Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki biznes universiteti “Menecment və Marketinq”


Mövzu 14. Beynəlxalq bazar strategiyaları və onların reallaşması imkanları



Yüklə 0,65 Mb.
səhifə146/160
tarix02.01.2022
ölçüsü0,65 Mb.
#37236
1   ...   142   143   144   145   146   147   148   149   ...   160
Beynelxalq marketinq muhazire

Mövzu 14. Beynəlxalq bazar strategiyaları və onların reallaşması imkanları.

14.1.Beynəlxalq bazar anlayışı.

14.2. Beynəlxalq bazar strategiyası.

14.3. Beynəlxalq bazarlarda strategiyaların reallaşdırılması imkanları.

14.4. Beynəlxalq taktikanın işlənib hazırlanması.

14.5. Beynəlxalq bazarların seçilməsi.

1. Beynəlxalq bazar anlayışı.

Bəşəriyyətin inkişafında bazarın çox böyük rolu vardır. O, insan cəmiyyətinin ilk pillələrindən çox-çox sonralar meydana gəlmiş olsa da, bəşəriyyətin tərəqqisinə verdiyi təkan cəmiyyətin inkişaf sürətinin qat-qat artmasına gətirib çıxarmışdır. İstər xırda ,istərsə də iri əmtəə istehsalı şəraitində bazar həmişə ictimai tələbatı tam doğruluqla ödəyir. Milli bazar anlayışını açmazdan əvvəl, «bazar nədir»? sualına cavab vermək məqsədəuyğundur. Bazar, cəmiyyət üzvlərinin öz fəaliyyətləri prosesində əldə etdikləri mühüm nailiyyətlərdən biridir. Mənbələrdə onun min il əvvəl meydana gəlməsi qeyd olunur. Bazar əmtəə-pul münasibətlərinin ən mühüm aparıcı bir elementi kimi iqtisad elmində geniş yayılmış iqtisadi kateqoriyalardan biridir. İqtisadi ədəbiyyatlarda bazara müxtəlif təriflər verilmişdir. Onlardan bəzilərini nəzərdən keçirək : Bazar-iqtisadi əlaqələrdə tələblə təklifin məcmusudur; Bazar - ayrı-ayrı əmtəələr və xidmətlər üzrə satıcılarla alıcıların birgə fəaliyyət mexanizmidir; Bazar-ticarət aparmaq üçün adamların bir-birilə qarşılıqlı fəaliyyətidir və s.

Bazar anlayışının genişliyi, mahiyyəti və məzmunluğunun dərinliyi, bazar fəaliyyətlərinin mürəkkəbliyi və mahiyyətinin tam olaraq qavramış olmaması onun müxtəlif formalarda təriflənməsinə səbəb olmuşdur. Bəziləri bazar anlayışını , bazarın bir-biri ilə qarşı-qarşıya duran iki subyektin-alıcılar və satıcılar - aralarında yaratdığı iqtisadi münasibətlər olaraq xarakterizə etdiyi halda ,bəziləri də mübadilənin təşəkkül tapdığı coğrafi məkan olaraq tərifləyirlər. Bu və bənzər təkliflər isə bazar anlayışının mahiyyətini tam dolğunluqla ortaya qoymaq iqtidarında deyildir. Çünki , bazarın formalaşması və təşəkkülü uzun bir prosesin nəticəsidir. Bu prosesdə isə ,bir çox şərtlərin mövcud olması vacibdir. Bütün bunları nəzərə alaraq , bazar anlayışını aşağıdakı kimi tərifləndirmək mümkündür. “Bazar ,əmtəə və ya xidmətlərə olan ehtiyacının və tələbatının ödənilməsinin maddi imkanlarla , bu imkanlardan istifadə istəyi və mübadilə etmə səlahiyyəti ilə möhkəmləndirilmiş bütün şəxslərin təşkilatların məcmusudur.”

Bazarı formalaşdıran istehlakçıların , yaxud da təşkilatların hər biri bazarın üzvüdür.

Hər bir firmanın ilk vəzifəsi girəcəyi məqsədli bazarı, yaxud da bazarları müəyyənləşdirməkdən ibarətdir. Bunun üçün marketinq xadimi daim bazar tədqiqatları aparmalı və topladığı informasiyaları təhlil edərək , bazarın xüsusiyyətlərini də aydın bir şəkildə müəyyənləşdirməlidir. Marketinq xadiminin bazardakı nailiyyətləri bazarın xüsusiyyətləri haqqında bildikləri informasiyaların həcmindən və marketinq kompleksi fəaliyyətlərini bu xüsusiyyətlərlə uzaqlaşdırmasından asılıdır.

Bazarın növləri.Bazarları müxtəlif əsaslara görə ən müxtəlif şəkillərdə təsnifləşdirmək mümkündür.Biz bu bölmədə onun formalaşdıran istehlakçıların ,yaxud da təşkilatların xüsusiyyətlərinə görə təsnifləndirəcəyik. Bu təsnifləşdirmə nəticəsində bazarlar aşağıdakı növlərə ayrılaraq fərqləndirilir.

1.İstehlakçılar bazarı.

2.Müəssisələr bazarı

a)sənaye təyinatlı əmtəələr bazarı

b)vasitəçi satıcılar bazarı

v)ictimai- siyasi təşkilatlar bazarı

q)dövlət idarələri bazarı

3.Beynəlxalq bazarlar.

Bazar mexanizminin əsas elementlərinə: tələb, təklif, qiymət və rəqabət daxildir. Təlabat- cəmiyyətin və onun ayrı-ayrı üzvlərinin əldə etməyə çalışdıqları sosial, maddi və mənəvi həyat şəraitini ifadə edir. Təlabat şəxsin kollektivin və bütövlükdə cəmiyyətin həyat fəaliyyətini qoruyub saxlamaq üçün zəruri olan hər hansı bir şeyə ehtiyacdır. Təlabat insan fəaliyyətinə daim təsir göstərir və onu fəallaşdırır. O, daim dəyişir,təkmilləşir, artır, yeniləşir. Təlabat geniş məfhumdur, tələb onun yalnız ödəmə qabiliyyəti ilə yəni pulla təmin edilən hissəsinin təzahür formasıdır. Tələb dedikdə, alıcının müəyyən dövr ərzində hər hansı əmtəədən müəyyən qiymətdə, müəyyən kəmiyyətdə əldə etmək arzusu və imkanı başa düşülür. Başqa sözlə tələb tədiyə qabiliyyətli təlabatdır. Tədiyə qabiliyyətli tələb- dedikdə isə əhali tərəfindən hər hansı bir əmtənin alınmasına və xidmət növündən istifadəyə real sürətdə yönəldilən və ya yönəldilə biləcək müəyyən pul məbləği başa düşülür. Təlabat tələbi müəyyən edir yaradır,onun əsas məzmununu ifadə edir. İstehsala münasibətdə də tələb və təlabat müxtəlif mövqelərdə dayanır. Tələb istehsaldan əvvəl mövcud olmur, müəyyən əmtəəyə tələb, həmin əmtəə istehsal edilib bazara çıxarıldıqdan sonra yaranır. Təlabata gəlincə isə o, konkret əmtəənin istehsalından xeyli əvvəl mövcud ola bilər. Tələbin səviyyəsi əsasən tələb qanununun təsri altında formalaşır. Tələb qanununa uyğun olaraq əmtəənin qiyməti ilə ona olan tələbin səviyyəsi bir-birinə tərs mütənasibdir. Başqa sözlə, əmtəənin qiyməti yüksəldiyi halda ona olan tələbin kəmiyyəti azalır və əksinə. Tələb qanununa görə, əmtəənin qiyməti yüksələrsə ona olan tələb azalacaq, qiymət azalarsa tələb yüksələcəkdir. Alıcının vaxt vahidi ərzində əmtəənin müəyyən kəmiyyəti üçün vermək istədiyi maksimum qiymət – tələb qiyməti adlanır. Əmtəənin müəyyən qiymətində alıcının əldə etmək istədiyi kəmiyyət tələbin həcmi adlanır. Tələbin səviyyəsinə qiymətdən əlavə bir sıra digər qeyri-qiymət amilləri də təsir göstərir ki, bunlara da aiddir: gəlirlərin səviyyəsi, digər əmtəələrin qiymətləri, alıcıların zövqü, qiymətin gələcəkdə necə dəyişəcəyi ilə bağlı gözləmələr, alıcının sayı və s.

Ən ümumi mənada tələbin səviyyəsi ilə əhalinin gəlirlərinin səviyyəsi eyni istiqamətdə dəyişir, yəni gəlir artdıqca tələb də artır. Əhalinin istehlakına daxil olan, məhsullar əsasən 2 qrupa bölünür: I qrupa yüksək keyfiyyətli, bahalı əmtəələr, II qrupa isə aşağı keyfiyyətli məhsullar və s. daxildir. Bəzi məhsullar istehlak da bir-birini əvəz edə bilərlər (məs: kərə yağı–marqarin, çay-kofe) digərləri isə bir-birini tamamlayır (məs: avtomobil-benzin, siqaret-alışqan). Əmtəələr bir-birinin əvəzləyicisidirsə, bu halda onlardanhər hansısa birinin (məs: kofenin) qiyməyinin yüksəlməsiona olan tələbin azalmasına, əvəzləyiciyə (məs: çaya) olan tələbin isə artmasına səbəb olacaq. Yox əgər əmtəələr bir-birlərini tamamlayırsa, bu halda onlardan birinin (məs: siqaretin) qiymətinin yüksəlməsi, həm onun özünə, həm də onu tamamlayan məhsula (alışqana) olan tələbin də səviyyəsini azaldacaqdır.

Əmtəənin qiymətinin gələcəkdə necə dəyişəcəyi haqqında alıcıların rəyi onun hazırki dövürdə əmtəəyə olan tələbənin ödənilməsinə birbaşa təsir edir.Bazarda alıcının sayının artması və ya azalması da burada formalaşan tələbə eyni istiqamətdə təsir edir.

Tələbin səviyyəsi ilə bağlı fərdi tələb, bazar tələbi və məcmu tələb anlayışları bir-birindən fərqləndirilməlidir.

Fərdi tələb dedikdə, konkret əmttə bazarında qiymətin hər hansı bir müəyyən səviyyəsində hər bir fərdi alıcının tələbinin həcmi başa düşülür.

Dünya bazarı dünya ölkələri arasında əmtəə və xidmətlərin, kapitalların, iş qvvəsinin, valyutaların, qiymətli kağızların və s. alınıb-satılmasını əhatə edir. kapitalizmə keçilməsi ilə dünya bazarının yaranması baş verir. Belə ki, bu dövrdə əmtəə və xidmətlərin tədavülü milli bazarlar hüdudundan kənara çıxır və nəticə-də xarici ticarət genişlənir. Dünya ticarətinin genişlənməsi isə məhsuldar qvvələrin artması ilə əlaqədar olan beynəlxalq əmək bölgüsünün inkişafını göstərir.


Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   160




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin