Azərbaycan Milli Elmlər Akademiyası Fəlsəfə Ġnstitutu “Müasir fəlsəfə problemləri” Ģöbəsi



Yüklə 6,92 Mb.
Pdf görüntüsü
səhifə41/98
tarix02.12.2019
ölçüsü6,92 Mb.
#29768
1   ...   37   38   39   40   41   42   43   44   ...   98
AMEA-National Philosophy-2019


Ədəbiyyat

1.Adamson P. Philosophy in the Islamic World. Oxford University Press, 2018. 

2.Braudel F. A History of Civilizations. Trans. By R.Mayne, NY.: Penguin Books, 

1993, p.73.   

3.  Alfarabi.    The  Political  Writings.    ―Selected  Aphorisms‖  and  Other  Texts.  Ed. 

and trans. by Butterworth Ch.E., Ithaca and London: Cornel University Press, 2001, 

pp.115-167.  

4.Classical  Arabic  Philosophy.  An  Anthology  of  Sources.  Ed.  and  trans.  by 

McGinnis J.,  Reisman D.C. Hackett Publishing Company, 2007, pp.295-308. 

5.Суфии. Собрание причт и афоризмов. М.: ЭКСМО-Пресс, с.191. 

6.Корбен  А.  История  исламской  философии.  М.:  Прогресс-Традиция,  2010, 

с.206. 


7.Fischel  W.J.  Ibn  Khaldun  and  Tamerlane.  Berkeley:  University  of  California 

Press, 1952, pp. 70-71. 

8.Koller  J.M.  Asian  Philosophies.  New  Jersey:  Pearson  Prentice  Hall,  2007, 

pp.182-183. 

9.Рахманалиев Р. Империя тюрков. Великая цивилизация. Тюркские народы в 

мировой истории с Х в. до н.э. по ХХ в. н.э. М.: Рипол Классик, 2009, c.10.  

10.Oğuznamə. Çapa hazırlayan: Samət Əlizadə. Bakı, Yazıçı, 1987, s.43. 

11.Гердер  И.Г.  Идеи  к  философии  истории  человечества.  М.:  Наука,  1977, 

c.313.  

12.Корбен  А.  История  исламской  философии.  М.:  Прогресс-Традиция,  2010, 

с.246. 

13.Huntington S.P. The Clash of Civilizations and the Remaking of  World Order. 



N.Y.: A Touchstone Book, 1997. 

14. Oborne P. 25 Years on, Huntington's ―Clash of Civilisations‖ Theory has been 

Refuted  //  https://www.middleeasteye.net/columns/twenty-five-years-huntington-s-

clash-civilisations-theory-has-been-refuted-308271749 

 

Faiq Ələkbərli 

 

ÇAĞDAġ AZƏRBAYCAN TÜRK FƏLSƏFƏSĠNĠN BAġLICA 

PROBLEMLƏRĠ 

 

XIX-XX  əsrlər  Azərbaycan  türk  fəlsəfi  və  ictimai  fikri  bu  günümüzlə, 



gələcəyimizlə birbaşa bağlı olduğu üçün onu araşdırmaq və təhlil etmək çox 

446 

 

vacib  və  məsuliyyətli  məsələdir.  Ona  görə  ki,  bu  dövrdə  Azərbaycan 



türklərinin  ictimai-siyasi  həyatı  və  mədəni-fəlsəfi  mühiti  yeni  bir 

mərhələnin başlanğıcına təsadüf edir. Yeni mərhələyə baxışın müsbət ya da 

mənfi  çalarlar  daşımasından  asılı  olmayaraq  bir  şey  həqiqətdir  ki, 

Azərbaycan  xalqı  bir  tərəfdən  yeni  ictimai-siyasi  və  elmi-fəlsəfi  həyata 

bütöv  şəkildə  daxil  ola  bilməmiş,  digər  tərəfdən  isə  Qərb  mədəniyyətinin 

ciddi təsirinə məruz qalmışdır.  

Hər  iki  amil  son  iki  əsrdə  Azərbaycan  türk  fəlsəfəsinin,  tarixinin, 

mədəniyyətinin,  ədəbiyyatının,  siyasətinin  başlıca  problemləri  sırasında 

qalmaqdadır.  Əgər  son  iki  əsrdə  Azərbaycan  xalqı  maddi  və  mənəvi 

anlamda  bütövlüyünü  itirmişdirsə,  bu,  dolayısıyla  onun  tarixinin, 

ədəbiyyatının,  dilinin,  mədəniyyətinin  və  fəlsəfəsinin  yazılmasında  yarım-

çıqlıq  kompleksinin  ortaya  çıxmasına  səbəb  olmuşdur.  Etiraf  edib-

etməməyimizdən ya da bunun fəlsəfə ilə nə qədər bağlı olub olmamasından 

asılı olmayaraq, bu, bir həqiqətdir ki, əgər hər hansı xalqın fəlsəfəsi, tarixi, 

ədəbiyyatı yarımçıqlıq kompleksi şərtləri altında yazılırsa, o zaman həmin 

xalqın, sözün həqiqi mənasında, milli ruhunu əks etdirə biləcək fəlsəfədən, 

tarixdən,  ədəbiyyatdan,  mədəniyyətdən  söhbət  gedə  bilməz.  Yəni 

natamamlıq  kompleksi  şərtləri  altında  yazılan  hər  hansı  millətin  tarixi, 

fəlsəfə  tarixi,  ədəbiyyat  tarixi,  mədəniyyət  tarixi  milli  ruhdan  başqa  nə 

varsa hər şeyi özündə əks etdirir, ancaq milli ruh qarşısında gözlə görünən 

ya da gözlə görünməyən saysız-hesabsız sədlər çəkilir, divarlar hörülür.  

Son  iki  əsrdir  ki,  Azərbaycan  türk  xalqı  da  məhz  maddi-fiziki  və  milli-

mənəvi  parçalanma  nəticəsində  natamamalıq  kompleksinə  doğru 

sürüklənmiş, bu natamamlıq çərçivəsində də əsasən hər hansı doğma və yad 

tədqiqatçılar  onun  tarixini,  fəlsəfəsini,  mədəniyyətini,  hüququnu, 

ədəbiyyatını yazmışlar və yazmaqdadırlar. Bir sözlə, XIX əsrin əvvəllərində 

Azərbaycan  türklərinin  ictimai-siyasi  və  fəlsəfi  həyatında  yeni  mərhələyə 

qədəm  qoyması  onun  maddi-fiziki  və  milli-mənəvi  parçalanması  fonunda 

baş  vermiş,  bununla  da  onlarla,  bəlkə  də  yüzlərlə  problemlərin  təməli 

qoyulmuşdur.  Hər  halda  Səfəvilər Türk  dövlətinin  süqutundan  sonra  onun 

yerində yeni imperiya quran Əfşarlar Türk dövlətinin az bir müddət ərzində 

uğursuzluğa  düçar  olması  Azərbaycan  türkləri  üçün,  bu  günə  qədər 

çözülməsi heç də asan olmayan ciddi ictimai-siyasi və elmi-fəlsəfi problem-

lərə yol açmışdır. Doğrudur, XVIII əsrin sonlarına doğru keçmiş Səfəvilərlə 

Əfşarlar dövlətlərinin qalıqları üzərində Qacarlar Türk dövlətinin meydana 

çıxması  türklər,  o  cümlədən  Azərbaycan  türkləri  üçün  yeni  bir  ümid  işığı 

olub,  bəlkə  də  bu  günə  qədər  yaşadığımız  və  yaşamaqda  olduğumuz 

problemlərin  xeyli  qisminə  son  verə  bilərdi.  Ancaq  Qacarlar  dövləti  çar 

Rusiyası  ilə  Böyük  Britaniyanın  hərbi-siyasi  oyunları  nəticəsində  keçmiş 


447 

 

Səfəvilər  Türk  dövlətinin  bütün  ərazilərinə,  o  cümlədən  Güney  Qafqaza, 



eyni zamanda Azərbaycanın quzey hissəsinə sahib ola bilmədi. Bununla da 

Azərbaycan  türk  xalqının,  Azərbaycan  türk  torpaqlarının  bir  hissəsi  çar 

Rusiyasının işğalı altında qaldı ki, bu da, yuxarıda da qeyd etdiyimiz kimi, 

onun  yalnız  gələcək  ictimai-siyasi  həyatında  deyil,  elm-mədəniyyət  və 

fəlsəfə  sahəsində  də  xeyli  fərqliliklərə,  problemlərə  yol  açdı.  Hər  halda 

Azərbaycan  türk  torpaqlarının,  Azərbaycan  türk  xalqının  çar  Rusiyasının 

işğalı altında qalan bir hissəsi ilə, Qacarların tərkibində qalan böyük hissəsi 

arasında  baş  verən  maddi-fiziki  və  milli-mənəvi  ayrılıqlar,  antitürk  ideya-

ların  da  birbaşa  təsiri  ilə  onların  mütəfəkkirlərinin  dünyagörüşündə 

yarımçıqlığa,  natamamlığa,  hətta,  bəzən  qeyri-milli  düşüncələrə  yol  açmış 

oldu. 

Bu  gün,  Azərbaycan  alimlərinin  boynuna  düşən  əsas  vəzifə  bir  tərəfdən 



təxminən XIX əsrin əvvəllərindən çar Rusiyasının işğalı altında yaşamağa 

məcbur  olan  Azərbaycan  türk  xalqının  dünyagörüşü  ilə,  Qacarların 

tərkibində,  ancaq  onun  ana  sütununu  təşkil  edən  Azərbaycan  türklərinin 

dünyagörüşündəki  oxşarlıqları  və  fərqlilikləri  çox  həssaslıqla  tədqiq  edib 

obyektiv  qiymətini  vermək,  digər  tərəfdən  bütövlükdə  fəlsəfi  və  ictimai 

fikrimizin  əsas  inkişaf  yollarını,  onun  mahiyyətini  ortaya  qoymaqdır.  Bu 

anlamda  son  iki  əsrdə  ayrı-ayrılıqda  yaşamağa  məcbur  edilmiş  Quzey 

Azərbaycan  türkləri  ilə  Qacarlar  dövlətinin  ana  sütununu  təşkil  etmiş 

türklərin  bu  dövr  ərzində  yaşadıqları  ictimai-siyasi,  ədəbi-mədəni,  elmi-

fəlsəfi  mühiti  ayrı-ayrılıqda  ələ  almaqdan  daha  çox  bir  bütünün,  vəhdətin 

tərkib  hisssi  kimi  tədqiq  etmək  lazımdır.  Yəni  çar  Rusiyası  ilə  Qacarlar 

arasında  bağlanmış  1828-ci  il  Türkmənçay  müqaviləsindən  sonra,  bəlkə 

məcburiyyətdən  bir  çox  hallarda  vahid  Azərbaycan  türklərinin  deyil  də, 

Quzey  Azərbaycan  xalqının  və  Güney  Azərbaycan  xalqının  tarixindən, 

iqtisadiyyatından,  mədəniyyətindən,  fəlsəfəsindən  bəhs  etmişik  ya    da 

etməyə  davam  edirik.  Bizcə,  artıq  bu  ənənəyə  birmənalı  şəkildə  son 

verilməli, 

yəni 


vahid 

Azərbaycan 

türk 

xalqının 



tarixindən, 

iqtisadiyyatından,  mədəniyyətindən,  fəlsəfəsindən  kitablar,  əsərlər 

yazılmalıdır.  Əlbəttə,  bu,  o  demək  deyil  ki,  biz  XIX  əsrin  başlarından 

etibarən  çar  Rusiyasının  işğalı  altında  qalan  Azərbaycan  xalqının  bir 

hissəsinin ya da Qacarlar dövlətinin ana sütununun təşkil etmiş Azərbaycan 

türklərinin böyük hissəsinin məcburən ayrı-ayrılıqda yaşamalı olduğu tarixi, 

fəlsəfəni,  mədəniyyəti,  ədəbiyyatı  da  mütləq  şəkildə,  heç  bir  məntiq 

olmadan  vahidləşdirməli,  bütövləşdirməliyik.  Əsla  belə  bir  şeyə  yol 

verilməməlidir.  Sadəcə,  burada  əsas  məqsəd  Azərbaycan  türk  xalqının 

parçalanmadan  sonra  yaşadığı  tarixi,  fəlsəfəni,  ədəbiyyatı,  mədəniyyəti 

oxşarlıqları  və  ziddiyyətləri  ilə  yanaşı,  vahid  bir  çatı  altında 


448 

 

ümumiləşdirməyi,  bütöv  şəkildə  görməyi  bacarmaq,  yəni  natamamlıq 



kompleksindən  qurtulub  50  milyonluq  vahid  xalqın  fəlsəfəsini,  tarixini, 

ədəbiyyatını, mədəniyyətini yazmaq olmalıdır. Bu anlamda Azərbaycan da 

daxil  olmaqla,  böyük  bir  tarixi  ərazidə  hökm  sürən  Qacarlar  dövlətinə  və 

həmin dövrün türk mütəfəkkirlərinə diqqətlə yanaşılmalıdır.  

Burada  öz  əksini  tapmış  ən  önəmli  məsələlərdən  biri  də,  çar  Rusiyasının 

işğalı altında qalan Azərbaycan türklərinin bundan sonarkı həyatının hansı 

formada davam etməsi ilə bağlı problemlərin, yəni bütün sahələrdə (sosial, 

iqtisadi, təhsil, mədəni və s.) baş vermiş dəyişikliklərin, müsbət ya da mənfi 

anlamda  olsun,  mümkün  olduğu  qədər  obyektiv  şəkildə  qiymətləndirilmə-

sidir. Yəni bizlər bu məsələni, Azərbaycanın quzey torpaqlarının çar Rusi-

yasının işğalı altında qalmasını SSRİ dövründəki olduğu kimi, nə birmənalı 

şəkildə mütərəqqi hadisə kimi qələmə verməli, nə də bu məsələdə həddən 

artıq  ifrata  vararaq,  o  dövrdə  hər  hansı  bir  müsbət  məsələ  olubsa  onu  da 

görməzdən  gəlməməliyik.  Ancaq  bütün  hallarda  çar  Rusiyasının  işğalı 

altında  ya  da  SSRİ-nin  tərkibində  birgə  yaşamağa  məcbur  olduğumuz 

dövrdə  baş  vermiş  istənilən  ―müsbət  məsələ‖yə  də  həssaslıqla 

yanaşılmalıdır.  Şübhəsiz,  bir  tərəfdən  Rusiyaya  münasibətdə  həssaslıq 

nümayiş  etdirmək,  digər  tərəfdən isə  milli  maraqlarımızı  qorumaq  bir  çox 

hallarda  böyük  quzey  qonuşumuzun  mənafeləri  ilə  üst-üstə  düşmür  ki,  bu 

zaman  isə  bizim  üçün  önəmli  olan  obyektivliyin  özündən  çıxış  etməliyik. 

Bütün  hallarda  bizlər  tariximizi,  ədəbiyyatımızı,  fəlsəfə  tariximizi 

millətimizin  bu  günü  və  gələcəyi  üçün  qələmə  alırıqsa,  o  zaman  ilk 

növbədə,  milli  maraqlarımızın  hər  şeydən  bir  addım  öndə  olması  bir  an 

olsun  unudulmamalıdır.  Bir  sözlə,  Azərbaycan  xalqının  fəlsəfə  tarixi 

qələmə  alınarkən  rus-sovet  metodologiyasından  və  həmin  dövrün 

təfəkküründən  uzaq  durulmalı,  Qərb  metodologiyasına  isə  həsaslıqla 

yanaşılmalıdır.  Çünki  birinci  metodologiya  qədər  Qərb  metodologiyası  da 

İslam-Şərq mədəniyyəti və Türk mədəniyyəti ilə xeyli dərəcədə uzlaşmır. 

Bizcə,  yalnız  çar  Rusiyasının,  Sovet  Rusiyasının  işğalı  altında  qalmış 

Azərbaycanın quzey hissəsindəki xalqımızın, onun mütəfəkkirlərinin deyil, 

eyni  zamanda  Qacarlar  dövlətinin  əsas  sütunu  kimi  uzun  müddət  təsir 

gücünü  qoruyub  saxlamış  Azərbaycanın  güneyindəki  xalqımızı,  onun 

mütəfəkkirlərinin  dünyagörüşünün  də  obyektiv  və  milli  maraqlarımız 

baxımından  ciddi  tədqiqatlara  ehtiyacı  vardır.  Hər  halda  Təbriz  mərkəzli 

Azərbaycan  vilayəti  Qacarlar  dövlətinin  ictimai-siyası  həyatında  əsas  rol 

oynadığı  kimi,  Azərbaycan  türk  mütəfəkkirləri  elm-mədəniyyət  və  fəlsəfi 

mühtin  formalaşmasında  da  öncüllər  sırasında  olmuşdur.  Yəni  çar 

Rusiyasının  işğalı  altında  olan  Azərbaycanın  quzeyində  yaşayan 

mütəfəkkirlərimiz  kimi,  Azərbaycanın  güneyində  öz  soydaşlarının 


449 

 

qurduqları  Qacarlar  dövlətinin  tərkibində  yaşayan  aydınlarımız  da  elm-



mədəniyyət və fəlsəfi mühitdə ön cərgədə olmuşlar. 

Eyni  zamanda  unutmamalıyıq  ki,  fərqli  dövlətlərin,  yəni  doğma  və  yad 

dövlətlərin  tərkiblərində  yaşamalarına,  yaratmalarına  baxmayaraq  bütün 

Azərbaycan türk mütəfəkkirləri əsasən, vahid amala, vahid ideyaya xidmət 

etmişlər. Burada vahid amal, vahid ideya deyə bəhs etdiyimiz, Azərbaycan 

türklərinin birləşməsi və dövrün şərtləri altında yeniləşməsidir. Biz görürük 

ki,  Azərbaycan  türklərinin,  onun  mütəfəkkirlərinin  dünyagörüşündə  milli 

bütövlük  məsələsi,  yeniləşmə  və  Azərbaycan  milli  ideyası  ətrafında 

birləşmə  daima  əsas  siyasi-fəlsəfi  və  ictimai  məsələlərdən  biri  olmuşdur. 

Buna  ən  bariz  örnək  1918-ci  ildə  Böyük  Azərbaycanın  bir  parçasında 

qurulan  yeni  bir  Türk  Cümhuriyyətinə  Azərbaycan  adının  verilməsidir. 

Əslində  90  illik  çar  Rusyasının  işğalına  son  verə  bilən  Azərbaycan 

türklərinin  başda  milli  ideoloq  Məhəmməd  Əmin  Rəsulzadə  olmaqla  

Azərbaycan  adının  üzərində  dayanılmasında  milli  birlik  fəlsəfəsi  həlledici 

rol  oynamışdır.  Bununla  da  Azərbaycanın  birləşməsi  məsələsi  siyasi-

ideoloji  foramada  yeni  bir  mərhələyə  qədəm  qoymuşdur.  Digər  tərəfdən 

Azərbaycan türklərinə aid mədəniyyət, fəlsəfə, ədəbiyyat və digər sahələrdə 

milli bütövlük, milli birlik şüuru əsas istiqamətlərdən biri olmuşdur.   

Ümumiyyətlə, 19-20-ci əsrlərdə yaşamış Azərbaycan türk mütəfəkkirlərinin 

yaradıcılıqlarında  fəlsəfənin  hansı  şəkildə  öz  əksini  tapması  daima 

mübahisə  ya  da  müzakirə  obyekti  olmuşdur.  Belə  ki,  xeyli  qisim 

tədqiqatçılara görə bu dövrdə Azərbaycanda sırf fəlsəfəyə aid əsərlər çox az 

olmuş, dolayısıyla da Azərbaycanda fəlsəfədən və filosoflardan çox az bəhs 

etmək olar. Bu düşüncələrdə ilk baxışda müəyyən həqiqətləri ifadə etməklə 

yanaşı, onu da bildirməliyik ki, birincisi, Azərbaycan xalqı ancaq bugünkü 

Azərbaycan  Respublikasından  ibarət  deyil.  Bu  anlamda  A.A.Bakıxanov, 

M.F.Axundzadə, 

H.B.Zərdabi, 

M.Ə.Rəsulzadə, 

Ə.b.Hüseynzadə, 

Ə.b.Ağaoğlu  qədər  S.Ə.Nəbati,  M.Ə.Talıbzadə,  M.Xiyabani,  M.Şəbüstəri, 

C.Əfqani,  S.C.Pişəvəri,  C.Heyət  də  Azərbaycan  türk  mütəfəkkirləridir. 



Ġkincisi,  yeni  dövrdə  bütün  dünyada  mütəfəkkirlərin  əsas  fəlsəfi 

yaradıcılıqları ontoloji və qnoseolojidən çox sosial fəlsəfə, tarixin fəlsəfəsi, 

sosial  psixologiya,  sosiologiya,  politologiya,  antropologiya,  demokratiya, 

liberalizm  və  buna  uyğun  məsələlər  olmuşdur.  Bu  anlamda  Bakıxanov, 

Zərdabi,  Əfqani,  Hüseynzadə,  Rəsulzadə,  Şəbüstəri,  Heyət  və  başqa 

Azərbaycan  türk  mütəfəkkirləri  Şopenhaur,  Nitsşe,  Marks,  Engels,  Freyd, 

Ceyms, Toynbi, Haydegger və başqa Qərb mütəfkkirləri qədər filosof adına 

layiqdirlər.  Demək  istədiyimiz  odur  ki,  Azərbaycan  türk  mütəfəkkirlərini 

düşüncələrində ümumiləşdirmələr aparıb, sonra da bu fəlsəfə deyil, fəlsəfə 

yalnız  ontoloji  və  qnoseoloji  məsələlərə  həsr  edilmiş  əsərlərlə  bağlıdır, 



450 

 

deyib  mənasız  iddialar  irəli  sürmək  kökündən  yanlışdır.  Çünki  fəlsəfə 



dediyimiz,  ən  azı  hərfi  mənada  müdriklik  ya  da  müdrikliyə  sevgidirsə, 

hikmətsevərlikdirsə,  o  zaman  insan,  cəmiyyət,  millət,  dövlət,  siyasi 

əqidələr,  mənəvi  dəyərlər,  sosial  münasibətlər  və  digər  məsələlər  də 

ümumilikdə ontologiya və qnoseologiyanın tərkib hissəsidir.  

Bizcə,  XIX-XX  əsrlərdə  yaşamış  Azərbaycan  türk  mütəfəkkirlərinin 

yaradıcılığında klassik anlamdakı ontoloji və qnoseoloji məsələlər nə qədər 

az  müşahidə  olunsa  da,  ancaq  qeyri-klassik  fəlsəfəyə  aid  insan,  cəmiyyət, 

dövlət,  millət,  dini  inanclar,  siyasi  əqidələr,  mənəvi  dəyərlər,  sosial 

münasibətlər və bu kimi fəlsəfi problemlər kifayət qədərdir. Bu, o deməkdir 

ki,  Azərbaycan  türk  mütəfəkkirlərini  Azərbaycanın  quzeyində  yaşayan 

xalqla  məhdudlaşdırmaq  qədər,  onların  klassik  anlamdakı  ontoloji  və 

qnoseoloji məsələlərlə məşğul olmadığını iddia edib fəlsəfədən uzaq tutmaq 

da anlamsızdır. Bu baxımdan Qərb mütəfəkkirlərini mənalı ya da mənasız 

düşüncələrinə  görə,  göylərə  qaldırıb  ağızdolusu  ―filosof‖  adlandırdığımız 

halda,  öz  mütəfəkkirlərimizə  həddən  artıq  yuxarıdan  aşağı  baxmaq 

prinsipindən  də  əl  çəkməliyik.  Əlbəttə,  bu,  o  demək  deyil  ki,  bütün 

Azərbaycan türk mütəfəkkirləri də yeri gəldi-gəlmədi dağın başına qoyulub 

―filosof‖,  ―müdrik‖,  ―mütəfəkkir‖  adlandırılmalıdır.  Sadəcə,  onların  hər 

birini də haqq etdiyi yerə görə obyektiv qiymətini verməliyik. 

Burada  əsas  məqsədlərimizdən  biri  də  Şərq-İslam  mədəniyyəti  ilə  Qərb-

Avropa  mədəniyyətinin  sintezi  fonunda  meydana  çıxan  Azərbaycan 

Cümhuriyyətinin  milli  fəlsəfi  dərkini  ortaya  qoymaqdır.  Başqa  sözlə, 

Azərbaycan  Cümhuriyyətinin  varlığının  həm  qədim  və  orta  əsr  türk 

dövlətçilik ənənələri üzərində qurulmasının fəlsəfə tarixi anlamda izahları, 

həm də bu yolda böyük əmək sərf etmiş Azərbaycan türk maarifçilərinin və 

onların davamçılarının fəlsəfi, ictimai-siyasi dünyagörüşlərinin ifadəsi çox 

vacibdir.  Demək  istədiyimiz  odur  ki,  Azərbaycan  Cümhuriyyətinin  əsas 

mahiyyətini təşkil edən ―Azərbaycan ruhu‖nun, ―Azərbaycan məsələsi‖nin 

yalnız  tarixi  deyil,  fəlsəfi  mahiyyətinə  (tarixin  fəlsəfəsi)  də  varılmalıdır. 

Məhz ―Azərbaycan məsələsi‖ni doğru idrak edərsək, o zaman istər Sovetlər 

Birliyi dövründə, istərsə də torpaqlarımızın bir hissəsində müstəqilliyimizi 

bərpa  etdikdən  sonra  ortaya  çıxan  bir  çox  tarixi,  mədəni,  fəlsəfi,  siyasi 

suallara da cavab tapmış olarıq.  

Burada  izah  olunan  əsas  məsələlərdən  biri  də  ―Azərbaycan  məsələsi‖  və 

onunla  bağlı  meydana  çıxmış  müsbət  ya  da  mənfi  anlamda,  ―Azərbaycan 

tarixi‖,  ―Azərbaycan  fəlsəfəsi‖,  ―Azərbaycan  dili‖,  ―Azərbaycan 

mədəniyyəti‖,  ―Azərbaycan  ədəbiyyatı‖  və  buna  oxşar  digər  anlayışların 

mahiyyətinə,  mənasına  obyektiv  şəkildə  işıq  tutmaqdır.  Xüsusilə  də  bizi 

burada  ən  çox  maraqlandıran  bir  məsələ  ―Azərbaycan  fəlsəfəsi‖  ya  da 


451 

 

―Azərbaycan  fəlsəfə  tarixi‖  anlayışlarıdır  ki,  1918-ci  ildə  yeni  bir  türk 



dövlətinə  verilən  adın,  yəni  ―Azərbaycan‖  məfhumunun  çox  keçmədən 

bilərəkdən  ya  da  bilməyərəkdən  həmin  dövlətin  qurucusu  olan  millətin 

adıyla  eyniləşdirilməsinin  də  elmi-fəlsəfi  izahları  olmalıdır.  Hər  halda  bu 

gün millətimizin adından (azərbaycanlı), dilindən (Azərbaycan dili) tutmuş 

onun  fəlsəfəsi  (Azərbaycan),  tarixi  (Azərbaycan  tarixi),  ədəbiyyatı 

(Azərbaycan ədəbiyyatı), mədəniyyəti (Azərbaycan mədəniyyəti) artıq türk 

milli kimliyindən çox Azərbaycan dövləti kimliyi üzərində oturuşmuşdursa, 

o zaman bu ―Azərbaycan məsələsi‖nin hərfi mənadan ya da tarixi aspektdən 

daha  çox,  elmi-fəlsəfi,  tarixi-fəlsəfi  şərhinə  ethiyac  vardır.  Əks  təqdirdə 

1918-ci  ilin  28  mayında  yeni  bir  türk  dövlətinə  Azərbaycan  Cümhuriyyəti 

adı  verilməsindən  sonra  meydana  çıxmış  ―Azərbaycan  milləti‖nin  ya  da 

―azərbaycanlı‖  millətinin  tarixindən,  fəlsəfəsindən,  mədəniyyətindən, 

dilindən, ədəbiyyatından bəhs etmək də məntiqsiz görünə bilər.  

Deməli, burada ən incə məsələ yeni bir türk dövlətinə verilmiş Azərbaycan 

Cümhuriyyəti  adıyla  (―Azərbaycan  məsələsi‖  ilə),  onun  qurucusu  olduğu 

türk  xalqının  müstəsna  rolunu  obyektiv  şəkildə  dəyərləndirməkdir.  Başqa 

sözlə, yeni bir türk dövlətinə verilmiş ―Azərbaycan‖ adının həmin dövlətin 

qurucusu  olan  Azərbaycan  türklərinin  milli  varlığının,  milli  kimlik  adının 

üstündən  xətt  çəkilərək  yeni  bir  ―xalq‖  kimi  yozulması  bir  şey,  ancaq 

―Azərbaycan‖  anlayışının  qədim  dövrlərdən  günümüzədək  keçdiyi  yolu 

izləməklə  bərabər  bütün  Azərbaycan  türklərini  daima  vahid  xalq  kimi  bir 

arada  tutub  gələcəkdə  də  vahid  dövlətin  çətiri  altında  yenidən  birləşdiril-

məsini  hədəfləmək  tamamilə  başqa  bir  şeydir.  Ona  görə  də,  bu  gün 

―Azərbaycan  fəlsəfəsi‖,  ―Azərbaycan  tarixi‖,  ―Azərbaycan  dili‖, 

―Azərbaycan  ədəbiyyatı‖  dedikdə,  birmənalı  şəkildə  onu  türk  kimliyindən 

uzaq tutub ―mələz‖ləşdirilmiş, yəni qarışıq bir ―xalq‖a aid etmək kökündən 

yanlışdır.  Çünki  birincisi,  ―Azərbaycan‖  anlayışı  nə  çoğrafi,  nə  də  əhali 

baxımından  yalnız  Azərbaycan  Respublikasından  ibarət  deyil  ki,  onun 

fəlsəfəsini,  tarixini,  ədəbiyyatını,  dilini,  milli  kimliyini  də  qismən  çar 

Rusiyası,  əsasən  də  Sovetlər  Birliyi  dövründə  planlı  şəkildə  müəyyənləş-

dirilmiş  və  hələ  də  həmin  siyasəti  davam  etdirənlərin  antitürk, 

antiazərbaycan  siyasəti  ilə  qarışıq  ―xalq‖  çərçivəsində  dəyərləndirək! 

―Azərbaycan‖ anlayışı ən azından Dərbənddən Kəngər körfəzinə, Bakıdan 

Kərkükə  qədər  uzanan  bir  coğrafiya  olduğu  qədər,  eyni  zamanda  bu 

coğrafiyada yaşayan on milyonlarla Azərbaycan türkünün qədim dövrlərdən 

günümüzədək  ortaya  qoyduqları  tarixin,  fəlsəfənin,  ədəbiyyatın, 

mədəniyyətin  bir  sözlə,  ona  məxsus  olan  hər  bir  şeyin  ifadəsidir.  Belə 

olduğu 


təqdirdə, 

bizlər 


tariximizi, 

fəlsəfəmizi, 

ədəbiyyatımızı, 

mədəniyyətimizi  qələmə  alarkən  rusun,  ingilisin,  amerikalının,  fransızın, 



452 

 

farsın,  ərəbin  bizi  görmək  istədikləri  yad  metodologiyalarla  deyil, 



özümüzüm özümüzə biçdiyimiz milli bir üsulla hərəkət etməliyik. 

Çox yazıqlar olsun ki, tarixi-coğrafi Azərbaycanımızın çox az bir hissəsində 

müstəqilliyimizi  bərpa  etdikdən  (1991)  sonra  da  milli  metodologiyaya 

əsaslanan  milli  tarix,  milli  fəlsəfə,  milli  ədəbiyyat,  milli  mədəniyyət 

yazmaqdan  çox  mələz  (qarışıq),  kosmopolit  ―Azərbaycan‖  kimliyi 

çərçivəsində  kitablar,  dissertasiyalar  yazmaqda  davam  edirik.  Ən 

acınacaqlısı  da  odur  ki,  bunu  edənlərin  xeyli  bir  qismi  də  ―Azərbaycan 

məsələsi‖nin əsil mahiyyətinə varmadan, ―Azərbaycan‖ anlayışını antitürk, 

antiislam  ideolqlarının  planlı  şəkildə  ortaya  atdıqları  siyasətlərə  uyğun 

olaraq türklüyə, Azərbaycan türklüyünə zidd olaraq təbliğ edirlər. Bunun da 

nəticəsində  ―Azərbaycan  tarixi‖ (1;  2), ―Azərbaycan  fəlsəfə  tarixi‖  (3;  4), 

―Azərbaycan  mədəniyyət  tarixi‖,  ―Azərbaycan  ədəbiyyatı  tarixi‖  (5;  6;  7

və buna oxşar kitablarda əsasən Azərbaycan türk xalqının tarixi, fəlsəfəsi, 

mədəniyyəti, ədəbiyyatı bir çox hallarda naməlum, ya da qarışıq bir xalqın 

məhsulu kimi ortaya çıxmaqda davam etməkdədir.   

Azərbaycan xalqının fəlsəfə tarixində nəzərə alınmalı mühüm məqamlardan 

biri çar Rusiyası, Sovetlər Birliyi, ―Pəhləvilər‖ və ―İran İslam Respublikası‖ 

dövrlərinə  aid  məsələlərdən  bəhs  edərkən  ―dövrün  şərtləri  belə  idi‖ 

prizmasını  də  nəzərə  almaqla  yanaşı,  onu  mütləqləşdirmək  də  doğru 

deyildir. Demək istədiyimiz odur ki, dövrün şərtlərini nəzərə almaqla yanaşı 

hər bir mütəfəkkirin fəlsəfi dünyagörüşlərində kim hansı mövqe tutubsa onu 

da  olduğu  kimi  yazmaq,  şərh  etmək  lazmdır.  Əks  təqdirdə  Azərbaycan 

xalqının fəlsəfə və ictimai fikir tarixinə obyektiv yanaşma söz olaraq qala 

bilər.  Bizim  burada  əsas  məqsədimiz  nə  o  dövrün  şərtlərinə  görə  nəticə 

çıxarmaq,  nə  də  indiki  zamanın  praqmatist  şərtləri  altında  mülahizələr 

yürütmək  olmamalıdır.  Bizcə,  bir  xalqın  tarixini  ya  da  fəlsəfə  tarixini 

yazarkən  göz  önündə  tutulmalı  olan  başlıca  məsələ  onun  milli,  dini  və 

bəşəri  ruhunun  bütöv  şəkildə  cəmiyyətə  çatdırılması  bacarığıdır.  Başqa 

sözlə, müstəmləkə və azad məmləkətdə yaşamaqdan, eyni zamanda milli və 

beynəlmiləl,  milli  və  dini  ideyalardan  hər  hansının  təsiri  altında  olmasına 

baxmayaraq bir tarixçi ya da fəlsəfə tarixçisi ilk növbədə, millətinin tarixini 

ya  da  fəlsəfə  tarixini  yazdığını  bir  an  olsun  unutmamalıdır.  Çünki  bir 

toplumu var edən öncə onun milli, daha sonra dini və bəşəri kimliyidir. 

Yeri  gəlmişkən,  tədqiqatımızla  birbaşa  bağlı  olan  19-20-ci  əsrlərdə 

Azərbaycan  türk  fəlsəfi  və  ictimai  fikir  tarixini  ümumi  kontekstdə  ilk 

yazanların başında akademik Heydər Hüseynov gəlir ki, onun dünyagörüşü 

də yuxarıda qeyd etdiyimiz problemlərdən xali olmamışdır. Sovetlər Birliyi 

dövründə  yaşamış  H.Hüseynov,  1949-cı  ildə  işıq  üzü  görmüş  ―Azərbay-

canda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən‖ əsərində Azərbaycan türk 


453 

 

mütəfəkkirlərindən  A.A.Bakıxanov,  M.Ş.Vazeh,  M.F.Axundzadə,  Mirzə 



Kazım bəy, H.Zərdabinin dünyagörüşlərini hərtərəfli şəkildə tədqiq etməklə 

yanaşı, dövrün şərtləri altında onların türk və islami kimliyini deyil, antitürk 

Sovet  ideologiyasına  uyğun  olaraq  daha  çox  ―mələz‖,  ya  da  qarışıq  bir 

―Azərbaycan‖ kimliyini, üstəlik də bolşevizm ideologiyasına uyğun olaraq 

da  ―ateist‖,  ―materialist‖  dünyagörüşlü  baxışlarını  ön  plana  çıxarmağa 

çalışmışdır (8, s.30-49). Sovetlər Birliyi dövründə H.Hüseynovla başlayan 

―Azərbaycan fəlsəfəsi tarixi‖ni bu yöndə yazmaq ənənəsini davam etdirən 

Ziyəddin  Göyüşov  da  Quzey  Azərbaycanın  ―sovetləşməsi‖ndən  sonrakı 

dövrə  aid  yazdığı  «Sovet  Azərbaycanında  fəlsəfi  fikir»  (1979)  kitabında 

fəlsəfə  tariximizi  araşdırarkən  eyni  müddəalardan  çıxış  etmişdir  (9,  s.47-



Yüklə 6,92 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin