhərində (İsmayıllı rayonunun Mücü kəndində) anadan olmuşam. 2005-ci ildə Bakı şəhərindəki 150 saylı məktəbin birinci sinfinə daxil olmuş, 2016-cı ildə həmin məktəbi bitirmişəm. Həmin ildə də ali təhsil almaq üçün sənədlərimi Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə vermişəm. Hazırda "Neft mühəndisliyi" fakültəsinin ikinci kursunda oxuyuram. Ailəmiz dörd nəfərdən ibarətdir:

Atam – Kərim Məmməd oğlu Əliyev 1965-ci ildə İsmayıllı rayonunda anadan olmuş, 1991-1993-cü illərdə Qarabağ döyüşlərində iştirak etmiş, yaralanmış, II dərəcəli müharibə veteranıdır. Hazırda pensiyaçıdır.

Anam – Ofelya Cümşüd qızı Əliyeva 1970-ci ildə İsmayıllının Sülüt kəndində anadan olmuşdur. O, Bakı Qızlar Seminariyasını bitirmişdir. Hazırda sinif müəllimi işləyir.

Bacım – Tünzalə Kərim qızı Əlisoy 2001-ci ildə anadan olmuşdur. Hazırda Bakı şəhərindəki 150 saylı məktəbin X sinfində oxuyur.

İmza: M.H.Əliyev

20 dekabr 2016-cı il


Yüklə 209,49 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   99




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin