Azərbaycan Respublikası Dövlət Neft Şirkəti


Qayığın və salın sahilə çıxarılması



Yüklə 1,15 Mb.
Pdf görüntüsü
səhifə32/84
tarix30.08.2023
ölçüsü1,15 Mb.
#141069
1   ...   28   29   30   31   32   33   34   35   ...   84
Dənizdə təhlükəsizlik

1.7.5. Qayığın və salın sahilə çıxarılması
Sahilə yaxınlaşma və ora çıxarılma xilas olunanlar üçün xüsusilə təhlükəli
vəziyyəti təmsil edir, çünki, ləpədöyən zolaqda sal və ya qayıq çevrilə və sahilyanı
qayalara və riflərə çırpılaraq dağıla bilər. Əgər belə bir imkan varsa, qayalı
sahillərə çıxarılmadan çəkinmək lazımdır. Sahilə yaxınlaşarkən qayığı dalğa
cəbhəsinə perpendikulyar saxlanılır. Üzən lövbərin drektovunu möhkəm iplərlə
uzadaraq, onu verilməyə hazırlayırlar.
Sahilə qədər olan məsafə təxminən drektovun uzunluğuna bərabər
olduqda, üzən lövbəri endirmək, qayığın ağırlıq mərkəzini sahilə əks olan
istiqamətdə bir qədər dəyişmək lazımdır. Tədricən drektovu vermək, əgər qayıq
yanı ilə dalğaya tərəf dönməyə başlayarsa, dönməyə yol verməmək üçün onu
saxlamaq lazımdır.
Sahilə yaxınlaşarkən qayığı bacardıqca böyük dalğanın az meylli enişində
saxlamaq lazımdır. Dalğanın zirvəsində sahilə hərəkət etmək xüsusilə təhlükəlidir,
çünki, qayığın sonucu bu halda kəskin surətdə aşağı düşür, hansı ki, qayığın qrunta
dəyməsinə və çevrilməsinə gətirib çıxarır. Dalğa üzrə sahil xəttinə yaxınlaşarkən,
hərəkət sürətini ondan ötrü maksimal olaraq artırmaq lazımdır ki, qayıq sahilə
mümkün qədər uzağa atılsın.
Xilasedici salda da sahilə atılmaq üçün üzən lövbəri endirmək və drektovu
bütün uzunluğu boyu vermək lazımdır. Saldakı insanlar salın mərkəzində və
bacardıqca aşağıda yerləşməlidirlər. Hava ilə doldurulan xilasedici sal kiçik suya
oturuma malikdir və buna görə, o, suyun üzəri ilə sürüşür, hansı ki, qrunta dəymə
təhlükəsini azaldır.
1.7.6. İnsanların vertolyotlarla xilas edilməsi
Vertolyot vasitəsilə insanları xilas etmək üçün qəzaya uğramış gəmidə
enmə meydançası hazırlamaq və bu yeri antenalardan, çəkilmiş troslardan və digər
əşyalardan azad etmək lazımdır, hansılara ki, vertolyotun pərləri dəyə və ya ondan
83


endirilən tros ilişə bilər. Meydançanın yaxınlığında küləyin istiqamətini göstərən
vımpel qoyulmalıdır.
Vertolyotun endikdən sonra sürüşməsinin qarşısını almaq üçün enmə meydançası
kəndir burazdan toxunmuş yük toru ilə örtmək lazımdır, hansı ki, möhkəm
bərkidilməlidir. Enmə meydançası ağ qumaş parçalardan düzəldilmiş “H” hərfi ilə
işarələnir. Günün gecə vaxtı enmə yeri, vımpel, dorlar, borular və rubkalar elə
işıqlandırılmalıdır ki, işıq pilotun gözlərini qamaşdırmasın. Vertolyotun
enməsindən qabaq insanlar meydançadan xaric edilməlidirlər. 
Əgər vertolyotu gəmiyə endirmək mümkün deyilsə, o zaman o insanları
asılma rejimində qəbul edə bilər. İnsanları qaldırmaq üçün vertolyotdan trosda
ləvazimat - xilasedici səbət, xilasedici kəmər və ya başqa bir şey endirilir.
Elektrik yükü 250000 V-a çata bilən statik cərəyanın vurmasından qaçmaq
üçün vertolyotdan endirilən qaldırıcı ləvazimatla olan metal trosa, o, gəminin
metal hissələrinə və ya suya toxunaraq torpaqlanmayana qədər əl vurmaq olmaz. 
Qaldırma qurğusuna eyni zamanda yalnız vertolyotdan göstərilən sayda
insan yerləşdirilir.
Qaldırma qurğusunun növündən asılı olaraq insan orada bel kəməri,
karabinli qayışla və s. ilə bərkidilir. Əgər gəmidə vertolyotun asılması və insanların
qaldırılması üçün təhlükəsiz yer seçmək olmursa, suya hava ilə doldurulan salın
endirilməsi və xilas olunanların oraya keçmələri tövsiyə edilir. Sal falinlər
vasitəsilə gəmidən 40-50m aralıqda saxlanılmalı; insanların qaldırılması saldan
həyata keçirilməlidir.

Yüklə 1,15 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin